Naxçıvanda bank hesablarının sayı 8% artıb
Bu il iyulun 1-nə Naxçıvan MR-da bank hesablarının sayı 88 316 olub.
“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 6 461 vahid və yaxud 7,9% çoxdur.
Hesabların 77 304-ü və ya 87,5%-i aktiv hesablardır.
Təkcə bu ilin yanvar-iyun aylarında isə muxtar respublikada 19 544 bank hesabı açılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 084 vahid və yaxud 45,2% çoxdur. Bunun da 19 528-i aktiv hesablardır.
Son 1 ildə Naxçıvanda POS-terminalların sayı isə 34 ədəd və yaxud 2,6% artırılaraq 1 310-a çatdırılıb.
Mənbə: yeni müsavat
Müxbir:Kafkazh.com xüsusi müxbiri Jalə Hüseynova