Müasir ailənin əsas tipləri və quruluşu. Ailədə Liderlik və ya ailə başçısı məsələsi.
Ailə anlayışı dünyəvi bir anlayışdır. Dilimizə əsasən ərəb dilindən keçən bu anlayış əsasən həmin dildə “bir insanın baxmaqla cavabdeh olduğu ev ” mənasını verir. Psixoloq Günay Sadıqova’ya görə ailə nigah və qan bağlılığı olan kiçik sosial birlikdir. Bir başqa sözlə ailə kişi ilə qadın arasında nigah ittifaqıdır. Bir ailənin təməli isə qeyd edilən kimi kişi və qadınla qurulur. Ailə anlayışı ilə bağlı bir sıra sosioloqlar müxtəlif fikirlər söyləyiblər. Winch də ailəni qrup kataqoriyasına daxil edir: “Ailə nəsli münasibətlərinə görə valideynlərdən və uşaqlardan ibarət bir sosial qrupdur”. Nimkoff’a görə; “Ər-arvad-uşaqlardan və ya sadəcə ər-arvaddan ibarət olan az və ya çox davamlılıq göstərən bir birlikdir. Sumner və Kellerə görə; “Ailə, ən azı iki nəslin qan bağı ilə xarakterizə olunan kiçik bir sosial təşkilatdır “. Mübeccel Belik Kıray-a görə ailə sosial bir qurumdur. Ona görə “ailə sosial dəyişkənlikdə bufer funksiyası vəzifəsini görən, fərdlərin təhlükəsizlik ehtiyaclarını müxtəlif yollarla qarşılayan sosial bir birlikdir”.
Ailə bir anlamda bir şəxsiyyətin formalaşmasına zəmin yaradan və onun cəmiyyətdə azad düşüncəli bir fərd kimi inkişaf etməsi üçün müxtəlif şəraitləri yaradan birlikdir. Hər ailənin təməlini ana və ata qoyur. Normal psixoloji və ya sağlam düşüncəyə sahib olan hər bir gənc insanın ailə qurmaq hüququ vardır. Həm madii,həm mənəvi cəhətdən sözdə yalnız nigah zamanı deyildə hər zaman “Sağlamlıqda, xəstəlikdə, pis gündə, yaxşı gündə ölüm sizləri ayırıncaya qədər birlikdə olmaq” cümləsi ilə başlar ailə. Başqa bir leksikoloji anlama əsasən ailə; cinsi əlaqələrə əsaslanan uşaq sahibi olmaq və böyütmək xüsusiyyətləri göstərən bir qrup olaraq təyin olunur.
Dünyada müxtəlif ailə formaları vardır. Onlar əsasən 5 tipə bölünür: Klassik ailə və ya geniş ailə, modern ailə və ya çəkirdək ailə, yarımçıq ailə və ya boşanmış ailələr, birtərəfli ailə, vətəndaş nigahı. İlk ailə tipi geniş ailədir. Bu ailəyə əsasən ata ana,nənə baba, dayı, əmi, xala, bibi, uşaqlar aiddir. Geniş ailə tiplərinin problemlərindən biri də daxili münasibətlərdə valideynlərin yeni qurulmuş ailələrdəki münasibətlərə birbaşa qarışmasıdır. Başqa sözlə valideynlərin uşağın təlim tərbiyəsi ilə yaxında maraqlanmasına şərait yaratmır, bəzən isə səs-küy və nənə babanın ifrat sevgisi uşaqda ərköyünlük yaradır. Digər bir ailə tipi isə çəkirdək ailə tipidir. Burada əsasən ailə ata, ana və uşaqlarla əhatələnir. Dünya üzərində ən üstün ailə tipi olaraq da bilinməkdədir. Bu tip ailələrin üstünlüyü odur ki, bu ailələr daha müstəqil, effektli və çevik qərarlar vermək imkanına malikdirlər. Və ailə ilə bağlı münasibətlərdə, verilən qərarlarda daha çevik davrana bilirlər. Lakin hər bir tipdə olduğu kimi burada da mənfi cəhətlər vardır. Mənfi cəhətləri isə yardımlaşma və paylaşma zəifdir, uşaqlarla ünsiyyət bir çox hallarda problemli olur. Çünki, müəyyən yaş böhran dövrlərində uşaqların valideynlərdən uzaqlaşması prosesi baş verir ki, Azərbaycan mental təfəkkürünə uyğun olaraq onlarla ünsiyyətini başqa