Müxtəlif yaş qruplarında musiqi dinlənilməsi və mahnı öyrədilməsi

Plan:

  1. Müxtəlif yaş qruplarında musiqi dinlənilməsi metodikası
  2.  Mahnı oxumanın tərbiyəvi əhəmiyyəti
  3.  Uşaqlara vokal-xor vərdişlərinin aşılanması
  4. Mahnı öyrədilməsi metodikası
  1. Bağçada musiqi məşğələlərinin bir sahəsi musiqi dinləmədir. Bu cür məşğələlər, yəni musiqi əsərlərinin dinlənilməsi uşaqların yaş xüsusiyyətləri, musiqi ilə davranma qabiliyyətləri və onları bu sahə üzrə hazırlıq səviyyələri nəzərə alınaraq aparılmalıdır.

Musiqi dinləmənin əhəmiyyəti böyükdür. Bu uşağın  musiqi səviyyəsinin  inkişaf etməsinə  səbəb olur. Yəni, musiqi əsərlərini dinləməklə uşağın bu sahədə dünyagörüşü artır. Musiqi əsərləri, onların müəlifləri, əsərin bədii məzmunu, yazılma tarixi və s. bu kimi məlumatlarla tanış olmaqla uşaqlar musiqi savadı üzrə əldə etdiyi biliklərə görə dinlədiyi əsərə öz münasibətini bildirirlər. Onlar  nəinki tək bildikləri və öyrəndikləri mahnılar, musiqi əsərlərini tanıyır, hətta  tanımadığı hər hansı bir musiqi nümunəsini dinləyir və öz səviyyələrinə uyğun təhlil edirlər. Musiqi dinləmənin metodiki əhəmiyyəti isə ondan ibarətdir ki, dinləmə prosesi musiqi məşğələsini məzmunca zənginləşdirir və onu daha maraqlı edir.

Məktəbəqədəryaşlı uşaqların musiqi dinləmə vərdişlərinin normal şəkildə inkişaf etdirilməsi üçün onlarda zəruri musiqi qabiliyyətlərinin formalaşdırılmalıdır. Uşaqların musiqi eşitmə qabiliyyətinin inkişafı üzrə məşğələlər  aparılmalıdır. Musiqi dinləmə üzrə məşğələlər məzmunlu, sistemli aparılmalıdır, çünki uşaqların düzgün bədii görüşlərinin, musiqi qabiliyyətlərinin nkişafına zəmin yaradır. Hər  şeydən əvvəl uşaqlara hər hansı bir musiqi nümunəsiniu diqqətlə əvvəldən axıra kimi dinləmək bacarığını öyrətmək lazımdır. Məşğələdə musiqi dinləmə mərhələsində hər hansı bir musiqi əsərini dinləyib daha səmərəli mənimsənilməsini təmin etmək üçün eşitmə əyaniliyindən  istifadə etmək lazımdır. Bu əyaniliyi təmin etmək üçün müəllim əvvəl dinlənilən musiqi əsərinin müəllifinin şəklini , dinlənilən əsərin məzmununa uyğun illüstrasiyalar, həmin əsərin lent yazısını səsləndirməlidir. Uşaq bağçasında musiqi tərbiyəsi prosesində uşaqların musiqi fəaliyyəti üçün seçilən repertuara Axərbaycan bəstəkarlarının, o cümlədən dünya klassik və müasir bəstəkarların əsərləri, xalq mahnı və rəqsləri daxil edilmişdir.

Məktəbəqədər  tərbiyə proqramının dinləmə bölməsində musiqi rəhbəri qarşısında konkret vəzifələr qoyulmuşdur:

  1. Uşaqları bədii klassik və müasir xalq musiqiləri ilə tanış etmək.
  2. Uşaqlarda musiqi qavrama qabiliyyətini və eləcə də musiqi əsərləri vasitəsilə emosional hissin tərbiyə olunmasını inkişaf etdirmək.
  3. Uşaqlara musiqi haqqında müəyyən anlayış vermək, müxtəlif məzmunlu musiqi əsərlərinin yadda saxlanılması, musiqi xarakteri və ifadəliyini anlamaq bacarığını, həm də onu qiymətləndirməyi tərbiyə etmək.

  Yuxarıdakı vəzifələrlə bağlı proqramda eləcə də dinləmə bölməsində 3 element əsas tutulur:

  1. Musiqi əsərləri ilə tanışlıq, onlara qarşı məhəbbət tərbiyə etmək, düzgün qavramaq, müxtəlif tipli musiqi təəssüratları qazanmaq.
  2. Musiqi dinləmə mədəniyyətini vərdiş halına çevirmək.
  3. Qazanılmış müxtəlif tipli musiqi təəssüratı və elementar musiqi nəzəriyyəsi ilə tanışlıq sahəsində uşaqlarda musiqi zövqünü formalaşdırmaq.

