“Neftçi” baş məşqçini təsdiqlədi Bu gün “Neftçi”nin müşahidə şurasının onlayn şəkildə iclası keçirilib.
“Neftçi” baş məşqçini təsdiqlədi
Bu gün “Neftçi”nin müşahidə şurasının onlayn şəkildə iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb.
Yanvar ayından baş məşqçi vəzifəsini müvəqqəti icra edən Füzuli Məmmədovun namizədliyi təsdiqlənib. 42 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Müxbir: Kafkazh.com xüsusi müxbiri Ramid Əskərov