sferalara keçirməkdə çətinlik çəkirlər. Qeyd edilən boşanmış ailə tiplərində ana və ya ata ayrılıqdan sonra məhkəmə razılığı ilə uşaqların bir valideynə qalıb digəri ilə görüşməsi təmin olunur. Bu ailə tipinin bir üstün cəhəti vardır ki, hər iki valideyn ayrılıqda müstəqildir. Zəif cəhətləri isə olduqca çoxdur. Ən birinci səbəb artıq əldə olunan müstəqillik həm fərdin özünü sarsır və yeni mühit şəratinə adaptasiya olması zaman alır, digər yandan ən böyük zərbə uşaqlara psixoloji travma yaradır. Əgər ana və ya ata uşaqlara ayrılığı sağlam düşüncə ilə izah etməsə, uşaqlarda anaya və yaxud ataya qarşı mənfi hisslər yarana bilər və aldığı travmanı gələcəyə ötürə bilər. O səbəbdən zamanında psixoloji müdaxilə olduqca vacibdir. Digər yandan isə Azərbaycan Respublikasının Konstitusiyasına əsasən 14 yaşına qədər olan uşaqlar ananın yanında qalır. Lakin bəzi hallarda həmin yaşlı uşaqlar ataya verilə bilər. Bu daha çox ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. hallarda olur. Boşanma nəticəsində uşaq sanki boşluğa düşür, nə baş verdiyini başa düşməyə çalışır və təbii ki, vəziyyəti izah etməkdə çətinlik çəkir, əsəbləri gərginləşir, bəzən bunu nifrət, kin, qəzəb hissləri ilə büruzə verir,belə uşaqların aqressivləşməsi də təbiidir, günahkar axtarmağa başlayır. Ona görə günahkar ya atası ya anası ya da özüdür. Ətrafdakılara və özünə inamı azalır, gələcəyi üçün narahat olmağa başlayır. Uşağı daha çox “İndi mən necə olacağam?”, “Kiminlə yaşayacağam?” “Bir daha ata-anamı görə biləcəyəm mi?” və s. kimi suallar narahat edir, tənhalıq hissi başlayır, özünü bədbəxt hiss edir. Ətrafında baş verən hadisələr də onu xoşbəxt etmək üçün kifayət etmir, ata-anasını “birləşdirməyə” çalışır. Hisslərini ətrafındakılarla bölüşmək istəmir. Bəzən bunun üçün yalana da əl atır. Həddi-büluğ dövründə belə uşaqlarda utancaqlıq hissinin müşahidə olunması da təbiidir. Digər bir ailə tipində isə,yəni birtərəfli ailə tipində ata anadan birinin ölümü ilə ortaya çıxan ailə tipidir. Bu ailə tipində sağ qalan tərəfdə ciddi psixo – sosial və ciddi travmatik zədələr qalır ki, bu da çox zaman depressiya, stress və başqa psixoloji problemlər ortaya çıxara bilər. Hətta ölümdə özünü günahkar hiss etməsi səbəbi ilə uşaqda nevroloji və sonradan psixoloji tramvalar yarana bilir .Digər yandan isə sağ qalan tərəfdə yas tutma dövrü başlayır və ömür boyu günahkarlıq hissi ilə boğuşa bilir və bunun nəticəsində uşağa qayğı, sevgi azalır və bu da sonda onun yalnızlaşmasına hətta digər valideynini də itirməsinə səbəb ola bilir. Digər bir bildiyimiz ailə tipi, yəni, vətəndaş nigahı tipli ailələrdə iki insan ortaq yaşamaq qərarı verirlər və birlikdə yaşamağa başlayırlar. Vətəndaş nigahlarında sosial mühitin fikirləri nəzərə alınmır və onları birgə yaşam həyatı başlayır. Burada hər iki tərəfdə daimi gərginlik var. Daimi gərginliyin səbəbi əsasən tərk edilmək qorxusu olur. Əgər vətəndaş nigahından dünyaya gəlmiş uşaqlar varsa o uşaqlarda daimi depresiv bir düşüncə tərzi formalaşır. Çünki tərk edilmək qorxusunu daimi olaraq ana bətnində olarkən hiss edirlər və əksər hallarda travmalı olaraq doğulurlar.