Uşağın dinlədiyi musiqi əsəri qavraması üçün bu prosesdə əsərin bədii ifası, tərbiyəçinin musiqi haqında fikri və sözü, lazımı əyani və texniki vasitələrdən istifadəsi vacibdir.Dinlənilən əsər haqqında musiqi rəbəri yığcam, obrazlı xarakterizə verməklə, musiqi ifadə vasitələrini izah etməlidir.Giriş söhbət müxtəlif formada aparıla bilər:məzmunun yığcam nəql olunması, müsahibə, izahat sualların qoyuluşu və s. Bu metodlar musiqi əsərinin növündən (vokal və ya insturmental), tanışlıq anından (ilk və ya təkrar dinləmə) janrdan, musiqinin xarakterindən və dinləyicinin yaşınından və s. aslı olaraq istifadə olunur.

Musiqi əsəri dinlədildikdən sonra uşaqlarla  müsahibə apararaq musiqi ilə məzmunun vəhdəti haqqında, ifadə vasitələri, xarakter və s. haqqında məlumat verilir.

Musiqi dinləmə zamanı lentə yazılmış musiqi nümunələrindən istifadə etmək faydalıdır.Çünki bu zaman əsərin tamlığını (səslənməsi və ifadəliliyi) uşaqlara daha tez çatdırmaq olur.Eləcə də həmin əsərin daha dəqiq qavranılmasında rəsm, illüstrativ materialların, bədii oyuncaqların, şəkilli dərsliklərin – bir sözlə əyani vəsaitin əhəmiyyəti böyükdür. Bütün bunlar uşaqların dinləmə qabiliyyətini, musiqi yaddaşını və seçiciliyini inkişaf etdirir və onları aktiv dinləyici kimi tərbiyə edir.

  1. Mahnı – musiqinin ən geniş yayılan, hamı tərəfindən sevilən janrıdır. Mahnı oxuma məktəbəqədəryaşlı uşaqlara lap erkən yaşlardan tərbiyəvi təsir göstərir, onların marağına səbəb olur, estetik hisslərin, ən gözəl insani keyfiyyətlərinin yaranmasına zəmin yaradır.

Mahnı oxumanın tərbiyəvi əhəmiyyəti haqqında bir çox pedaqoqlar dəyərli fikirlər söyləmişlər. N.Q.Çernişevski oxumanı ali incəsənət hesab edərək qeyd edir ki, “nəğmə danışığa bənzər birincə və əhəmiyyətlidir”. Dahi Ü.Hacıbəyov da “Nəğmə danışıq nitqinə ən yaxın olan ilkin əlaqədir”, demişdir.

Mahnı oxuma təlimi prosesi uşaqlardan böyük aktivlik, əqli keyfiyyətlər tələb edir.Uşaq özünün oxuması ilə digərinin ifasını fərqləndirməyi, melodiyanın (fp-da) müşayiətini dinləməyi,  müxtəlif xarakterli musiqi cümlələrini ayırd etməyi, ifanı qiymətləndirməyi öyrənir.Eyni zamanda uşaqların qabiliyyəti, emosional hazırlığı, ritmi hiss etmə bacarığı inkişaf edir.

        3. Mahnı  oxuma  ən  mühüm  musiqi  fəaliyyəti  olduğundan, buna  ciddi  fikir  vermək  lazımdır. Çalışmaq lazımdır ki, oxu zamanı uşaqlar müəyyən qabiliyyətlərə yiyələnsinlər, və öyrədilən mahnıların müvafiq tempdə, ritmik cəhətdən düzgün ifasına naill olsunlar. Xorda ifa qaydalarına düzgün riayət olunmalıdır. Bu zaman uşaqların səs aparatı normal  işləyir və düzgün inkişaf edir.Oxu zamanı uşaqların üşitmə qabiliyyəti də inkişaf edir.

