Monqol Xaqanlığı

Monqolustan:
Sarı və qohum  xalqlara adlarını vermiş monqollar indi əsasən şimalda Sibir cənubda Çin,  şərqdə Mancuriya, qərbdə Türküstanla sərhədlənən yayalalarda yaşayırlar. Baxmayaraq ki, bu sahənin əksəriyyəti Qobi səhrasından ibarətdir, burada camaat üçün ilin müxtəlif fəsillərində çoxlu vahələr və otlaqlar da mövcuddur. Buna görə də monqolların əsas işləri həmişə maldarlıq olmuşdur və onların atları, öküzləri, qoyunları və dəvələri onları həmişə ərzaq və geyimlə təchiz etrmişdir.

Moqolların həyatı və xarakteri:
Çox köçərilər kimi monqollarda da hər ailə özü çadırlarda qalmışdır. Ciddi sadəlik həyatın qanunu idi, mülkiyyət
isə at və qoyun sürülərindən, paltarlardan və silahlardan ibarət idi. Müasir, Tibetdən övladlıq götürülmüş və Buddizm formunda bayağılaşdırılmış monqollar sülhsevər, mehriban xalqdır. Ancaq 13-cü əsrin monqolları dində və mənəviyyatda Amerika Hindularından o qədər də yuxarı səviyyədə deyildilər. Talan üçün amansız qəddarlıq və ehtirasla onlara 50 ilin içində Asiyaya və Avropanın şərqi hissəsinə doğru irəliləmələrinə səbəb olan hərb sənətinə effektivlik əlavə etdilər.

Monqolların hərbi şücaətəri:
Monqolların gündəlik həyatları məktəbdə müharibə üçün hazırlaşmaqdan iarət idi. Atçılıqda ziddiyyətli məşqlər, kəşfiyyatçılıq və qolları işlədə bilmək hər bir kişini əsgər edirdi. Yunan tarixçisinin  İskitləri təsvir etdiyi sözlər Monqolların əyninə biçilmiş paltar kimidir: “Nə şəhərləri, nə də qalaları yoxdur, çadırlarını haraya getsələr özləri ilə daşıyırlar, öyrəncəkli, biri və hamısı at belində vuruşan və əkinçiliklə deyil, maldarlıqla yaşayan, alaçıqları sahib olduqları yeganə evlər olandırlar, onlar necə qarşısı alımaz olmaqda uğursuzluğa düçar ola bilərlər?

 

Çingiz xan:
Əsrlərlə Monqollar öz Asiya sayağı vəhşilikləri ilə, bir-birlərinin malqara və otlaq sahələrı üstündə xırda mübarizələrlə dağınıq qəbilələr halında yaşamışlar. Bu qəbilələrdən birinin başçısı, onları öz hakimiyyəti altında birləşdirib sonra dnyanın fəthi üçn onları idarə etmiş məşhur Çingiz xan idi. Düzünü demək lazımdırsa, o hərbi sahədə ən müzəffər insan idi və tarixə məlum olan ən geniş imperiyanı qurmuşdu.

 

Monqol imperiyası Çingizin hakimmiyyəti illərində:
Çingiz ilk vaxtlar Böyük Çin Səddinə və Çinin münbit torpaqlarına çoxlu türk müttəfiqləri olan Monqol ordularını gödərmişdi. Ölkənin bütün şimali hissəsi tez zamanda zəbt olunmuşdu. Sonra Çingiz qərb yönündə geri dönmüş və Türküstanla İranı işğal etmişdi. 7 ölkə monqolların məhv etdikləri bu firavan torpaqlara dəymiş zərəri bərpa etməyə bəs etmədi. Buxara, Səmərqənd, Mərv və Herat kimi möhtəşəm şəhərlər, msəlman mədəniyyətinin uzunömürlü mərkəzləri talan edildi və yandırıldı və sakinləri qılıncdan keçirildi. Hunlar kimi monqollara da Allah tərəfindən göndərilmiş bəla kimi baxılırdı. 1227-ci ildə Çingizin ölümünə qədər Dnepr çayından Çin dənizinə qədər uzanan daha çox fəthlər imeriyanı genişləndirirdi.

Moqol imperiyası Çingizi varislərinin hakimiyyətində:
Koreya, şimali Çin və Mesopotamiyanın, eləcə də Kiçik Asiya və Rusiyanın böyük hissəsinin də sərhədlərə əlavə olunması ilə 13-cü əsrdəki monqol hökmranıqları artmağa başladı. Yaponiya, həqiqətən, monqol ordularını dəf edə bildi, ancaq Asiyanın digər uclarında onlar Bağdadı tutdular, şəhəri taladılar və xilafətə son qoydular. Monqol səltənəti çox zəif qurulmuşdu, amma 14-cü əsr boyunca xırda şəhərələ, yaxud xanlıqlara bölünməyə başladı.

TƏRCÜMƏÇİ: Səkinə Gülmalıyeva
HƏMÇİNİN BAX: Çin və Şərqi Avropada Monqol fəthləri
HƏMÇİNİN BAX: tehsilim.org/doc-dr-esra-meltem-koc-yapay-zeka-ile-hastalik-tani-ve-tedavi-sisteminin-saglik-sistemine-katkisi-movzusunda-telim-kecirilecek/