Müasir dünyada dini və etnik müxtəliflik. Ölkələrdə etnik–mədəni müxtəliflik və onun tənzimlənməsi yolları

Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütünü və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir düşüncə, sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm  onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Məlum olduğu kimi müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində etnik irqi dini və mədəni müxtəliflik mövcuddur. Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin formalaşması tarixi prosesin inkişafının nəticəsi kimi obyektiv xarakter daşıyır. Bundan başqa bu müxtəliflik xalqların etnik-mədəni dəyərlərini mədəniyyətini xarakterizə edir və onların dünyagörüşü və  fəaliyyətlərinin əsasını təşkil edir. Bir sözlə etnik-mədəni müxtəliflik xalqların həyatında müsbət rol oynayır. Bəşəriyyətin tarixi təkamülü nöqteyi-nəzərindən dinlərin iki əsas qrupunu göstərmək olar:

  1. İbtidai dinlər: animizm, fetişizm, totemizm, bütpərəstlik, sehrbazlıq, atəşpərəstlik, zərdüştlük və s.
  2. Siniflərin meydana gəlməisndən sonra yaranan dinlər. Onları da 2 yerə ayırmaq mümkündür: a) Milli-dövlət dinləri, məsələn, iudaizm, induizm, sintoizm, konfutsiyaçılıq, daosizm və s. b) dünya dinləri: buddizm, xristianlıq və islam.

Müasir dinlərdə ibtidai dinlərin bəzi elementləri özünü büruzə verməkdə davam edir. İudaizm (qədim yəhudi dilində “yaradut”) – yəhudi xalqının milli dinidir. Bizim eradan əvvəl II minillikdə (Şimali Ərəbistanın köçəri yəhudi tayfalarının siyasi inancları və adətləri əsasında) yaranıb. Bizim eradan əvvəl XIII əsrdə onlar Fələstini işğal edir (Xanaan), yerli kultların dini təsəvvürlərini özünə hopdurur. İudaizmin yaranmasına İudlar tayfası (ad da buradandır) xüsusi təsir edir. Onların Yaxve allahına kultları (sitayişləri) var. Sonralar Yaxve tək allah olur. Hökmdar David İud nəslindən idi (bizim eradan əvvəl XI əsrin sonu-bizim eradan əvvəl təxminən 977-ci il) və onun dövründə İsrail-İudey çarlığı gücləndi ki, bu da indey nəslinin üstün vəziyyətini (mövqeyini) təmin etdi. İudaizmdə inanc təlimi və kult elementləri erkən formalaşır. Onlara aiddir:

  • Allah, Kainat, insan haqqında təlim.
  • dini kultun göndərilmə qaydası.
  • Mənəvi-əxlaqi münasibətlər kodeksi.
  • dini institutlar sistemi.Allah seçimi konsepsiyası.
  • Messianizm-Messinin gəlişi (padşahın və ya Allah elçisinin), İlahi Hökmdarlığın yaranması.

İudaizmin müqəddəs kitabı Safarimdir, qədim yəhudi abbreviaturasında Tanax, xristianlıqda Əhdi-Ətiq, Tövrat (Təlim) və ya beş kitablıq (Mövcudluq, Son, Levit (qədim yəhudilərdə ruhani, Ədədlər, ikinciqanunilik)), onun müəllifi Musa peyqəmbər hesab olunur; Heviim (Peyqəmbərlər) — dini-siyasi və tarixi-xronoloji xarakterli 21 kitab; Ketubim müxtəlif dini janrlarda 13 kitab.
Bibliyanın xristianlıqdan əvvəlki qədim hissəsinin (əhdi-ətiq) bizim eradan əvvəl X əsrdə yazıldığı qeyd olunur.

Buddizm – b.e.əvvəl VI əsrdə Hindistanda medyana gəlmişdir. 45 yaşlı Mayya adlı qadının yuxuda ağ fil mələk görməsi nəticəsində hamilə olması və Qautamanı dünyaya gətirməsi haqqında rəvayətə əsaslanır. İlk vaxtlar cah-cəlal içərisində yaşayan Qautama 29 yaşında sarayı tərk edərək 6 il ərzində meşələrdə tərki-dünya həyat tərzi keçirir və nəticədə insanların nicat yolunu Nirvanaya (sükunət) nail olmaqda tapır. Onun təliminə görə bütün maddi varlıq daim sükunət halında olan mistik varlığın (Budda) təzahurudur.

