Neftçala Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Nizami Gəncəvi adına Neftçala şəhər 3 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan Dadaşov Vüqar İsrafil oğlu Neftçala Rayon Təhsil Şöbəsinə müdir təyinatı alıb.

 

Qeyd edək ki, bundan əvvəl Neftçala Rayon Təhsil Şöbəsinin müdiri işləmiş Əjdər Kərimov bu ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala rayonunda keçirdiyi əməliyyat zamanı rüşvət alma və rüşvət vermə faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə saxlanılıb.

 

Mənbə: apa.az

Xəbərçi: Aytən Abbasova