Multikulturalizmdə Barri modeli
Multikulturalizmə liberalizm yanaşması və onun nümayəndələri
Multikulturalizm müxtəlif mədəni qrupların birlikdə yaşamasını və müxtəlifliyin qorunmasını, liberalizm isə liberal dəyərləri, fərdlərin hüquq və azadlıqlarının müdafiəsini ön plana çəkir. Multikulturalizmə liberalizm yanaşması multikulturalizmi liberal prinsip və dəyərlər baxımından nəzərdən keçirməyi tələb edir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, liberalizmdə fərdi seçim azadlığı ilə yanaşı, dözümlülük də əsas dəyər kimi qəbul olunur. Bu yanaşma liberalizm nümayəndələri arasında multikulturalizmlə bağlı fikir ayrılıqları və ziddiyyətləri yaratmışdır.
Barri modeli: Eqalitar liberalizmin nümayəndəsi, Britaniyalı filosof Brayan Barri (“Mədəniyyət və Azadlıq”) adlı əsərində) tərəfindən. Bu model;
+ multikulturalizmə liberal mövqedən yanaşır,
+ amma, multikulturalizmin qəti əleyhinə çıxır və hesab edir ki, liberal dövlət qeyri-liberal elementlərə tolerantlıqla yanaşa bilməz.
+ o, multikulturalizmə tənqidi baxışla yanaşır,
+ Barrinin nəzəriyyəsinin əsası ondan ibarətdir ki, hər kəs üçün eyni qanun tətbiq edilməli, heç bir istisna olmamalıdır və yaxud da həmin qanunun mövcudluğu əsaslı deyilsə, ləğv edilməlidir.
+ Barrinin eqalitar liberal yanaşmasını anti-multikulturalizm adlandırırlar.
+ multikulturalizmə liberalizm yanaşmaları yekcins deyil və fərqlidir.
Vil Kimlika mukltikulturalizmdə dövlətin rolunu önə çəkir.
Çandran Kukatas isə əsas diqqəti dövlətin rolunu məhdudlaşdırılması yolu ilə fərdlərin azadlığını əsas sayır.
Kimlika qruplar arasında tolerantlığı, Kukatas fərdlər arasında tolerantlığı zəruri hesab edir. Barri Brayan isə fərdlərin bərabərliyi prinsipini irəli sürür.
Qeyd olunan ziddiyyət və fikir ayrılıqları təkcə nəzəriyyələrlə məhdudlaşmır, həm də praktikada müxtəlif dövlətlərin həyat keçirdiyi multikulturalizm siyasəti modellərində əks olunur.
YAZAR: İsmayılova Səbinə
Həmçinin bax: Etnik özünüdərk və etnik identikliyin xüsusiyyətləri
Həmçinin bax: turaz.org/esitmede-cetinliyi-olanlar-ucun-teledersler-yayimlanacaq/