 Nirvanaya çatmağın yolu isə aşağıdakı 4 həqiqəti dərk etməkdən keçir:

  1. həyat əzab-əziyyətdir.
  2. əzabın səbəbi isə arzular və ehtiraslardır.
  3. əzabdan qurtarmaq üçün arzu və ehtirasları boğmaq lazımdır.
  4. arzuları boğmaq üçün Qautamanın göstərdiyi nicat yolu ilə – Nirvanaya gedən yolla getmək lazımdır.

 Buddizmin əsas dini kitabı “Kanon” (Qanun) adlanır. Bu din hazırda Çin, Vyetnam, Birma, Nepal, Laos, Tailand, Yaponiya kimi ölkələrdə geniş yayılmışdır.

   Xristianlıq – eramızın I əsrində yaranmışdır. F.Engels “İlkin xristianlığın tarixinə dair” adlı əsərində göstərir ki, Eramızın I əsrində Romada əhalinin ağır vəziyyəti zülmdən çıxış yolunu xilaskarda görməyə vadar edirdi.

Bu dinin əsas ehkamları bunlardır: İsanın doğulması və ölümü ilə bəşəriyyətin öz  günahlarını yuması; axirət (qiyamət) günü onun yenidən zühur etməsinə, dindarların diriləcəyinə və kafirlərin cəzalanacağına inam. “Bibliya”nın birinci hissəsi-”Əhdi-Ətiq” həm xristianlığın, həm də iudaizmin müqəddəs kitabı hesab olunur. “Əhdi-cədid” adlanan ikinci hissə isə yalnız xristianlığın kitabıdır və buraya 27 əsər daxildir: Matfeyin, Markın, Lukanın və İsanın incilləri, Apostolların əməlləri, 21 müraciətnamə, İsanın vəhyi və ya Apokalipsis. Roma imperiyası iki yerə parçalandıqdan sonra 1054-cü ildə xristianlıqda da 2 cərəyan əmələ gəldi: KatolisizmPravoslavlıq. Katolisizm və pravoslavlıq vahid dinin qolları olsa da, hər ikisi xristianlığın ümumi etiqad ehkamlarına əsaslansa da, onların həm dini təlimlərinin məzmununda, həm də kilsə idarəçiliyi formasında müəyyən fərqlər vardır. Katolisizm dində müəyyən dəyişikliklər etməyə, onu yeni şəraitə uyğunlaşdırmağa çalışırdısa, pravoslavlıq dini təlimi ənənvi formada saxlamağa cəhd edirdi. Katolisizmdə bir sıra yeni inamlar və ayın fomaları meydana çıxdığı halda pravoslavlıqda əsrlər boyu heç bir dəyişiklik baş verməmişdir. Katolisizmə görə müqəddəs ruh təkcə ata-allahdan deyil, həmçinin oğul-allahdan da nazil ola bilər. Pravoslavlıqdan fərqli olaraq katolisizmdə cənnət və cəhənnəmdən başqa məhşərə də etiqad vardır. Pravoslav kilsə xadimlərindən fərqli olaraq katolisizm nümayəndələri, xüsusən də ali dini rəhbər olan Papa dünyəvi işlərə qarışaraq siyasi mövqe nümayiş etdirirlər. Pravoslavlıqda vahid allah üç sifətdə təzahür edir.: ata-allah (dünyanın yaradıcısı), oğul-allah (İusus Xristos), ruh-allah (yalnız ata allahdan irəli gələn ruh). Katolisizmə görə dindar şəxs yalnız kilsənin köməkliyi və vasitəçiliyi ilə günahlarından təmizlənə bilər. 1517-ci ildə Almaniyanın Vittenberq kilsəsinin keşişi Martin Lüter özünün dini ehkamlara qarşı irəli sürdüyü 95 tezisi ilə Protestantizm dini cərəyanını yaratdı. M.Lüter günahlardan təmizlənməni rədd edərək ayinləri sadələşdirməyi tələb edirdi. Əsas şüar isə ilkin xristianlığa qayıtmaq idi. Nəticədə ibadət ana dilində aparıldı, bazar günü əməklə məşğul olmaq qadağan edildi. Həmin gün insanlar kilsədə ibadət etməli oldular. Kilsə dünyəvi hakimiyyətə tabe edildi.  VII əsrdə əsası Məhəmməd peyğəmbər tərəfindən qoyulan islam dininin müqəddəs kitabı “Qurani -kərim”dir. Başqa dinlərdə olduğu kimi, islamda da ideya və təsəvvürlərin əsasını etiqad ehkamları təşkil edir:

