Müasir təhsil sistemimizdə olan müsbət və mənfi hallar daha da yaxşı təhsil üçün verəbiləcəyimiz təkliflər

Mənim bu mövzunu seçməyimin əsas səbəbi bu mövzunun daima məni düşündürməsi və hazırda özümün də pedaqoji ixtisasda təhsil almağım olmasıdır. 11 il orta məktəbdə təhsil almış və hazırda 3 il də universitetdə təhsilimi davam etdirirəm.Belə ki keçirdiyim bu 14 illik təhsil yolunda təhsilimizdə gördüyüm müsbət və mənfi hallar, əlbəttə ki ,diqqətimdən qaçmamışdır.

Bir gələcəyin müəllimi kimi əvvəl təhsilimizdə olan müsbət keyfiyyətlərdən söz açmaq istəyirəm. Həqiqətən də,  ölkəmizin hər bölgəsinə, rayonuna baxsaq ,olduqca öz ixtisasını tam mənimsəyən, gələcəyə savadli kadr verəcək müəllim kollektivi, müəllim heyəti ,düşünürəm ki, kifayət qədərdir. Həmçinin Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üçün yaratdığı imtaham sistemi də təqdirəlayiq bir hadisədir. Bu sistemlə ən azı müəllimlərə öz biliyi üzrə iş saatlarının verilməsi və işə təyin olunması onlar üçün daha ədalətli qərar olur.

Ancaq günümüzdə bu ixtisasa “yuxarıdan aşağı” baxanlar da az deyil. Niyə axı?! Belə bir şərəfli peşə bu baxış təzyiqinə layiqdirmi?! Əlbəttə ki ,xeyr ! Layiq deyil . Amma bunun belə olmasının səbəbini öz fikrimə uyğun yazmaq istəyirəm. Ona görə ki hazırda müəyyən yaş həddinə çatmış şəxs, vətəndaş öz dolanışını ,maddi vəzəyyətini təmin etməyə çalışır. Ancaq hazırda müəllimlikdən gələn maaşla bunu müsbət mənada təmin etmək elə də asant deyil. Yəni müəllimlərin maaşının qaldırılması həvəskar peşəkarların yetişməsinə də müsbət rol oynaya bilər. Bu problemin də zamanla öz həllini tapacağına inanıram.

Eyni zamanda son illər 500-dən yuxari balla müəllimlik ixtisasına qəbul olan tələbələrə ayrılan “Gələcəyin müəllimi” təqaüdü də gələcək üçün daha da savadlı müəllimlərin yetişəcəyinə zəmin yaradır.

Məni narahat edən təhsil sahəsində daha bir problem, mənə görə, universitetə hazırlaşan şagirdlərin –abituruyentlərin ixtisas blokunu seçərkən digər fənlərlə az maraqlanmaları və ya tamamilə o fənnə nəzər salmamalarıdır. Məsələn, lll ixtisas blokuna hazırlaşan bir şagirdin l ixtisas blokuna daxil olan fənlərlə maraqlanmaması əslində həmin şagirdin hərtərəfli inkişafına mane olur. Fikirləşirəm ki, bu problem aradan qalxmalıdır. Nə üçün axı texniki fənlərə meyl edən bir şagirddə ədəbiyyat ruhu oyanmasın , formalaşmasın?! Təbii ki bəhs etdiyim bu halı mən də3 il əvvəl yaşamışam və bir tələbə olaraq da bunu hal- hazırda oxumadığım həmin elmlərdən olan az bilgim və ya tamamilə bilgisizliyimlə görürrəm.  Əlbəttə, hər bir problemin həll yolu mövcud olduğu kimi bunun da həlli mövcuddur.  İlk öncə, fikirləşirəm ki ,ixtisas blokuna ya əlavə fənlər salınmalı, ya da ki ixtisas blokları tamamilə aradan qalxaraq bütün fənləri qəbul imtahanına salmaq daha yaxşı olar.

Belə olacağı təqdirdə şagird ibtidai sinifdən 11-ci sinfəcən hər fənnə vaxt ayırıb hər fənn barəsində kifayət qədər də məlumatı olar.