Lakin bu deyilənlərdən kənarda Azərbaycan Respublikasına məxsus olan hələ XX əsrə və XXI əsrin əvvəllərinə nəzər salanda Azərbaycan ailələrini iki qrupa bölmək olar: 1) daha çox əyalətdə yaşayanlar və şərq ailə tipinə, milli mentaletitə tam uyğun ailə tipi; 2) daha çox böyük şəhərlərdə, Bakıda və dünyanın müxtəlif ölkələrində yaşayan ailələr. Bizim ölkədə əvvələr müasir ailə tipi üstünlük təşkil edirdisə, zamanla beş ailə tipinin hamısına respublikanın ayrı-ayrı bölgələrində rast gəlməyə başlanıldı.Tariximizə nəzər salsaq aydın olur ki,ailədə uşaq sayı da qədim zamanlarda daha çox idi lakin müasir zaman sosial-iqtisadi zəmin buna manə oldu. Məsələn, Artıq 80-ci illərin axırlarına yaxın yalnız ən uzağı 3 uşaqdan ibarət ailələrin sayı çoxalmağa başladı. İndiki uşaqların isə əmi ,bibi, dayı, xalaları yoxdur. Zamanla isə bu qohumluq anlayışları daha da azalacaq. Evdə bir oğlan və bir qız varsa, onlar evlənəndə uşaqlarının xalası, yaxud dayısı, bibisi olmayacaq. Digər tərəfdən bizdə boşanma əvvəl ictimai qınağa məruz qalıb, pis hal sayılırdı amma sonra psixoloqlar, xüsusilə sosioloqların araşdırmaları göstərdi ki, boşanmalar olmayanda ailədaxili zorakılığın gizlədilməsi baş verir. Bu da psixoloji problemlər yaradır. Çox vaxt gənclər ata, ana məsləhəti ilə evlənirlər və cütlüklərin psixoloji cəhətdən bir-birlərinə uyğunluğu nəzərə alınmır. Son araşdırmalar göstərir ki, qadın və kişi münasibətləri, xüsusən ailə modelində 3 ildən artıq davam etməyib. Daha sonra ya uşaqlarla bağlı maraqlar və yaxud ailəni qorumaqla bağlı dəyərlər ailəni saxlayıb.
Bunlardan başqa coğrafi baxımdan da ailələr 3 yerə bölünür: Şəhərdə ,kəndə və daxmalarda yaşıyan ailə tipləri müşahidə edilmişdir. Bu da bəzən sosial-iqtisadi fərqliliklər el arasında varlı və ya kasıb ailə anlayışını ortaya çıxardır. Digər yandan hər ailənin fərqli yaşama forması vardır. Bunlar evliliyə hazırlıq, evlilik, azyaşlı uşaqlı ailə, yeniyetmə uşaqlı ailə, evdən çıxan uşağı olan ailə, qocalıq və pensiya dövrüdür. Başqa bir təsnifata görə ailə tipi 3 formada sinifləndirilmişdir: Ana ailəsi, Ata ailəsi, Böyük ailə burada birləşik və kök ailələr aid edilir və digəri isə kiçik ailələr adlanır. Birinci tip ailədə əsasən qadının üstünlüyü çox nəzərə çarpır. Bu növdə əsasən soyad və digər işlər anandan övlada keçir. Bu sanki zamanında qədim tarixdə anaxaqanlığa bənzəyir. Ananın ailəsində əsasən ana və qardaşları, uşaqları və ananın digər qohumları bir evdə evdə birlikdə yaşayırlar. Bu tip ailələr əsasən, Amerikada, Kanadada, Şərqi Afrika və Eskimosda nəzər çarpır. Bu ailə tipində əsasən qadın ailədə hökmranlıq edir və kişi üzərində də, uşaqlar üzərində də öz qəralarını verir və sürdürür. Digər bir qeyd edilən tip, ata ailəsidir. Bu ailə tipində isə ata və ana bərabər hüquqa malikdir. Burada əsasən kişinin soyadı qeyd edilsədə qadının da ailədə xüsusi vəzifəsi və hörməti vardır. Bu