  1. Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın rəsuludur.
  2. Allah təkdir, əbədi və hər şeyə qadirdir.
  3. Axirət haqdır, orada hər kəs cəzaya və ya mükafata layiq görüləcəkdir.
  4. Quran müqəddəsdir və Allah tərəfindən göndərilmişdir.
  5. Taledən qaçmaq olmaz, yazıya pozu yoxdur və s.

Bu etiqadlar əsasında İslam dini hər bir dindar müsəlmanın qarşısında 5 əsas vəzifə qoyur: 1. Kəlmeyi-şəhadətini oxuya bilmək. 2. Namaz qılmağı bacarmaq. 3. Oruc tutmaq. 4. Zəkat vermək. 5. Həccə getmək. İslamın ardıcılları 1 milyard nəfərdən artıq olmaqla dünyanın 120-dən çox ölkəsində yaşayırlar.

  Azərbaycan ərazilərində müxtəlif tarixi dövrlərdə çoxsaylı etnik və dini qrupların məskunlaşmasında bu amil böyük rol oynayıb. Müxtəlif xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq xüsusiyyətidir. Bu, elə bir sərvətdir ki, min illər boyu heç bir qüvvə onu Azərbaycan xalqından ala bilməyib, əksinə, əsrlər keçdikcə daha da zənginləşib və möhkəmlənib.

Səmavi dinlərə qədər Azərbaycan ərazilərində bütpərəstlik hökm sürmüşdür. Amma bu dövrdə bəzi inanclara, xüsusilə, oda, suya, ağaca və səma cisimlərinə inam daha güclü olmuşdur. Min illərin keçməsinə baxmayaraq, bu inamın əlamətləri insanların yaddaşında qalmış və bu gün də onların həyat tərzində özünü büruzə verir. Məsələn, ilk insandan üzü bəri oda bütün dövrlərdə qoruyucu, müqəddəs təmizləyici qüvvə kimi baxılmışdır. Odun hər cür çirkinliyi yox etdiyinə və insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Ümumiyyətlə, həyatın mövcudluğunu şərtləndirən əsas komponentlər kimi od, su, torpaqhava İslamın yayılmasına qədər Azərbaycan ərazilərində yaşayan insanların etiqadında önəmli yer tutmuşdur. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.  

Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün XVIII əsrdə tikilmişdir.

Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.

Bütpərəstlik. Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan (sehrçinin, türkəçarəçinin vəcd halında cuşa gələrək ruhlara əlaqə girməsi, şər ruhları qovması)  tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr tapmaq mümkündür.

Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib atmaları barədə məlumat vermişdir.

Zərdüştilik. Zərdüştilik tarixən Azərbaycan ərazilərində yaranaraq digər ərazilərə yayılmışdır. Adətən, atəşpərəstliyi zərdüştilik dini ilə eyniləşdirirlər. Əslində zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir. Halbuki, hər iki inam müstəqil din sahələri kimi meydana gəlib və onların yaranması bilavasitə Azərbaycan əraziləri və xalqı ilə bağlıdır.