Mahnı  öyrədilən  zaman  uşağın  səsinin  mühafizə edilməsi  ilə  bərabər  ahəngdar  və  melodik  səsin  inkişafına  da  diqqət yetirilməlidir .Uşağın  səs  aparatı  incə  və  zəif  olduğundan  ona  artıq  gərginlik vermək  zərərlidir .Mahnı  oxuduqda  və  danışıq  zamanı  uşaq  səsinin gərginləşməsinə  ,təbii  səsin  mühafizə  edilməsinə  diqqət  vermək  lazımdır. Belə şəraitdə  eşitmə  qabiliyyəti  normal  inkişaf  edir .Vaxtaşırı  həkim-lorinqoloqun müayinəsi  məsləhətdir. Mahnın  yaxşı  səslənməsi  üçün  düzgün  mahnı  oxumaq tələblərinə  riayət  edilməlidir:

1. Düzgün   oturmalı;

2. Gövdəni  və  başını  əyməməli;

3. Ayaqları  yerə  dəyməli;

4. Stulun  söykənəcəyinə  kimi  oturmalı.

Bunun  üçün  mebel  (stul)  uşağın  boynuna   müvafiq  seçilməlidir.  Mahnını (tanış ,bildikləri)  ayaq üstə  duraraq  oxumaq  da  faydalıdır.

Uşaq  səsi  həcmcə  (diapazonuna görə) məhduddur .Mahnı  əsasən  uşaq səsinə  uyğun  qurulur  və   I oktavanın   mi-lya  diapazonundan  başlayaraq   sonrakı  yaş   qruplarında  birinci  oktavanın   re ,  ikinci  oktavanın  do  səsinə   qədər  çatır.

Uşaqlarla  oxu  təlimi  üzrə  iş  apararkən  hər  bir  uşağın  səs  diapazonunu müəyyənləşdirmək  və  bunu  sistematik  olaraq  möhkəmləndirmək  lazımdır.

Kiçik  yaşdan  uşağın  diqqəti  həmişə  sadə  mahnıların  düzgün  ifa  edilən melodiyasına  cəlb  olunmalıdır .Bu  vaxt  melodik  səs  inkişaf  edə  bilər.

Böyük  qrup  uşağı  mahnını  əsas  məzmununu , nəzarəti  kimin  düz oxuduğunu,  səsini  başqalarının  səsinə  uyğunlaşdırmağı , yuxarı  və   aşağı  səslə oxumağı , melodiyanın  aşağı-yuxarı  olmasını  hiss  etməyə  qabildir. Bütün bunlar  uşaqda  melodiyanı  yaxşı  dərk  edilməsi  və  lazimi  dərəcədə  inkişafı üçün  əsasdır.

Bağçada  öyrədilmək  üçün  seçilən  mahnı  uşağın  vokal  imkanlarına (xromatizim,  yüksək  interval  sıçrayışları  olmamalı)  ,  mahnının  diapazonu  isə uşağın  səs  diapazonuna  uyğun  gəlməlidir.

Vokal-xor  vərdişləri  mahnı  öyrədilməsi  zamanı  həyata  keçirilir. Öyrədilən musiqi  materialı  çətinləşdikcə  oxu  vərdişlərinin  növləri  çoxalır,  yəni  tələbinə uyğun  vokal-xor  vərdişləri  hər  bir  yaş  qrupu  üzrə  proqram  tələbinə  uyğun təkmilləşir.

İlin  sonuna  yaxın  uşaqlar  aşağıdakı   vokal –  xor  vərdişlərə yiyələnməlidir:

Körpə yaşlıların  II  qrupu  –  musiqinin  müşayiəti  və  tərbiyəçinin  köməy i ilə tez  yadda  qalan  musiqi  nümunələrini  ifa  bacarığı;

Orta qrup – tez  yadda  qalan  mahnıları  müşayiətlə  və  müşayiətsiz  ifa bacarığı;

Böyük qrup –  musiqi  rəhbər i ilə  və  ya  müstəqil  olaraq  fortepianonun müşayiəti  ilə  oxuma  bacarığı;

Məktəbə hazırlıq qrupu – Tanış  mahnını  fortepianonun  müşayiəti  ilə  ifadəli oxumaq,  fərdi  və  kollektivlə  birgə  oxumağı  bacarmaq,   ifa  zamanı  özünün  və başqasının  ifasını  dinləməyi   və     düzgün  səslənməyən  musiqi  cümləsində səhvini  tez  aradan  qaldırmağı  bacarmaq.

  1. Məktəbəqədəryaş dövründə mahnı oxuma – mahnı öyrənmə məşğələlərini açağıdakı sistemlə keçirmək daha məqsədəuyğundur:
  2. Mahnı nümumə üçün səsləndirilir;
  3. Mahnının məzmunu haqında giriş söhbət aparılmalıdır;
  4. Mahnının melodiyası, xarakteri, quruluşu haqında məlumat verilir;
  5. Mahnı hissə-hissə öyrədilir;
  6. Material möhkəmləndirilir.

