Moskvada qadınların saxlandığı istintaq təcridxanasının ərazisində yanğın baş verib.

APA-nın Moskva müxbirinin yerli KİV-ə istinadən verdiyi məlumata görə, yanğın paytaxtın cənub-şərqində yerləşən istintaq təcridxanasında qeydə alınıb.

Binadan saxlanılanların təxliyəsi həyata keçirilir.

 

Yaxınlıqda yerləşən Moskva şəhər məhkəməsində iclaslar yanğına görə təxirə salınıb.

Menbe:Apa.az

Müxbir:kafkazh.com xüsusi müxbiri Arzu Əliyeva