Monqolların Azərbaycana ikinci yürüşü

Ulu Xaqan- Çingiz xan 1227-ci ildə vəfat etdi. O, hələ ölümündən öncə qurduğu nəhəng imperiyanı öz oğulları arasında bölüşdürmüşdü. Nəticədə dörd Monqol ulusu yarandı. Bu uluslar aşağıdakılardır: Ugedey,Cuci, Tuli
və Çağatay. Azərbaycan, Gürcüstan və Anadolu bu ulusların heç birinə aid deyildi. Bu əraziləri tutmaq üçün Ugedey xan 1231-ci ildə Cormağon noyonun rəhbərliyi altında qoşun göndərdi. Monqolların ikinci hücumunun əsas məqsədi Azərbaycanı tutmaq, burada və ona qonşu olan ölkələrdə möhkəmlənmək idi.

Azərbaycana daxil olan Cormağon noyonun ordusu Qəzvin, Zəncan və Sizi tutduqdan sonra Marağayaa hücum etdilər. Marağanı ələ keçirən Monqol ordusu Təbrizə yaxınlaşdı, şəhər əyanları çoxlu xərac verməklə şəhəri dağılmaqdan xilas etdilər. Onlar Həmədan və Nəvahənd də daxil olmaqla Azərbaycanın cənub torpaqları ələ keçirildikdən sonra 1235-ci ildə Gəncəyə hücum etdilər. Şəhər divarları dağılandan sonra monqollar şəhərə
girməyə cürət etmədilər. Şəhər dağılıb xarabalığa çevrildi və dörd il burada yaşayış olmadı.

Gəncəni tutan Monqollar Şəmkir və Tovuz istiqamətində hücumlarını davam etdirdilər.  Şəmkir və Tovuzda  çox
Monqollara qarşı ciddi müqavimət göstərildi. Lakin 1238-ci ildə bu şəhərlər də tutuldu. ARan bölgəsini də tezliklə ələ keçirən Monqollar 1239-cu ildə Dərbəndi tutmaqla Azərbaycanın işğalını başa çatdırdılar.

Daxili feodal ara müharibələri, vahid mərkəzləşdirilmiş dövlətin olmaması monqolların Azərbaycanı tutmasına
şərait yaratdı. Birinci hücumdan fərqli olaraq ikinci hücum zamanı monqollar Azərbaycanda möhkəmləndilər və burada öz hakimiyyətlərini qurdular. 1256-ci ilə qədər Cənubi Qafqaz, o cümlədən Azərbaycan Ali Monqol Xaqanlığının təyin etdiyi canişin tərəfindən idarə olunurdu.

Xorasan, Əcəm İraqı, Azərbaycan, Gürcüstan, Lur və Gilan Ali monqol canişini Arqun ağaya tapşırılmışdı. Arqun ağanın əsas  siyasəti isə köçmə Monqol- Türk əyyanlarının burada mövqeyini möhkəmlətməkdən ibarət idi. Buna
görə də yerli feodalların torpaqları əllərindən alınır, köçəri monqol əyanlarına verilirdi, yerli feodallar onların vassallarına çevrilmişdi. Yerli feodallar öz malikanələrini idarə etmək üçün icazə sənədi-yarlıq almalı idilər.
Monqol əyyanları yerli əkin sahələrini öz atları və heyvanları üçün otlaq sahəsinə çevirmişdilər.

Bir müddət sonra Arqun Ağa Baycu Noyanla əvəz edildi. Baycu Noyan isə Hülakü xan bölgəyə gələnə qədər bu əraziləri idarə etdi. 3-cü yürüşə rəhbərlik edən Hülakü isə 5-ci Moğol Ulusunun- Azərbaycan Elxanlı dövlətinin əsasını qoyur.

YAZAR: Zeynəb Hüseynzadə
HƏMÇİNİN BAX
Elxanlı dövləti Hülakü xanın hakimiyyəti illərində
HƏMÇİNİN BAX: tehsilim.org/telebelerin-nezerine-4/