Nantdakı tarixi kilsəni yandıran şəxs həbs edildi

Ruandalı könüllü Nantdakı Müqəddəs Pyotr və Pavel kilsəsində yanğın törətdiyini etiraf edib.

Axar.az xəbər verir ki, bu barədə “Frans-3” kanalı məlumat yayıb.

Ruandalı kilsədəki böyük və kiçik orqan alətlərinin və elektrik panelinin yaxınlığında yanğın törətdiyini boynuna alıb. Hazırda onu 10 ilə qədər həbs cəzası və 150 min avro cərimə gözləyir.

Qeyd edək ki, iyulun 18-də Müqəddəs Pyotr və Pavel kilsəsində yanğın baş verib. 200-dən çox yanğınsöndürən qotik memarlıq üslubuna məxsus abidəni bir neçə saat ərzində söndürüb. Lakin XII Lüdoviqin dövrünə aid vitraj pəncərələrini və barokko dövrünə aid bənzərsiz orqanı xilas edə bilməyiblər.

Nantdakı Müqəddəs Pyotr və Pavel kilsəsi 1434-cü ildə inşa olunub və tikinti işləri 457 il – 1891-ci ilə qədər çəkib. Bu, Fransada qotik üslubuna xas ən böyük kilsələrdən biridir.

Muxbir:kafkazh.com xüsusi muxbiri Ələkbərova Nuray
Mənbə:axar.az