Eyni zamanda bu işdə müəəllimlər də fəal rol oynamalıdır. Hazırdakı qəbul imtahanına yəni şagirdlərin öz ixtisas fənlərini oxuyub digər fənlərdən uzaqlaşması halına göz yummamalı ,bütün sinif üzərində nəzarəti təmin edərək hər bir şagirddən gündəlik keçdiyi fənni tələb etməlidir. Krikulum sistemini layiqincə yerinə yetirsələr, interaktiv metodlara baş vursalar ,müasir dövrümüzə uyğunlaşaraq ənənəvi üsulları geridə qoysalar əgər, əlbəttə , hər fənnə şagirddə də maraq yaranar. İnanıram ki, müəllimlər bu formada ciddi səy göstərsələr bu problem az da olsa öz həll yolunu tapar. Eyni zamanda bu işdə müəllimlərə valideynlər də dəstək göstərməlidir. Valideynlər evdə övladlarının nə işlə məşğul olmasına nəzər yetirməli, müəllimə yardım etmək üçün də onu şagird haqqında məlumatlandırmalıdır. Bunun üçün daimi valideyn müəllim iclası olsa daha yaxşı nəticə əldə etmək mümkündür.

Qeyd etmək istədiyim daha bir məni narahat edən hal ixtisas seçimi zamanı şagirdin ixtisasını əldə etdiyi nəticəyə görə seçməsi və ya bəzən valideynlərin şagirdin ixtisas seçiminə etdikləri müdaxilələrdir. Məsələn 650+ bal toplayan bir abituruyent “ Abituruyent” jurnalın baxaraq haqqında heç məlumatı olmadığı yüksək ballı bir ixtisası seçir. Sizcə, həmin insan gələcəkdə nə qədər uğurlu olacaq ?! Əminəm ki , belə hallarda həmin ixtisasa sənəd verən tələbələr arasında çox az hallarda uğurlu kadr çıxacaq. Və ya başqa bir misal ,həkimlik ixtisasın istəyən şagird qəbul imtahanında topladığı az balla sonda müəllimlik ixtisasını seçir, niyə axı?!Belə olacağı təqdirdə o insandan həvəsli müəllim çıxarmı o da sual altında…

Eyni zamanda müəllimlərin ixtisas seçimi zamanı olan fikir müdaxilələri də bu işdə mənfi rolunu göstərir. Xüsusən ölkəmizdə rayon yerlərində bu halla tez-tez qarşılaşmışam. Valideynlərin qız övladlarının imtahanda topladığı baldan asılı olmayaraq onlara sadəcə müəllimlik ixtisasını uyğun görmələri.. etməyin, əzizlərim !3 il əvvəl mən də bu hadisənin qurbanı olmuşam . Düzdür ,mən özümü toplamağı bacarsam da, hər bu halla qarşılaşan tələbə toplaya bilmir. Toplamağa da məcbur deyil. “ övladım həkim olmalıdır”, “övladım mühəndis olmalıdır” və s. istəklərinizlə övladlarınızın istəyini görməzdən gəlib kölgələməyin ,əziz valideynlər.

Və fikirlərimi günümüzdə aktual olan və resbublika məktəblərinin 80-90 % qarşılaşdığı bu mənfi vəziyyətlə yekunlaşdırmaq istəyirəm. 11 il ərzində keçirilən informatika ,ingilis dili ,fiziki tərbiyə kimi fənləri ya yüksək səviyyədə keçirilməməsi, ya da tamamilə bu fənlərin önəmsiz fənmiş kimi keçirilməməsi. Məlumdur ki , bir dili öyrənmək aşağı yaşlarda daha rahat və eyni zamanda əyləncəlidir. Amma 11 il orta məktəbdə təhsil alıb heç bir dili bilməmək nə acıdır təhsilimiz üçün!!! informatika və fiziki (bədən) tərbiyəsi fənlərində də vəziyyət belədir. İnformatika fənni komputer otağında müxtəlif oyunlar oynamaq (play game) fənni, Bədən tərbiyəsi idman zalında futbol oynamaq fənni olub. Və hazırda idman sahəsindən kifayət qədər məlumatımın olmamasının səbəbini daha yaxşı anlayıb heyifsilənirəm. Təbii ki, bu problemin həllini tapması bünövrədən ,fənn müəllimindən asılıdır. Universitetlərdə bu ixtisas yerləri artırılmalı və yüksək peşəkar kadrlar hazırlanmalıdır. Aristotel demişkən, elm yaxşı zamanlarda bir sərvət pis zamanlarda yaxşı bir sığınaq və yol rəhbəridir. Ona görə özümüz üçün xalqımız üçün sığınacaqların sayını artırıb yol rəhbəri olmalıyıq.

Sonda isə mövzunu Nelson Mandelanın bu düşündürücü cümləsi ilə bitirmək istəyirəm:“Təhsil elə bir silahdır ki sən onunla dünyanı dəyişə bilərsən”.

YAZI: ” Ən yaxşı esse ” müsabiqəsində 6-cı yerə layiq görülmüşdür.
YAZAR: Aygün Məmmədova