Molekulyar biologiyanın yaranmasında həlledici rol oynamış kəşflər

Molekulyar biologiya haqıında ilk fikirlər 1930-1940 illərdə ortaya çıxmışdır.O dövrlərdən başlayaraq bir çox alimlər Molekulyar biologiya haqqında fikirlər irəli sürmüşdürlər.

Molekulyar biologiya haqqında ilk rəsmi qeyd Uorren Uiverə  məxsusdur.Artıq 1950-1960 cı illərdən sonra Molekulyar biologiya müasir elm hesab edirdi.Alimlər hələ 1940 cı illərdə Molekulyar biologiya sahəsi üzrə zülalların qurluşunu öyrənməyə çalışırdılar.1950-ci illərin əvvəllərində zülalların qurluşu haqqında məlumatların artması,bütün canlılarda rast gəlinən DNT –nin kəşfi (1953-cü ildə) molekulyar biologiya haqqında məlumatların artmasına gətirib çıxardı.Əlavə araşdırmalar elm adamlarına  yalnız DNT və RNT haqqında deyil,virusların  molekulyar tərkibi haqqında öyrənmək imkanı yaratdı. Molekulyar biologiya 1970-ci ilə qədər müəyyən bakteriyaların  və virusların xrmosomlarını araşdıran və DNT,RNT kimi zülalların tərkibini öyrənən elm kimi qaldı.1970 ci illərdən sonra texnologiyaların inkişaf etməsiylə əlaqədər molekulyar biologiyada inkişaf etməyə başladı.Molekulyar biologiyanın sayəsində Molekulyar genetikada inkişaf etməyə başladı.  1970-ci illərdən başlayaraq Molekulyar biologiya Biologiyanın inkişafında böyük rol oynamışdır.Həm molekulyar biologiyada öyrənilən elmi məlumatlar ,həm də həmin illərdə biokimyada öyrənilən mühüm kəşflər biologiyanın inkişafına təkan vermişdir.

Molekulyar Biologiya Genetikçilərin,fizikçilərin,kimyaçıların və ən əsasda bioloqların illərlə sürən araşdırmalarından yaranmış bir elmdir.

XX əsrin əvvəllərində Mendelin ortaya çıxardığı fikirlər və daha sonra Morqanın drozofil milçəyi üzərində araşdırmaları genetika elminin yaranmasına səbəb oldu.

Genetika elmi isə molekulyar biologiya ilə sıx bağlıdır.Bu səbəbdən bu elmin yaranması Molekulyar biologiyanln yaranmasına təkan verdi.Çünkü genetikanın yaranması irsiyyətin öyrənilməsinə səbəb oldu,molekulyar biologiya isə irsiyyətin və digər bioloji hadisələrin molekulyar əsaslarını öyrənən elmdir.

Molekulyar biologiya biologiyanın bir sahəsi olub canlı orqanizmlərdə baş verən dəyişiklikləri molekulyar sahədə öyrənən elmdir. Digər bioloji elmlər xüsusilə də hüceyrə biologiyası, genetika, biokimya ilə sıx əlaqəlidir və bu sahələrin inkişafı nəticəsində meydana çıxmışdır. Molekulyar biologiya DNT, RNT, zülal biosintezi də daxil olmaqla bir hüceyrənin müxtəlif sistemləri arasında qarşılıqlı təsiri və tənzimləməni öyrənir.

Molekulyar biologiyanın məqsədi həyatı proseslərin əsasında duran molekulların qurluşlarını və funkusyalarını öyrənməkdir.Həyatı proseslərin əsasında molekullar,zülallar,nuklein turşularıvə onların kompleslikləri durur.Molekulyar biologiyanın əsas məqsədi yuxarıda saydıqlarımızın öyrənilməsidir.

Molekulyar biologiya yuxarıdada qeyd etdiyimiz kimi bir çox elmlə sıx əlaqədədir.O əsasında biokimyadan törəyərək özündə genetika,sitologiya,histologiya,kimya ,fizika və bir çox elmi birləşdirir. Molekulyar biologiyada tədqiqatçılar bir sıra xüsusi metodlardan istifadə edirlər, amma zaman keçdikcə bu metodlar biokimya və genetikanın metodları ilə birləşirlər. Bu səbəbdən molekulyar biologiya, biokimya və genetika elmləri arasında dövrü asılılıq mövcuddur. Biokimya – canlı orqanizmlərdə kimyəvi maddələri və həyati əhəmiyyətli prosesləri öyrənir. Biokimyaçıların diqqət mərkəzində biomolekulların quruluşu və funksiyaları dayanır. Kimyəvi tədqiqatların əsasında duran bioloji proseslər və bioloji aktiv maddələrin sintezi biokimyaya misal ola bilər.

Genetika – canlıların iki əsas xassəsini – irsiyyət və dəyişkənliyi öyrənən bir elmdir. Müasir genetika irsiyyət və dəyişkənlik hadisəsini – biokimya, biofizika, sitologiya, embriologiya, mikrobiologiya, zoologiya, botanika, seleksiya kimi bioloji elmlərin nailiyyətlərinə əsaslanaraq öyrənir

Molekulyar biologiya hal-hazırdada inkişaf etməkdə olan elmdir,yeni texmnologiyaların yaranması ,alimlərin hər gün yeni şeylər kəşf etməsi molekulyar biologiyanın inkişafına mühüm təsir göstərir.

 

YAZAR: Əsədzadə Mahizər

Həmçinin bax: https://kafkazh.com/ssenari-anlayisi/

Həmçinin bax: https://turaz.org/almaniya-britaniya-ve-fransa-irana-xeberdarliq-edib/

Həmçinin bax: https://tehsilim.org/azerbaycan-dovlet-pedaqoji-universiteti-sinfin-idare-edilmesi-telimine-qebul-elan-edir/