Mitoxondrial DNT atadan da keçə bilərmi?

Mitoxondrilərdə bildiyimiz digər orqanoidlərdən fərqli olaraq öz DNT və RNT-si vardır və özləri üçün sintez edirlər. Mitoxondrial DNT  müəyyən vaxta qədər belə qəbul edilirdi ki, yalnız anadan keçir və bununla da ilk qadın genini tapımış yəni ilk qadının ( Mitoxondrial həvvanın) Afrikadan gəldiyini tapmışlardır. Mitoxondrial DNT spermatozoid hüceyrənin boyun nahiyəsində yerləşdiyi üçün yumurta hüceyrənin daxilinə keçə bilmir və ya az bir qismi keçir ki, bu da hüceyrə daxilində məhv edilir deyə düşünülürdü. Fəqət 28 yaşlı bir gəncin əzələ toxumasındakı DNT`lərin yalnız anadan deyil də atadan da gəldiyi görülürdü. 2018-ci ildə edilən bir araştırma bu fikirləri tamamilə alt – üst etdi. Belə ki, 3 fərqli labaratoriya da 3 fərqli ailədə aparılmış tədqiqatda ilk öncə 1 ci ailədə 60 % ana – 40 % ata digər ailələrdə də oxşar nəticələr alındı. Və bu tədqiqatdan sonra mitoxondrial DNT-nin yalnız anadan gəlmədiyi hər iki valideyindən müxtəlif faizlərlə keçdiyi təsbit olunmuşdur.

 

YAZAR: Suat Əsədov (QMB Biologiya klubu)

 

Həmçinin bax: https://kafkazh.com/heyvanlarda-xerceng-xesteliyi/

Həmçinin bax: https://turaz.org/levon-aronyana-qalib-gelen-teymur-recebov-airthings-mastersin-cempionu-oldu/

Həmçinin bax: https://tehsilim.org/azerbaycanin-2-universiteti-dunya-reytinqinde/