Natrium
Kəşfi: Natriumun mövcudluğu ilk dəfə 1702-ci ildə Ştal tərəfindən söylənilmişdir. 1758-ci ildə isə Markqraf de Monso tərəfindən natriumun alovu tünd-sarı rəngə boyamasına əsasən onun individuallığı sübut edilmişdir. Ancaq natrium ilk dəfə sərbəst halda 1807-ci ildə Q.Devi tərəfindən onun ərinmiş hidroksidinin elektrolizindən alınmışdır. Natrium müxtəlif dillərdə işlədilən “nitron” və “natron” sözlərindən əmələ gəlmişdir. Natrium D.İ.Mendeleyevin elementlərin dövri sistemində I qrupun əsas yarımqrupunda 11-ci xanada yerləşir. Natrium 3S-dəki tək elektronunu itirərək +1 oksidləşmə dərəcəsi göstərir.
Təbiətdə tapılması: Natrium kimyəvi xassəcə fəal olduğu üçün təbiətdə yalnız birləşmələr şəklində yayılmışdır. Natrium yer qabığının kütləcə 2.8%-ni təşkil edir. Onun günəş atmosferində və ulduzlar arası fəzada da olduğu müəyyən edilmişdir. Natriumun mühüm minerallarına daş duz NaCl (qalit), qlauber duzu Na2SO4 (mirabilit), kriolit Na3AlF6, bura Na2B4O7 x 10H2O və s. misal göstərə bilərik. Bundan əlavə, natrium bir sıra təbii silikat və alümosilikatların tərkibinə də daxildir.
Alınması: Hazırda natriumu elektrokimyəvi üsulla alırlar. Bu məqsədlə natrium-xlorid və ya natrium-hidroksidi əridilmiş halda elektroliz edirlər.
Natriumun termiki üsulla vakuum şəraitində alınması aşağıdakı reaksiya tənliklərinə əsaslanır;
4NaOH + 2C = 2Na + Na2CO3 + 2H2 + CO
4NaOH + 3Fe = 4Na + Fe3O4 + 2H2
2NaCl + Ca = CaCl2 + 2Na
Na2CO3 + 2C = 3CO + 2Na
2Na2CO3 + 3Fe = 4Na + Fe3O4 + 2CO
2NaCl + CaC2 = CaCl2 + 2C + 2Na
Fiziki xassələri: Natrium yüngül, yumuşaq, bıçaqla asanlıqla kəsilən , gümüşü-ağ rəngli, elektriki yaxşı keçirən , metal parıltısına malik bir metaldır. Natrium 97.80 C-də əriyir, 8830 C-də qaynayır. Havada dərhal oksidləşdiyi üçün onu lehirlənmiş qablarda, kerosində, yaxud da aromatik karbohidrogenlərdə saxlayırlar.
Kimyəvi xassələri: Natrium güclü reduksiyaedicidir. O demək olar ki, qeyri-metalların hamısı ilə qarşılıqlı təsirdə olur.
Oksigenlə yandıqda natrium peroksid əmələ gətirir;
2Na + O2 = Na2O2
Natrium-peroksidin su ilə qarşılıqlı təsrindən isə hidrogen-peroksid alınır ki, bundan da parça, yun və ipəyin ağardılmasında istifadə olunur;
Na2O2 + 2H2O = 2NaOH + H2O2
Natrium-peroksiddən əleyhqazlarda və sualtı gəmilərdə oksigen mənbəyi kimi istifadə olunur. Bu aşağıdakı reaksiya üzrə baş verir;
2Na2O2 + 2CO2 = 2Na2CO3 + O2
Natrium-oksid natrium-peroksidin natriumla közərdilməsindən alınır;
Na2O2 + 2Na = 2Na2O
Natrium-oksid su ilə qarşılıqlı təsirdə olub qələvi əmələ gətirir;
Na2O + H2O = 2NaOH
Natrium kükürdə və hallogenlərlə duz, hidrogenlə hidrid, azot ilə isə nitrid əmələ gətirir;
2Na + S = Na2S
2Na + Cl2 = 2NaCl
2Na + Br2 = 2NaBr
2Na + H2 = 2NaH
6Na + N2 = 2Na3N
Natrium həmçinin P və C ilə də reaksiyaya daxil olur;
3Na + P = Na3P
2Na + 2C = Na2C2
Natriumun özü və hidridi su ilə qarşılıqlı təsirdə olub hidrogen ayırır;
2Na + 2H2O = 2NaOH + H2
NaH + H2O = NaOH + H2
Natriumun turşularla reaksiyası;
2Na + H2SO4(d) = Na2SO4 + H2
8Na + 5H2SO4(q) = 4Na2SO4 + 4H2O + H2S
8Na + 9HNO3(d) = 8NaNO3 + NH3 +3H2O
8Na + 10HNO3(q) = 8NaNO3 + N2O + 5H2O
2Na + 2HCl = 2NaCl + H2
Tətbiqi: Natrium metallotermiyada geniş tətbiq olunur. Metallik natrium və onun maye ərintisi kaliumla birlikdə üzvi sintezdə istifadə olunur. Natrium amalqamasından reduskiyaedici kimi çox geniş istifadə edilir. Natriumdan nüvə enerjisi qurğularında istilikdaşıyıcı kimi, həmçinin, aviasiya mühərriklərinin klapanlarının hazırlanmasında və s. istifadə edilir.
QAYNAQ: İ.O. Nəsibov və T.İ. Sultanov- Qeyri üzvi kimya
YAZAR: İlduzə Məhərrəmli
HƏMÇİNİN BAX: Vikinqlər
HƏMÇİNİN BAX: Merkelin enerji siyasəti