Motivasiya

Motivasiya nədir?
Motivasiya — (motive-oyatmaq, həvəs) problemi beyin fəaliyyətinin fundamental məsələlərinin həllində, xüsusilə ali sinir proseslərinin öyrənilməsində mühüm rol oynayır. Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir. Təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

Motivasiyanın yaradılmasına təsir edən amillər.
Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir , müəmmalıdır, gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir;
Materialın təqdim olunma üsulları və formaları;
Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
Yaradıcılıq imkanı;
Müəllim tərəfindən bələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə)
Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi.

Motivasiyanın yaradılması yolları
Motivasiyanın yaradılmasının bütün mümkün yollarını 3 əsas qrupa bölmək olar:
1. Rəmzi (simvolik) materialın şərhi (bu, rəsm, foto-şəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və s. ola bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.
Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.
Motivasiyanın yaradılmasına təsir edən amillər.
Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir, müəmmalıdır, gözlənilməzdir, marağı və müstəqil təfəkkürü şövqləndirməyə qadirdir;
Materialın təqdim olunma üsulları və formaları:
Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu;
Yaradıcılıq imkanı;
Müəllim tərəfindən bələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı həvəsləndirmə və dəstəklənmə)
Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəs
Motivasiyanın yaradılması yolları
Motivasiyanın yaradılmasının bütün mümkün yollarını 3 əsas qrupa bölmək olar:
1. Rəmzi (simvolik) materialın şərhi (bu, rəsm, foto-şəkil, simvol, təranə (melodiya), ədəbi əsərdən parça, əşya, rəvayət, tapmaca, qrafik, sxem və s. ola bilər). Müəllim bu materialı təqdim edərkən, şagirdlərə aşağıdakı suallara cavab verməyi təklif edir: “Bu nəyi bildirir? Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”) cavab verməyi təklif edir: “Bu nəyi bildirir? Bunun bizim öyrəndiyimiz mövzuya nə kimi aidiyyəti var?”
Motivasiyanın iki növü var:

1)Bioloji motivasiya
2) Sosial motivasiya

Necə motivasiyalı olaq?

∆Problemlərə fokslandıqda daha çox problem ortaya çıxacaq, şanslara fokslandıqda isə daha çox şansa sahib olacaqsınız.
∆Ən böyük uğur heç yıxılmamaq deyil, hər dəfə yıxılanda yenidən ayağa qalxıb, yola davam edə bilməkdir.!
Hər gün oyandıqda sənin sadəcə bir məqsədin var:”Dünənkindən daha yaxşı olmaq.!”Ona görə də danışmağı dayandır və hərəkətə keç.
“Ən böyük problem sənin beynindədir, artıq özünə inanmalisan.(Cek Nikbus)
∆Dünyanin gördüyü hər böyük uğur öncə bir xəyal idi .Xəyal ,uğura gedən qapının açarıdır.! Xəyal, bir başlanğıc şəklidir.! Xəyal, işində müvəffəqiyyətli olan insanların ilk addımıdır. Hər şey bir xəyal ilə başlayar.Bu xəyalı gerçək etmək isə öz əlimizdədir.Bunun üçün güclü,iradəli, dözümlü və ruhdan düşməmək lazımdır. Çünki ən böyük çinar da bir toxumdan, ən böyük quş da bir yumurtadan yaranır.Gələcək, xəyallarına inananlarındır.
∆Xoşbəxtliyi dadmağın tək çarəsi onu paylaşmaqdır. Əgər xoşbəxtlik paylaşılmadan öncə bir idisə paylaşılandan sonra min olar.
∆Hər şey mükəmməl olmaq məcburiyyətində deyil. Biz insanıq və insanlar səhv edə bilər. Önəmli olan bu səhvlərdən nəticə çıxarmaqdır. Bütün səhvlər və doğrular bu mükəmməlliyin bir parçasıdır.Səhvlərimiz olmasa biz doğruları öyrənə bilmərik. “Bizim seçimlərimiz bizə həqiqətən də bacarıqlarımızdan nə qədər uzağa getdiyimizi göstərir.”(J.K.Rawling)
Əldə edə biləcəyini düşündüyün hər şey sənə aiddir.Unutma! Heç nə üçün heç vaxt gec deyil.Məqsədlərindən,arzularından əl çəkmə. Hər şey sənin əlindədir. Maneələr səni qorxutmasın. Hər zaman güclü ol. Dünya zəifləri bağışlamır.!
∆Bir şey haqqında çox düşünməlisən ki, çox şey haqqında düşünməyə məcbur qalmayasan.”Yüz ölç bir biç.”(Atalar sözü)
∆Təkcə mən az işlər görürəm, amma biz birlikdə çox böyük işlərin öhdəsindən gələ bilərik.(Helen Keller)
∆Bəhanələr yaradan qorxaqlardan deyil, həll yolu tapan liderlərdən ol.
∆Seçim etməkdən çəkinməyin,çünki bəzən səhv seçimlər bizi doğru yola aparır. Çünki əksəriyyətimiz səhvlərimizi anlayır və onlardan dərs çıxara bilirik.

Motivasiyanın qorunması.
İlk növbədə hər mənfi hadisə, hər mənfi hiss, hər mənfi əməl ucbatından özünüzü pis hiss etməyin.Çünki Allahın izni olmadan heç nə baş verə bilməz və Allahın izni olmadan bir yarpaq belə budağından düşməz. Allah bir şeyin olmağına izin verməyibsə deməli bu çox sevdiyimiz arzumuz bizim üçün çox böyük təhlükə ola bilərdi. Unutmayın, Allah öz bəndələrini, valideynlərin öz övladlarını sevdiyindən qat-qat daha çox sevər. Ona görə Allah bilən məsləhətdir deyib Allaha bizim üçün xeyirlisini nəsib etməsi üçün dua etmək lazımdır.
İnsan övladı, əzəldən bəri, yəni bəşəriyyət yaranandan dövrümüzədək həmişə pisə meyl edib. Ona görə də pis hadisələrlə rastlaşırıb, amma insanlar bu pis hadisələri “bədbəxtlik”, “bəxtsizlik”, “şanssızlıq” adlandıraraq günahı qismətin üstünə atır. “Nə günahım var idi?”- deyirlər.
Həyat bir çox fəsildən ibarət kitab kimidir, bir pis fəsil, bir pis səhifə kitabın sonu gəldiyini göstərmir. “Sizin hekayəniz, sizin kitabınız hələ bitməyib. Həyat davam edir.”

Yazar: Gülnar Nəzərli (Bakı Qızlar Universitetinin 2-ci kursunu bitirmişdir. “Qış günündə açan çiçək” adlı bir kitab müəllifi)