ailə tiplərinə əsasən Türklərdə rast gəlinir. Misal üçün, Türkiyə, Azərbaycan, Pakistan və s.Ata ailəsinin bir başqa fornmasıda ata xaqanlığın başqa sözlə patriarxallığın hökm ilə yaranır. Bu tip ailə ilk dəfə Köhnə Romada ortaya çıxdı. Bu ailə tipi Hindistanda Yunanıstanda, Çində daha çox müşahidə edilir hətta qeyd edilən məlumatlara əsasən Türkmənistanın bəzi hissələrində bu ailə tipinə rast gəlmək olur.Bu ailə tipində hökmranlıq ata üzərində qeyd edilir.Digər ailə tipi böyük ailədir.Burada əsasən ata dünyasını dəyişdikdən sonra idarə evin böyük oğula ya da tək oğula keçir. Həmin insanlar üçün birinci dərəcədə idarə etdiyi ailə sonra isə özləridir. Bu ailə tipinin iki formasından biri kök ailədir.Burada əsasən ata evin rəisidir. Hər kəs əsasən bir yerdə yaşayır və ata öldükdən sonra varislik oğula keçir.Bu forma ailələr Çində daha çox rast gəlinir. Digər bir forma isə birləşmiş ailədir. Bu ailə formasında ata ana bütün qohumları ilə birgə yaşayır və əsasən nəsil oğlan uşağı tərəfdən davam edir. Bu ailə formasına əsasən Hindistanda rast gəlinir. Kiçik ailəyə isə başqa sözlə, şəhər ailəsi, dar ailə, modern ailə də deyirlər. Bu ailə ata ana və evli olmayan uşaqlardan ibarətdir. Bu tip, əsasən nəsil artımı ilə deyil, əksinə nəsil kəsmə kimi xarakterizə olunur. Bu ailə tipində əsasən iki ünsür yer alır. Birincisi sosial rifah, digəri isə psixoloji vəziyyət. Kingsley Davis sosial rifaha əsasən bunları aid edib: çoxalma, tam fiziki cəhətdən formalaşmayan uşaqların gigiyenik inkişafına zəmin yaratmaq və s. Psixoloji vəziyyətə əsasən, evli cütlüklərin cinsi ehtiyaclarını təmin etmək, uşaqlar və valideynlər arasında duyğusal bağların inkişaf etdirilməsinə zəmin yaratmaq və s.
Hər bir insanın az əvvəl də qeyd edilən kimi formalaşması ailədə baş verir. Buna səbəb öndə gedən faktorlardan biri də kişi qadının bir-birilərinə olan,uşaqlarına uşaqların ana ataya qarşı olan münasibətləridir.Belə ki,müasir ailədə liderlik anlayışından əvvəl ümumən liderlik anlayıçının nə olduğunu bilmək də pnəm vardır.Belə ki, Liderlik – ümumi məqsədə çatmaq üçün komanda üzvlərinin biliklərinin, səylərinin, işlərinin səfərbər olunmasıdı.Liderlərin əsasən silahı ünsiyyətdir.Onlar hər sahdə kollektivlə işləməyi bacarırlar ən əsası empatiya qurmağıinsanları dinləməy,problemləri müxtelif yol ilə səbrlə həll etməyi bacarırlar.Stevan Covey-in “Uğur qazanan insanların 7 vərdişi”adlı kitabında , qeyd edib ki,”Öndə gedən lider hər bir kəsin fikrini diqqətlə dinləyib analiz edib sonda hərkəs üçün əhəmiyyətli qərar qəbul edəndir”. Elə bu səbəbdən ailədə lider olmaq və lider yetişdirmək olduqca çox yol tələb edir. Ümumən burada ana və atanın özlərinin lider kimi yetişməsi başlıca faktordur. Ailədə ana və ata öz vəzifələrini bilib lakin ailənin fiziki cəhətdən güclü olan tərəfi yəni ata böyükdən kiçiyə hər bir kəsin bilik bacarıqlarını fikirlərini müəyyən