Mahnını  öyrənməzdən  əvvəl  müəllim  özü  mahnı  ilə  tanış  olmalı,  söz  və musiqinin  əlaqəsinə  fikir  verməli,  mahnıda  nəfəs  alınacaq  yerləri, çətin  sözləri müəyyənləşdirməlidir .Mahnı  öyrənilməzdən  əvvəl  kiçik  məşğələlər ( melodik  məşğələlər )  aparıb,  uşaqların  səslərini   açmaq  lazımdır .Sonra  yeni  öyrədiləcək  mahnının  məzmununa  aid müsahibə  aparıb  onu  aydın,  sadə  dillə  uşaqlara  çatdırmaq  lazımdır. Tərbiyəçi mahnını  nümunəvi  şəkildə  nümayiş  etdirməlidir (yəni  oxumalıdır).

Mahnının  ilk   ifası  bədii,  düzgün,  melodiyası  aydın  və  təmiz səslənməlidir,  onda  uşaqlarda  mahnıya  həvəs  oyanacaq  və  onu  asanlıqla öyrənəcəklər. Məzmununa  uyğun  şəkil , oyuncaq   və  s. dən  istifadə  edilsə,  bu proses  daha  da  tezləşər.

Mahnı  ilk  iki  misranın  melodiya  ilə  ( fraza)  öyrədilməsindən başlayır . Bu  bir neçə  dəfə  təkrarlanır,  sonra  sonrakı  iki  misra  melodiya  ilə  öyrədilir. Sonra  hər  iki  misra  birləşdirilərək  təkrarlanır. Mahnı  bütünlklə  bu   qayda  ilə öyrədilir  .

Mahnı  öyrədilməsi  zamanı  dinamik  işarələrə   ( f  , p ,>,  < )    və digər musiqi ifadə vasitələrinə  xüsusi  fikir verilməlidir.Müəllim mahnının ifası zamanı dirijorluqdan istifadə etməlidir. Bunun üçün əvvəlcədən uşaqlara dirijorluq hərəkətlərini başa almakıdır. Mahnı  oxuyarkən  uşaqların  diksiyasına  da  fikir verilməlidir. Çətin   sözlərin tələffüzünə  fərdi  şəkildə  yanaşılmalıdır .Mahnının uzun  müddət  yadda  qalması  üçün  onu  səhnələşdirib,  oxumaq  məsləhətdir.

Musiqi məşğələlərində müəllimin qarşısında duran əsas vəzifələrədən biri musiqi əsərinin diqqətlə və maraqla dinləməyi öyrətməkdir. Məşğələnin bu mərhələsində hər hansı bir musiqi əsərini dinləyib daha səmərəli mənimsənilməsini təmin etmək üçün eşıtmə əyaniliyinin istifadəsi  zəruridir. Eşitmə əyaniliyini təmin etmək üçünsə,   müəllim əvvəlcə dinlənilən musiqi əsərinin müəllifi olan bəstəkarın şəklini , dinlənilən əsərin məzmununa uyğun illüstrasiyaları göstərməli, həmin əsərin lent və ya kompüter yazısını səsləndirməlidir.

  1. Uşaq bağçasında musiqi tərbiyəsi prosesində uşaqların musiqi fəaliyyəti üçün repertuara Azərbaycan bəstəkarlarının, o cümlədən dünya klassik və müasir bəstəkarların əsərləri, xalq mahnı və rəqsləri daxil edilmişdir.

Məktəbəqədər tərbiyə proqramının dinləmə bölməsində musiqi rəhbəri qarşısında konkret vəzifələr qoyulmuşdur:

  1. Uşaqları bədii klassik və müasir xalq musiqiləri ilə tanış etmək;
  2. Uşaqlarda musiqi qavrama qabiliyyətini və eləcə də musiqi əsərləri vasitəsilə emosional hissin tərbiyə olunmasını inkişaf etdirmək;
  3. Uşaqlara musiqi haqqında müəyyən məlumat vermək, müxtəlif məzmunlu musiqi əsərlərinin yadda saxlanılması, musiqi xarakteri və ifadəliliyini anlamaq bacarığını, həm də onu qiymətləndirməyi tərbiyə etmək.

Yuxarıda vəzifələrlə bağlı proqramda dinləmə bölməsində  3 element əsas tutulur:

  1. Musiqi əsərləri ilə  tanışlıq, onlara qarşı məhəbbət tərbiyə etmək, düzgün qavramaq, müxtəlif tipli musiqi təəssüratları qazanmaq;
  2. Musiqi dinləmə mədəniyyətini vərdiş halına çevirmək;
  3. Qazanılmış müxtəlif tipli musiqi təəssüratı və elementar musiqi nəzəriyyəsi ilə tanışlıq sahəsində uşaqlarda musiqi zövqünü formalaşdırmaq.

