Müharibədən öncəki və sonrakı “mən”in müəyyən olunması
Sualları oxuyun və cavabları özünüzdə qeyd edin:
Müharibədən öncə və müharibədən sonrakı mənin müəyyən olunması.
1. Müharibə anlayışı sizə nələri ifadə edir? Və sizə necə təsir etdi?
2. Müharibədən öncə və sonra etdiyiniz işləri müharibə bitdikdən sonra davam edə bildinizmi?
A) Edə bildim B) Etməyə çalışıram
3. Müharibənin qələbə ilə nəticələnməsi sosial birlik anlayışınıza necə təsir göstərdi?
A) Sosial münasibətləriniz gücləndi B) Sosial münasibətləriniz olduğu kimi qaldı və ya zəiflədimi?
4. Müharibə müddəti ərzində yuxu rejiminiz necə idi, nə tipli röyalar görürdünüz?
A) 7-8 saat, aydın hüzurlu röyalar B) 6 saatdan az, qorxulu röya və kabuslar
5. Bu müddət ərzində sizdə yuxusuzluq, yata bilməmək halları sizdə hansı psixoloji təsirlər yaratdı?
A) Diqqət dağınıqlığı, aqressivlik, işlərə fokuslana bilməmək B) Yuxu rejimim dəyişilmədiyi üçün heç bir problem yaranmadı.
6) Müharibə şəraitindən sonra baş verən hadisələr, situasiyalar sizdə hansı təəssüratları yaradır?
A) Təmkinlə yanaşıram B) Tez qıcıqlanıb, hiddətlənirəm
Nəticələr:
Sual 1. Cavab olaraq müharibə güc qələbə seçimini edənlər cəsarətli insanlar, digər cavabları verənlər duyğusal insanlar hesab olunur.
Sual 2. A) Planlı və qayda qanuna tabe insanlar
B) Nisbətən dayanıqlı olub bərpa etməyə çalışanlar məqsədli və bir qədər plansız olanlar
Sual 3. A) sosial münasibətlərinizin güclənməsi sizin daha ünsiyyətcil və xaricə yönələn xüsusiyyətə malik bir şəxs olduğunuzun göstəricisidir.
B) sosial münasibətlərin olduğu kimi qalması və ya zəifləməsi sizin sosial əlaqələrə qapalı və daxilə yönələn xüsusiyyətə malik bir şəxs olduğunuzun göstəricisidir.
Sual 4. A) Stressə dözümlü, sağlam psixikaya maliksiniz.
B) Stressə davamsızlıq müşahidə edilir,
situasiyaya tez qapılıb təsir altına düşürsünüz.
Sual 5. A) Baş verən hadisələri saf çürük edənlərdənsiniz.
B) Stressə dözümlü, güclü iradəyə maliksiniz.
Sual 6. A) Səbrli, təmkinli xarakterə sahibsiniz.
B) Daha impulsivlik müşahidə edilir, situasiyaya tez reaksiya verirsiniz.
HAZIRLADI: Qafqaz Maarif Birliyinin Maarif Şöbə – Milli Maarif Dərnəyinin Psixologiya Klubu
Həmçinin bax: Yaşlılıq psixologiyası
Həmçinin bax: https://turaz.org/erenistan-xin-den-azerbaycana-qarsi-sersem-sertler/
Həmçinin bax: https://tehsilim.org/kimya-fakultsinde-qarabag-azerbaycandir-adli-onlayn-tedbir-kecirilib/