Mirzə Fətəli Axundov: Həyat və yaradıcılığı
Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. O, 13 yaşınadək atası Mirzə Məhəmmədtağı
və anası Nanə xanım ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Onun ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. O , burada Mirzə Şəfi Vazeh ilə tanış olur və bu da onun həyatının dönüş nöqtəsi olur. Bu tanışlıq Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir.1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və köhnə müsəlman qəbirstanlığında dəfn edilmişdir.
YARADICILIĞI
Axundzadə bədii yaradıcılığına şeirlə başlamışdır . ( “ Səbuhi “ təxəllüsü ilə ) .O Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Böyük ədib , Azərbaycan dramaturgiyasının banisi , Şərq fəlsəfənin görkəmli nümayəndəsi Mirzə Fətəli Axundov sənətdə naturalizmə və formalizmə qarşı çıxaraq deyirdi : “ Sənət əsərləri həyatın foto-sürətini vermədiyi kimi , həm də uydurmalardan, mübaliğələrdən ibarət olmalıdır. O sənət əsərlərinin “ məzmun gözəlliyi “ və “ ifadə gözəlliyindən “ ibarət olmasını əsas şərt kimi əsaslandırırdı . M.F. Axundova görə şair həyatın reallığını öz şeirində olduğu kimi əks etdirməlidir. Yəni realist olmalıdır.M.F.Axundzadənin yaradıcılığında dramaturgiyaya, dramaturgiyasında isə məhz komediya janrına müraciət etməsinin əsas nədəni də
bu janrda milli özünüdərketmənin daha tez baş verməsi və effektivliliyi idi.M.F.Axundzadə komediyalarında konkret bir zaman və məkan daxilində mühitini gülüş obyekti etməklə təkcə insanı iztirabdan xilas etmir, həm də ona özünə kənardan baxmağı və özünüdərketməni öyrədir.
Komediyaları
1.Hekayəti Molla İbrahim-Xəlil Kimyagər (1850)
Komediya da müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı mübarizə mövqeyində durduğunu göstərib
2.Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850)
M.F.Axundzadənin cəmiyyətə içəridən və kənardan baxdığı, qiymətləndirdiyi, özünə tanıtdığı əsərlərindən biridir. Əgər birinci komediyasında yaşadığı cəmiyyətə yalnız içəridən baxıb tanıdırdısa, bu dəfə Müsyö Jordan obrazı ilə həm kənardan baxır, həm də Qərb cəmiyyəti ilə müqayisə etmək imkanı qazanır. Əsərdəki obrazların hər biri müəyyən bir funksiyaya malikdir və o funksiyanı həyata keçirir.
3.Sərgüzəşti-vəziri-xani-Lənkəran (1850)
Lənkəran xanının vəziri və xanın simasında ölkənin düzgün idarə olunmadığının, bütün Şərq aləminin geriliklərinin səbəbini axtarırdı.
4.Hekayəti Xırsi-Quldurbasan (1851)
M.F.Axundov bu dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad, qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir.
5.Sərgüzəşti Mərdi-Xəsis (Hacı Qara) (1852)
Ictimai ideallar, siyasi mesajlar XIX əsr Azərbaycan həyatının iqtisadi, siyasi, mədəni vəziyyətini tipik şəraitdə əks etdirir. Məsələ heç də həyat həqiqətinin burada daha əhatəli və bədii cəhətdən zənginliklə verilməsində deyildi, həm də obrazların, xarakterlərin özünüdərkində və özünü tanımasında idi.
6.Mürafiə vəkillərinin hekayəti (1855)
M.F Axundzadənin sonuncu komediyasıdır . Komediyanın mövzusu Cənubi Azərbaycan həyatından götürülüb . Komediya varislik ixtisası üzrə gedən ixtilafdan bəhs edir.
Bundan başqa M.F. Axundzadə “ Aldanmış Kəvakib “ povestinin və bir çox məqalələrin müəllifidir.
İstifadə edilən ədəbiyyat siyahısı :
1. Mirzə Fətəli Axundov əsərləri
Yazar: Aysun Məmmədli
Həmçinin bax: Mirzə Fətəli Axundovun həyat və yaradıcılığında azərbaycançılıq
Həmçinin bax: tehsilim.org/ugur-mm-tedris-merkezi/