Nərmin Davidova kimdir?
1)Salam Nərmin xanım. Sizdən xahişim:
“Nərmin Davidova kimdir?” Zəhmət olmasa bu barədə qısaca məlumat verərdiniz.
Nərmin Davidova 5 aprel 1997-ci ildə Qarabağda dünyaya gəlmiş
Azərbaycan
Amerika
Türkiyədən
təhsil almış Azərbaycanlı gənc.
Nirvana Education and Training Center-in təsisçisi və direktoru
Beynəlxalq dərəcəli təlimçi bədən dili natiqlik və təlimçilik sahələrinin tədirscisi .
2) İşinizdəki uğurlarınızı nəyə borclusunuz?
Ailəmə, inadkarlığıma və ətrafımdakı mənfi düşüncəli insanlara.
3)Sizcə uğur qazanmağın yolları nədir?
Uğur qazanmaq 2 tipdir.
1-ci tip həyatda uğurlu olmaq
2-ci biznesdə
Hər ikisində uğuruma səbəb problemlərimi problem olaraq deyil, doğruları daha yaxşı anlamaq üçün həyatı təcrübə məktəbi kimi görməyimdir. Mənfilərimi və səhvlərimi gördükcə həll edib yenidən cəhd etməyimdir.
4) Gələcəkdə nə yeniliklər etmək istəyirsiniz?
Hədəf və planlarımı deməyən biri olduğum üçün bu suala ümumi cavab verəcəm. Gələcəkdə edəcəyim yeniliklər ölkəmi daha da inkişafa aparacaq işlər olacaq.
5) Sizcə təhsildə, təlimdə nə kimi dəyişikliklər və yeniliklər olmalıdır?
Həm əyləncəli, həmdə öyrədici şəkildə edilməlidir. Dövrün tələblərinə uymalıdır.
6)Təlim dediyiniz şəxslərə və tələbələrinizə nə kimi tövsiyələriniz var?
İlk növbədə sertifikata yox biliyə önəm versinlər.
7) Sizin həyat fəlsəfəsiniz nədir?
Vicdanlı və dürüst olmaq. Üslubunu bilmək. Çünki yalnış üslub doğru sözün cəlladıdır. Nəyi, harda, necə deməyimizdən çox şey aslıdır.
8) Sizcə həyatın qanunu nədir? Həyat bizdən nə tələb edir?
Həyatın qanunu yoxdur həyat xəritəmizi hazırlayan özümüzük. Həyat bizdən həm özümüz həmdə başqaları üçün faydalı olmağı tələb edir.
9)Əlinizdə imkan olsaydı nələri dəyişdirərdiniz?
Xeyli sayda kimsəsiz uşağı övladlığa götürərdim, qışda küçələrdə qalan insanlar üçün evlər hazırlardım. İş yerlərin artırıb daha çox insanın işlə təmin olunmasına səbəb olmaq istərdim.
10)Ən sevdiyiniz kitab və həyat dərsi almışam dediyiniz kitab varmı? Varsa adını və müəllifini qeyd edə bilərsiniz?
Brian Tracy-No Excuses.
Müsahibə götürdü:Gülnar Nəzərli
Həmçinin bax:Azərbaycan fəlsəfəsi: Əli bəy Hüseynzadə