Monqol- türk tayfaları XI-XII əsrlərdə

XII əsrin əvvəllərində monqollar arasında siyasi birlik yox idi. O dövrdə Monqol adı hələ ümumi bir milləti ifadə edən etnik bir ad olaraq istifadə edilməmişdi. İndiki Monqolustanın şimal -şərqində Onon və Kerulen çayları ətrafına səpələnmiş kerait, Nayman, Merkit, Borçigin və Unqirat kimi köçəri tayfalar Bahadır, Seçen, Noyon kimi adları olan başçılarının rəhbərliyi altında heyvandarlıqla məşğul olmuşlar və artmaqda olan əhalini qidalandırmaq üçün yeni otlaqlar axtarmışlar. Bu tayfalar arasında zaman keçdikcə monqol olan türk əsilli olanlar da vardı (Kereit, Nayman, Merkit və s.). Həmçinin, Böyük Çin səddi ətrafında yaşayan Öngüt kimi türklüyünü qoruyan tayfalar da var idi.

Buarın Nor gölü ətrafında yaşayan Çinin müttəfiqləri olan güclü Tatarlar, bütün bu tayfa qruplarını sıxışdırıb cənuba getmələrinə mane oldular. Monqol xalqını təşkil edən qəbilə qruplarını bir araya gətirmək üçün ilk cəhd Çingiz xanın babası Kabul xaqanın təşəbbüsü ilə edildi. Mənsub olduğu Borçigin tayfasına əsaslanaraq, digər tayfalara hökm etmiş  və onları monqol ümumi adı altında birləşdirməyi bacarmışdır. Lakin Çinin fitnəkarlığı altında Monqol tayfaları arasında artan rəqabət səbəbiylə bu siyasi birlik tezliklə pozuldu. Buar-nur tatarlarının qarşıdurması nəticəsində, Kabul xanın oğullarından Kutula xaqanın monqolları birləşdirmək cəhdləri də nəticəsiz qaldı.

Gələcəyin Çingiz xanı Temuçinin atası Yesugey Bahadır, Kabul xaqanın nəvələrindən biri idi və Boruçigin tayfasının Kiyat qəbiləsinin  üzvü idi. Yesugey, Öelün (Oelun) xatunu  merkit qəbiləsindən qaçırmış və evlənmişdi. Bu evlilikdən 1155 -ci ildə dünyaya gələn Temuçin də daxil olmaqla, üç oğlu və bir qızı oldu. Atası doqquz yaşında ikən Temuçini Unqirat qəbiləsindən olan Dey-Seçenin qızı Börte ilə nişanladı. Temuçin, monqol ənənəsinə görə qayınanasının yanında qaldı. Evə gedərkən Yesugey ziyafətdə iştirak edən düşmən tatarlar tərəfindən qonaq edilir. Amma yeməyinə zəhər qatıldığına görə öldü. Temuçin atasının ölümünü eşidən kimi evə qayıtdı.

Yesugeyin ölümündən sonra qəbilə üzvləri  mal-qaralarını götürərək, uşaqları ilə tək qalan Öelün xatunu tərk etdilər. Belə ki, anası, üç qardaşı Kasar, Kauçin və Temüge və iki ögey qardaşı Bekter və Belgüteylə tək qalan Temuçin, ailəsinə baxmaq üçün ovçuluqla məşğul olmaq məcburiyyətində qaldı. Bu çətinliklərdən əlavə olaraq, Temuçin onu hədəf alan Tayçiutların lideri Tarqutay Qırıltuqla da mübarizə aparırdı. Borçiginlər arasında idarəni ələ alan Tarqutay, gələcəkdə Temuçinin onun rəqibi ola biləcəyini, onu ələ keçirəcəyini və işgəncə ilə onu məhv etməyə çalışacağını təxmin etmişdi. Lakin Temuçin, Sulduzun başçısı Surğan-şirə(Soqan-şira) və oğulları Çilavğun və Çimbayın köməyi ilə ondan qaçdı. Eyni zamanda, oğurlanmış atlarının köməyi ilə qurtardığı Arulat başçısının oğlu və sonradan ən yaxşı noyanlarından biri olacaq Boğorçu ilə dostluq qurdu.

QAYNAQ: Dinçer Koç- Altın Orda tarihi
TƏRCÜMƏÇİ: Nərgiz Ələkbərli
HƏMÇİNİN BAX: Səfəvi dövlətinin süqutu.
HƏMÇİNİN BAX: Turaz.org/yuksek-texniki-pese-tehsili-uzre-muellimlerin-ise-qebulunun-ii-merhelesinin-muddeti-uzadilir/