Narkotik maddələrdən asılılıq, psixoloji tərəfləri
Dövrümüzün aktual məsələlərindən olan narkotik maddələrdən asılılıq və psixoloji tərəfləri barədə olacaq. Mərkəzi sinir sisteminə xüsusilə təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik “narke” sözündən götürülüb, yunan dilindən mənası “yuxu, bihuşluq” deməkdir və “mania” – cəzbetmə , ağılsızlıq deməkdir. Narkotik maddələrdən əvvəlcə tibbdə istifadə edilməyə başlanılıb. Narkotik maddələr insan düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu cür tənzimləmə hər formada psixoloji və fiziki xətalarla nəticələnə bilər. Bu da o deməkdir ki, narkotiklər hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkomanlıq narkotik və psixotrop maddələrin sui- istifadəsi nəticəsində yaranan psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir. Narkomaniya xəstələrində narkotiklərin dayandırılması və ya dozanın azaldılmasından müəyyən müddət sonra yaranan fiziki və psixi pozulmalar Abstinent sindromuna ( Lomka) səbəb olur. Bu fiziki asılılıq sindromunun tərkib hissəsidir.
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır və bəzən bu hal insanın şikəst qalmasına, əksərən isə həyatı bahasına başa gəlir.
Araşdırmalar sübut edir ki, gənclərin narkomaniya xəstəliyinə aludə olması hazırkı dövrün ən aktual və qlobal məsələsidir. Və ekspertlər hesab edir ki, gənclərin narkomaniyaya meyillənməsinin başlıca səbəbi işsizlik, onu əhatə edən nizamsız həyat, hər şeydən dadmaq istəyi, özünü təsdiq arzusu, düşdüyü mühit ( onun sosial çevrəsi), oğru aləminə maraq və digər faktorlardır.
Aparılan araşdırmalar göstərir ki, narkotik istifadə edənlərin əksəriyyəti 35 yaşa qədər olan ailəli şəxslərdir. Demək olar ki, narkomanların 80% -i 24- 36 yaş həddindədir.
Narkotik aludəçisi olan şəxs narkotik maddə tapa bilmədikdə kəskin ağrılar başlayır və o buna tab gətirə bilmir. Bu ağrını narkomanlar bütün bədən sümüklərini sanki sınırmış şəklində ağrı verir kimi nümayiş etdirirlər. İnsan sağlamlığına bərpa edilməyən ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədən çəkisi birdən -birə azalır, ümumi zəhərlənmə baş verir.
Mütəxəssislər hesab edirlər ki, erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Onların fikrincə narkoman maddə istifadə edərkən ən azı 10- 15 nəfəri də narkomanlığa cəlb edə bilir. Narkotik maddələr fərqli çeşidləri var. Ən çox yayılanları xaşxaş, tiryək, marixuana, heroin, kokain və s.dir
Təsir etməsinə görə fərqlidirlər. Məsələn kokain qəbul olunanda özünü pəncərədən atmaq istəyir. Heroin qəbul olunanda daha çox ölüm hadisəsi olur və s.
📌Tibbi profilaktikası və psixoloq yardımı vasitəsilə aradan qaldırılması
Bu dövr 4 mərhələdən ibarətdir:
- Pasienti vəziyyətdən qurtarmaq- maddələrin təsiri ilə psixoz vəziyyətinə düşürlər və o halın aradan qaldırılması
- Toksiki maddələrin bədəndən çıxarılması. Bu mərhələdə narkoloq, tibb işçiləri və psixoloqlar bir yerdə fəaliyyət icra edirlər. Qanın yuyulması nəticəsi ilə maddə orqanizmdən xaric olunur. Bu müddət 10-12 gün çəkir . Tam təmizlənəndən sonra 1 həftə fasilə verilir.
- Psixoloq və psixoterapevt yardımı( 21 – ci gündən sonra baş tutur. Bu zaman motivasiyalı intervülərdən istifadə olunur. Və bu zaman narkotik maddələrə qarşı tənqidi fikrin formalaşdırılması əsas məqsəddir
- Psixoloji terapiyalarla tam olaraq aradan qaldırılması
Bu zaman koqnitiv davranış terapiyası, hipnoterapiya, qrup terapiyası, sosial adaptasiya və b. icra olunur. Hər gün həftədə 3 dəfə psixo terapiya və söhbət aparılır. Həmçinin yardımçı olaraq 12 addım terapiyası və rasional terapiyayla da problemi korreksiya etmək mümkündür.
📌 Son söz olaraq , dəyərli və mənalı həyatımızı öz əllərimizlə puç etməyək. Sağlamlığımız öz əlimizdədir💫
Gözəl həyatlar🌟
Yazar : Psixoloq Aysu Əliyeva
həmçinin bax Əsrimizin bəlası-Stress
https://turaz.org/muellimlerin-ise-qebul-imtahanlari-davam-edir/