Narsist insanlar, Narsizm

Narsisizm termini psixoloji ədəbiyyata Qədim Yunanıstanda təxminən  1887 – ci ildə Binet tərəfindən gətirilmişdir. Yunan əfsanəsinə görə biri Narsikos adlı şəxsə aşiq olur, Narsikos adlı şəxs isə ona yaxşı reaksiya vermir, fikir vermir. Narsikosu sevən tək tərəfli sevən ölür. Bunu görə Yunan tanrıları qəzəblənir və onu cəzalandırmaq istəyirlər. Və cəza verirlər. Bir gün Narsikos suyun yanından keçərkən özünün təsvirini suda görür, çox gözəl olduğu üçün gözünü çəkə bilmir aşiq olur. Və suyun önündən ayrıla bilmir. Ölənə qədər özünü suda izləyir. Oradaca ölür və nərgiz gülünə çevrilir. Məhz bu mif Freydi bu patologiyaya narsizm adı verməyə ruhlandırmışdır.
Narsisizm, yəni özünəvurğunluq bir çox şəxsi xüsusiyyətlərin bir araya gəlməsi nəticəsində meydana çıxır və bu xüsusiyyətlər əslində çox adamda var. Özünə aşiq olan insana narsist insan deyilir.
Onların yüksək ölçüdə olması tibbdə narsistik şəxsiyyət pozuqluğu adlanır. Çox güman ki, sizin də ətrafınızda belə insanlar var.
Narsist insanların əlamətləri, kimdir bu narsistlər:
Təkəbbür – uğurlarını və qabiliyyətlərini şişirdir;
Böyük uğur, güc, ağıl, gözəllik və ya böyük sevgi xülyaları uydurur;
Xüsusi və əvəzolunmaz biri olduğuna inanır;
Çox bəyənilmək istəyir;
Xüsusi münasibətə layiq olduğunu düşünür;
Öz maraqları üçün başqalarından istifadə edir;
Hərkəsdən üstün olduqlarına inanırlar;
Empatiyadan uzaqdır;
Başqalarının uğurlarını qısqanır;
Başqalarına qarşı sayğısız davranır, özündən razı davranışlar sərgiləyir.
Dinləmək istəmirlər, saatlarla susmadan özlərindən danışarlar;
Özlərinə ibadət edərlər;
Hansısa işi bacarmayanda belə digərlərini günahlandırarlar;
Narsist insanlar haqlı çıxmağın yolunu hər zaman taparlar;
Bəzilərinə bildirmədən onları manipulyasiya edə bilərlər;
Daima qınayarlar, amma özlərini heç vaxt;
Daima kömək gözləyərlər, lakin özləri heç kimə kömək etməzlər;
Normalda sakit pişik kimi görünərlər;
Ən yaxın olduqlarınıda təhqir etməkdən çəkinməzlər, hətda bundan həzz alarlar;
Həmişə öz bildiklərini edər, və qırıcı davranarlar;
Narsistlər özgüvən əksikliyi yaşayan insanlardır;
Dünyanın 7 möcüzəsində də qüsur taparlar;
Təkliflərin rədd edilməsini heç sevməzlər, amma özləri heç kimin təklifini qəbul etməz;
Güclü intiqam duyğuları var.
Evlilikləri çox çətindir , çünki fədakarlığı daima həyat yoldaşlarından gözləyirlər
Narsist insanlar həmişə haqlıdırlar. İnlarla heç vaxt mübahisə edilməməlidir. Ağ kağıza qaradır deyə bilərlər və inad edərlər.
Öz problemlərini dünyanın ən böyük problemi olaraq görərlər;
Dünyanın mərkəzindədirlər, dünya onların ətrafında dönər,
Harada eşq acısı varsa oradakı insanın narsist insan olma ehtimalı yüksəkdir.
Hətta sizi nigahda tərk etmə potensiyalına da sahibdirlər;
Və ən pisi budurki onlar özlərinin narsist olduqlarını qəbul etməzlər. Buna görə də onların müalicələri çox çətindir.
Narsistlər heç kimi bəyənməzlər və onlarda qüsur tapmaqda əsla gecikməzlər-Hakan Mengüç
Narsist insanlar, insanları dəyərsizlik hissinə qapandıra bilərlər. Buna görə bu əlamətləri bilmək, onları tanımaq və onlardan uzaqlaşmaq lazımdır.

Gizli narsistlər isə bu əlaməti var:
İnsanın üzünə yalandan canım, əzizim deyib, onları sevmiyən insandır gizli narsist. Öz işlərini etdirər. Amma canım, əzizim dediyi insanlar nəsə istəyəndə qəbul etməz uzaqlaşar, tərk edərlər. Onları seçmək daha çətindir.
Narsisizm necə müalicə edilir?
Narsisistik şəxsiyyət pozuqluğundan əziyyət çəkənlərin bir çoxu bunu depressiya zənn edirlər. “Narsisistik şəxsiyyət pozuqluğunu müalicə etmək çox çətindir” çünki narsist olduqlarına inanmırlar. Hətta yaş artdıqca narsisizm əlamətləri azalır. Amma narsist hələ də narsist olaraq qalır. Bunun diaqnozunu qoymaq asan,dərəcəsini müəyyənləşdirmək isə olduqca çətindir.

Narsist insanlara qarşı necə rəftar edilməlidir? Özümüzü onlardan necə qoruyaq?
Dostumuz yaxud tanıdığımız şəxs Narsistdirsə, ondan bacardığınız qədər uzaqlaşın, məsafə qoyun. Əgər bu mümkün deyilsə məsələn ailədəndirsə, atan, anandırsa onda iş daha ciddidir. Nəsə baş verəndə bilirsiniz ki yenə pis sözlər deyəcək, buna hazır olmaq üçün ona yaxınlaşmazdan əvvəl belə deməlisiniz özünüzə: mən yaxşı biriyəm, bacarıqlı, dəyərliyəm, o narsistdir, buna görə o sözlərə layiq deyiləm. Belə deyəndən sonra ona yaxınlaşanda və pis sözləri eşidəndə içinizdən özünüz özünüzə yenə elə yəni yaxşı sözləri deyin. Bu çox vacibdir. Narsist valideyn belə deyə bilər: “sən mənsiz heçnəsən”. Həqiqətdə heç kim, heç kimsiz heçnə deyil. Və onlarla adi danışıq zamanı yaxud xüsusən mübahisə zamanı öz sakitliyinizi qorumalısınız. Bu mütləqdir. Onlar əsəbləşəndə nəyisə qırıb, zədələyə də bilər. Yenə sakit olmalısınız. Və onlara mən dəyərliyəm, məni təhqir etməməlisən, bunlara layiq deyiləm sözləri deyilməlidir. Narsist insan qarşısındakını kiçik gördükdə elə edir. Və o sözləri desəz biraz müddət sonra etməz.
Narsizm anlayışı indi çox yayılmışdır, narsistlər də çoxdur. Buna görə hər kəs əlamətlərini bilib, uzaq durmalıdırlar.
Əgər özünüzün narsist biri olduğunuzu düşünürsəniz əgər, deyilsiz. Çünkü onlar özlərini qüsursuz görürlər və heç vaxt narsist olduqlarını düşünməzlər. Narsist əlamətlərindən bəziləri varsa bu əxlaq, tərbiyəvi pozuntu olur.

Oxuduğunuz üçün təşəkkür edirəm.

Yazar: Günel Həsənova