Üç böyük imperiyanın dövlət dini olmuş zərdüştilik  ilk dəfə qədim dünyada mükəmməl din, dünyagörüşü, əxlaq və məişət, mənəviyyat prinsipləri toplusu yaratmışdır. Bu dinin özəlliyi ondadır ki, onun yaradıcısı sayılan Zərdüşt özünə qədər mövcud olan ilahların hamısını rədd edərək yeganə Allah – Hörmüzü kainatın və bütün canlı varlıqların yaradıcısı kimi irəli sürüb. Bu baxımdan, bütpərəstlikdən fərqlənən Zərdüştilik bütpərəst dinlərlə səmavi dinlər arasında ayrıca bir mərhələ təşkil edir.

Bu dinin əhatə dairəsi yalnız Azərbaycanın tarixi əraziləri və Yaxın Şərqlə məhdudlaşmamış, Qərbə, xüsusilə qədim yunan və Hind mədəniyyətinə ciddi təsir göstərmişdir. Tarixi faktlar, eləcə də bizə gəlib çatmış yunan tarixçi və filosoflarının əsərləri sübut edir ki, zərdüştiliyin müqəddəs kitabı olan Avesta, xüsusilə, bu kitabı yaradan maqlar, onların təlimində və atəşpərəstlik dinində islahat aparmış Zərdüşt yunan mədəniyyətinin inkişafında böyük rol oynayıb. Bəlkə, elə buna görədir ki, ingilis tədqiqatçısı Meri Boys Zərdüştiliyin bəşəriyyətə bütün digər etiqad növlərindən daha artıq dərəcədə təsir göstərdiyini iddia edir.

Əksər tədqiqatçılar təsdiqləyir ki, Zərdüştün dövrünə qədər analoqu olmayan ideyaları nəinki onun ardıcıllarına, hətta qədim dövrün bir çox aliminə – Platona, Aristotelə, Hermippinə və başqalarına güclü təsir göstərib.

Uzun tarixi dövr ərzində dövlət dini statusunu qoruyub saxlayan zərdüştilik VII əsrdən etibarən, yəni İslamın yayılması ilə əlaqədar zəifləməyə başlayıb. Təsir dairəsi bu qədər geniş olan, Hindistanda və İranda indiyədək mənsubları yaşayan zərdüştilik Azərbaycanın tarixi ərazilərində yaranmış və Azərbaycan xalqının bəşəriyyətin mədəni dəyərlər sisteminə ərməğan etdiyi ilk böyük töhfədir.

Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli xüsusiyyətlər də kəsb etmişdir. Azərbaycan ərazisində nüfuz dairəsini genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir. Belə bir şəraitdə bölgəyə gələn islam sürətlə və nisbətən dinc yolla yayılmaq imkanı əldə etmişdir.

             Yəhudilik. Azərbaycan xalqının bu zənginliyini təsdiqləyən və min illər ərzində ondan faydalanan xalqlardan biri də yəhudilərdir. Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib çıxan yəhudilərin bu böyük tarixi dövr ərzində azərbaycanlılar tərəfindən nə vaxtsa dini ayrı-seçkiliyə məruz qalmalarına dair heç bir fakt yoxdur.

Yəhudilər Azərbaycana gəlməmişdən əvvəl bu ərazilərdə müxtəlif dinlər və inanclar olub, lakin onların heç biri kənardan gəlməyib, burada formalaşıb. Bu baxımdan, Azərbaycana kənardan gəlmiş ilk din olan yəhudilik həm də bu ərazilərdə yayılan ilk səmavi dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan dağ yəhudiləri bizim eradan əvvəl VI əsrdə Yerusəlimdə birinci xram adlanan məbədin sökülməsi nəticəsində vətənlərini tərk etmiş qədim yəhudi qəbilələrinin nəslindəndirlər.

Azərbaycanda üç yəhudi icması – dağ, əşkinazi və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı təxminən 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə digər şəhərlərdə yaşayır. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir. Onların ölkəmizə gəlişi əsasən XIX əsrin sonuna, sənaye bumu dövrünə təsadüf edir.

Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar.

     Xristianlıq

  Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir.

Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə İslamdan öncəki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu ərazilərdə xristianlar yaşayıb və ümumi mədəniyyətimizin formalaşmasında yaxından iştirak ediblər. Üstəlik müəyyən tarixi dövrlərdən başlayaraq bu dinin müxtəlif qolları – pravoslavlıq, katoliklik və protestantlıq, eləcə də lüteranlıq ölkəmizdə yayılıb və yaşamaq hüququ qazanıb.

Azərbaycanın ikiyə bölünməsindən və Rusiya işğalından sonra bölgədə fərqli dini mühit formalaşıb ki, onun təsiri hələ də davam edir. Çünki Rusiyanın işğalından sonra xristianlığın pravoslav və lüteran qoluna mənsub xeyli sayda insan kütləvi şəkildə Şimali Azərbaycana köçürüldü və ölkədə əhalinin istər din, istərsə də məzhəb baxımından tərkibi xeyli dəyişdi. Şübhəsiz, XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin inkişafı nəticəsində işləmək üçün müxtəlif ölkələrdən Azərbaycana gələn insanların sayı xeyli artdığından əhalinin dini tərkibi daha da zənginləşdi. Bunu həmin dövrdə Bakının dini xəritəsi də təsdiqləyir. 1913-cü ilin məlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592 yəhudi, 3 min 801 lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb və həmin dövrdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar, məbədlər və s. fəaliyyət göstərib.          Məhz bu dövrdə Roma-katolik, lüteran və bir sıra protestant icmaları formalaşıb. Bütün bunlar onu göstərir ki, tarixən çox konfessiyalı ölkə olan Azərbaycanda tolerantlıq prinsiplərinin qorunması üçün münbit şərait olub və təkcə ölkənin yerli əhalisi yox, hətta əcnəbilər də bu mühitdən maksimum bəhrələniblər.

İslam

Azərbaycanın islamlaşması hicrətin 18-ci ilindən (639-ci il) başlanmışdır. Həmin dövrdə ərəblər Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan və Arranı fəth edir, Xəzər sahili boyunca Dərbəndə kimi irəliləyirlər. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar.

Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı. İslam fütuhatları çox yerdə sülh yolu ilə, bəzi yerlərdə isə silah gücünə həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlərə toxunulmurdu. İslamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyir və müsəlmanların himayəsi altında olurdular. İslamı qəbul etməkdən imtina edənlər müsəlmanlarla döyüşməli olurdular.

Sərhəd məntəqələrində ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali bir qədər kənara köçürülürdü.Azərbaycanda islamlaşma prosesini bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini itirməsi ilə bitir.

Bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında yayılırdı, çünki ərəblər bu siniflərə güzəştlər edirdilər. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan üstünlüyü qorunub saxlanılırdı.

Ölkələrində etnik–mədəni müxtəliflik və onun tənzimlənməsi yolları:

Rusiya  imperiyasının müstəmləkə siyasəti: köçürmə, ruslaşdırma, xristianlaşdırma.

XIX – XX əsrin əvvəllərində Rusiya imperiyasının Şimali Azərbaycanda apardığı müstəmləkə siyasətinin tərkib hissəsi olan köçürmə siyasəti nəticəsində ölkə əhalisinin etnik nomenklaturasında demoqrafik dəyişikliklər baş verdi. Belə ki, XIX əsrin birinci otuzilliyində Türkmənçay və Ədirnə müqavilələri bağ-landıqdan sonra Rusiya imperiyası işğal etdiyi Azərbaycanın şimal torpaqlarında özünün siyasi hakimiyyətini bərqərar etmək, işğal etdiyi müsəlman ölkəsində konfessional dayaq yaratmaq məqsədi ilə əhalinin 90%-dən çox müsəlman olduğu ölkənin etnik nomenklaturasında xristian elementinin çəki yükünün artı-rılmasını əsas götürüb, qeyri-köklü xristian etnosları ölkəyə köçürməyə başladı. Bu siyasətin mahiyyəti, vətən torpaqlarını imperiya coğrafi çərçivəsində əridib, burada yadelli, yaddilli, yaddinli etnosları yerləşdirib, bölgədə özünə sosial dayaq yaratmaq idi. Köçürmə siyasətini apararkən, Rusiya hakim dairələri  ermənilərə böyük ümidlər bəsləmiş və hakimiyyətin bu mövqeyini P.D.Sisianov belə izah etmişdi ki, ermənilər  xristian olduqları üçün öz şəxsi mənafeləri nami-nə rus hökumətinə sədaqətlidirlər və Rusiya dövlətinin yeni ərazilərdə hökmran-lığının bərqərar olmasını görmək istəyirlər.