edib analiz edərək sonra hər kəs üçün altervativ qərar alar. Bir qərarın alınmasında ananın da ,atanın da rolu böyükdür. Bir digər tərəfdən ailədə lider olan şəxslər uşaqlarını və özlərini daha tez tez motivasiya edərək psixoloji sarsıntıların, depresiyanın qarşısını ala bilir. Lakin real aləmdə ailələrdə rəhbərlik və liderlik anlayışı bir-birinə qarışdırılır, ancaq aparılan tədqiqatlar onu göstərir ki, liderlik və rəhbərlik arasında oxşar cəhətlər varsa belə, liderlik əsasən insanları bir məqsəd ətrafında toplayır və onlara məqsədə nail olmaq üçün təsir edir. On illərlə müzakirədən sonra peşəkarlar liderlik haqqında bir nəticəyə gəliblər – liderlik haqqında ortaq bir tərif yoxdur. İnsanların müxtəlif bacarıqları və davranışlarının olmasını nəzərə alaraq və dəyişən dünyada daimi yeniliklərin olması ailə liderliyi üçün ayrı-ayrı mənalar gətirir. Ancaq liderliklə bağlı 21-ci əsrdə ortaq olan bir neçə yanaşmalar var. Bunlar aşağıdakı kimidir: Orijinal liderlik – liderlərin şəxsi səmimiliyi ilə əlaqədar olan liderlik. Bu ailə liderləri səmimi münasibətləri ilə digərlərindən seçilir. Mənəvi liderlik – ailədə hər bir kəsin dəyərlərinə önəm verərək uşaqları həvəsləndirir. Xidmət göstərən liderlik – lideri digərlərinə xidmət göstərən kimi tərif edir və digərlərinin qayğısına qalan birisi kimi səciyyələndirir. Məsələn, ata evdə yoldaşına qayğısını uşağın yanında bildirərək ananı uşağın beyində həqiqi mənada gözəl insan obrazı kimi yaratmasını təmin edir. Adaptiv və ya uyğunlaşan liderlik – liderlər ardıcıllarının problemlərə üstün gəlməyə və onları həll etməyə, dəyişikliklərə açıq olmağa sövq edir.Məsələn,ailədə hər hansı problemlə qarşılaşan ailə fərdi ondan yaşda böyük olan ailə fərdinə və yaxud ata və ya anaya bildirir ana yada ata problemi həll etmək üçün yollar axtarır tapır və mənfiləri uşaqların özləri ilə birlikdə aradan qaldırır hansı dəyişiklik etmək lazımdırsa onu qeyd edir bəzən isə problemi həll edə bilmədikdə kiçik ailə içi “iclas” etmək düzzgün olur və hər kəsin fikri dinlənilir filtrsasiya edilir qərar qəbul edilir. Ailədə liderlikdə başqa bir forma isə heçbir formada nə ata ananı nə ana atanı nə də onlar uşaqları idarə etmir sadəcə istiqamətləndirir və kənardan seyr edir yanlış edildiyi göstərilir və düzəldilməsinə kömək edilir.
Ailədə liderlik anlayışı bütün dünyada eyni olsa da qeyd edilən ailə tiplərində rəhbərlik anlayışı fərqlidir. Əslində türklər üçün qəbul edilən ailə rəhbəri ata olur və o digər uşaqlara hər zaman nümunə olub. Həmçinin zamanı gələndə mütləqdir ki, liderlik qabiliyyətlərini nümayiş etdirərək ailədaxili demokratik münasibətləri formalaşdırsın.
YAZAR: Aydan Qurbanova
HƏMÇİNİN BAX: Malabsorbsiya Sindromu
HƏMÇİNİN BAX: https://turaz.org/tehsil-nazirliyi-v-qrant-musabiqesinin-neticelerini-aciqlayib/
HƏMÇİNİN BAX: https://tehsilim.org/seristeli-metodist-layihesine-qeydiyyat-davam-edir/