“Neftçi” klubu Bolqaristan millisinin üzvü ilə razılaşmayıb

Bakının “Neftçi” futbol klubu Bolqarıstan millisinin üzvü Martin Raynova təklif göndərib.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı yarımmüdafiəçini heyətində görmək istəsə də, bu, alınmayıb. Tərəflər arasında razılıq əldə olunmayıb.
Bildirilib ki, M.Raynov gələcəyi ilə bağlı bir az daha gözləyəcək. Əgər o, xaricdən istədiyi təklif almasa, yenidən sonuncu klubu Sofiya “Levski”sinə qayıdacaq.

Mənbə: azərtac
Müxbir Kafkazh.com xüsusi müxbiri Jalə Hüseynova