Məktəbəqədəryaş dövründə musiqini dinləməyi bacaran uşaq sonralar məktəbdə aparılan musiqi dərslərində fəal olur, musiqi nümunəsini asanlıqla, şüurlu  qavrayır, onu uzun müddət yadda saxlaya bilir. Musiqi dinləmə bacarığı və qabiliyyətini inkişaf etdirmək üçün çalışmaq lazımmdır ki, uşaqlar üçün müvafiq sayılan musiqi nümunələrini onlar diqqətlə, əvvəldən axıradək dinləməyi bacarsınlar.

          3. Dinlənilən musiqi əsərini  qavrayıb mənimsətməkdən ötrü müəllim uşaqlarda  musiqiyə qarşı maraq oyatmalı və dinlədikləri əsəri sevdirməyi bacarmalıdır. Bunun üçün müəllim əsəri yaxşı ifa etməli, ya da səsləndirməlidir. Uşağın dinlədiyi musiqi əsərini qavraması üçün bu prosesdə əsərin bədii ifası, müəlliimin musiqi haqqında fikri və sözü, lazimi əyani və texniki vasitələrdən istifadəsi vacibdir. Dinlənilən əsər haqqında musiqi rəhbəri yığcam, obrazlı xarakterizə verməklə, musiqi ifadə vasitələrini izah etməlidir. Giriş söhbət müxtəlif formada aparıla bilər: məzmunun yığcam nəql olunmsı, müsahibə, izahat, sualların qoyuluşu və s. Bu metodlar musiqi əsərin növündən (vokal və ya instrumental), tanışlıq anından (ilkin və ya təkrar dinləmədə), janrından (mahnı, rəqs, marş), musiqinin xarakterindən (şən və ya qəmli) və dinləyicinin yaşından  asılı olaraq istifadə olunur.

Musiqi əsəri dinlədildikdən sonra uşaqlarla müsahibə aparılaraq  onlara musiqi ilə məzmunun vəhdəti, ifadə vasitələri, xarakter və s. haqqında məlumat verilir. Bir sözlə, giriş söhbət, əsərin dinlənilməsi, dinlənilən əsər haqqında söhbət-təhliltəkrar dinləmə musiqi əsərinin dinlənilməsinin mərhələləridir.

 

  1. Bağçada musiqi məşğələlərinin dinləmə mərhələsində uşaqlar xalq və peşəkar musiqini öyrənirlər. Proqrama Azərbaycan, rus, dünya bəstəkarlarının müxtəlif janrlı və formalı tanınmış əsərləri daxil edilmişdir. Bununla yanaşı repertuara Azərbaycan xalq mahnı vı rəqsləri, muğamları, aşıq musiqisi və s. salınmışdır. Musiqi əsərini dinləməzdən əvvəl uşaqların diqqətini təşkil etmək üçün müəllim dinlənilən əsər, əsərin müəllifləri, məzmun və xarakteri haqqında məlumat verir. Məlumatlar qısa, konkret  və maraqlı olmalı və faklara əsaslanmalıdır. Qeyd etmək lazımdır ki, məlumat və söhbətlət nə qədər  maraqlı olsa, uşaqlarda bir o qədər  əsərə qarşı maraq oyanar. Bu zaman onlar əsəri əvvəldən axıradək diqqətlə dinləyərlər. Əsər isə diqqətlə dinlədildikdə və müəllimlə birgə təhlil edildikdə asanlıqla qavranılır və uzun müddət  yadda qalır.

Repertuara salınan musiqi əsərləri aşağıdakl tələblərə uyğun seçilir:

  1. Dinlənilən musiqi əsəri tərbiyəvi əhəmiyyətə malik olmalıdır. Əsərin ideya-məzmunu və bədii keyfiyyəti aydın olmalıdır;
  2. Dinlənilən musiqi əsəri gözəl və incə olmalıdır və uşağın bədii zövqünü tərbiyə etməlidir;
  3. Dinlənilən musiqi əsəri uşağın yaş xüsusiyyətinə uyğun və müxtəlif xarakterli olmalıdır;
  4. Musiqi materialı (repertuar) ildən-ilə getdikcə forma və məzmununa görə mürəkkəbləşməlidir.

YAZAR: Gülnar Nəzərli 

Həmçinin bax: Musiqinin tədrisi metodikası

Həmçinin bax: https://turaz.org/denizciler-yasat-fonduna-iane-edib/

Həmçinin bax: https://tehsilim.org/unec-in-alimi-beynelxalq-konfransin-elmi-komitesine-uzv-secilib/