Nə üçün hidrogen dövri sistemdə həm I həm də VII qrupa aid edilir?
Dövri sistemin ilk elementi olan hidrogen, ən sadə elektron quruluşuna malikdir. Bu element iki elementar hissəcik olan proton vı elektondan ibarətdir və bunlar arasında yalnız cazibə qüvvəsi mövcuddur. Hidrogeni başqa elementlərdən fərqləndirən əsas xüsusiyyəti (helium müstəsna olmaqla) onun valent elektronun bilavasitə nüvənin təsir sferasında olmasıdır.
Formal olaraq s-elementlərinə aid olan hidrogen, IA qrupunun tipik elementlərinin (Li, Na) tip analoqudur. Onun üçün IA qrup elementləri kimi +1 okdidləşmə dərəcəsi xarakterikdir. Hidrogen tipik reduksiyaedicilər sırasına daxildir. Hidrogen atomunun yeganə elektronu kaynosimmetrikdir, məhz buna görə də o, nüvə ilə çox sıx əlaqədədir. Hidrogenin ionlaşma enerjisi 13,6 eV (1317kC) bərabərdir. Həmçinin hidrogen halogenlərdə olduğu kimi, sonradan gələn təsirsiz qazın elektron quruluşuna çatmaq üçün bir elektron çatmır. Bu səbəbdən də hidrogen, halogenlər kimi oksidləşdirici olaraq – 1 okdidləşmə dərəcəsi göstərir. Özünün aqreqat halına, H2 tipli iki atomlu molekul əmələ gətirmə xassələrinə görə də hidrogen halogenlərə çox oxşayır. Eyni zamanda hidrogenin MO, halogenlərin molekulyar orbitalından tamamilə fərqləndiyi halda, o, qələvi metalların buxar halında mövcud olan Me2 tipli molekullarının MO ilə çox oxşardır. Beləliklə digər elementlərdən fərqli olaraq, hidrogen atomunun əsl element analoqları yoxdur və bu səbəbdən o, dövri sistemdə xüsusi mövqeyə malikdir.
YAZAR: Aytən Abdullayeva
Həmçinin bax: https://kafkazh.com/suyun-mikroflorasi/