Azərbaycan tarixinin alman səhifələri

Köçürmə siyasəti aparan Rusiya, ölkə əhalisinin tərkibinə yeni etnoslar da gətirdi: almanları və rusları. ХIХ əsrin birinci rübündə Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya imperiyasının apardığı müstəmləkə siyasətinin əsas istiqamət-lərindən biri işğal  olunmuş əraziyə xristian etnosları köçürmək və xristian  elementinin çəki yükünü ölkə əhalisinin etno-konfessional nomenklatura-sında artırmaq idi. Yadelli xristian etnoslardan ilk olaraq almanlar Azərbay-canın şimal torpaqlarına köçürülmüş və onların koloniyaları salınmış-dı. Alman-kolonistlər, ölkənin sosial-iqtisadi sahəsinə qərb elementlərini daxil edə bilmiş, kənd təsərrüfatında üzümçülük, şərabçılıq, tütünçülük kimi sa-hələr, süni mineral suların hazırlanması onların adı ilə bağlı olmuşdur. Bu dövrdə Azərbay-canın multikultural ənənələrə yaxınlaşması özünü başqa sahələrdə də gös-tərmişdir. Bakı nefti ilə milyonlara sahib olan Nobellər Nobel mükafatını tə-sis edərək, bəşəriyyətə Qərb-Şərq sivilizasiyalarının vəhdətini nümayiş et-dirmişdir.

İmperiya çərçivəsinə daxil etdiyi bütün xalqlara  velikorus mövqeyindən yanaşan Romanovlar Rusiyası ХХ  əsrin əvvəllərində sosial-siyasi kollaps dövrünə qədəm qoyduqda konfessional cəhətə varmayaraq, özünün qeyri-rus təbəələrinə birtərəfli münasibət göstərmiş və bu baxımdan almanlar istisna təşkil etməmişdilər. XX əsrin əvvəllərində ölkə əhalisinin tərkibinə qatılan almanların sayı 15.990 nəfərə, çəki yükü isə  ölkə əhalisinin etnik nomenklaturasında 0,41 %-ə  çatmışdı.

    Xristianlaşdırma siyasəti.

Azərbaycan torpaqlarını özünün müstəmləkə sisteminə qatan Rusiya siyasi hakimiyyətini bölgədə bərqərar etmək məqsədi ilə işğal etdiyi ərazidə mövcud islam sistemini pozmaq və əsas vasitə kimi götürdüyü xristian ele-mentini artırmaq üçün müstəmləkə siyasətinin tərkib hissəsi olan xristian-laşdırma siyasətini məqsədyönlü olaraq aparmışdır. Belə ki, müsəlman ölkəsində Rusiya hakimiyyətini möhkəmlətmək məqsədini əsas tutan mütlə-qiyyət yaddilli, yaddinli, yadtəbiətli əhalinin assimilyasiyaya uğramasında mütləq vasitə dini, xristianlığın yayılmasını götürmüşdü. Belə ki, Rusiya im-periyasının hakim dairələrinin fikrincə ölkənin köklü əhalisi yadelli işğalla ba-rışmayacaq və bu barışmazlığın dayaq nöqtəsi də İslam dini idi. Çünki, minillik bir tarixi dövr boyunca İslam dininə etiqad edən xalq, xristian dövlətin hakimiyyətini asanlıqla qəbul etməyəcəkdi.

Yazar : Səbinə İsmayılova

Həmçinin bax : https://kafkazh.com/yer-kuresinin-relyef-xususiyyetleri/

https://kafkazh.com/tropik-qursagin-torpaq-ortuyu/

https://tehsilim.org/adu-ve-dokuz-eylul-universitetinin-emekdasligina-hesr-olunan-vebinar-kecirilecek-elan/