Mineral duzlar
Hüceyrənin qeyri-üzvi maddələrinə mineral duzlar da aiddir. Hüceyrədə ən geniş yayılmış kationlara K+, Na+, Ca2+, Mg2+; anionlara isə HPO42-, H2PO4– , Cl–, HCO3– aiddir. Hüceyrədə mineral duzlar adətən suda həll olmuş vəziyyətdə mövcud olurlar.lakin bəzi hüceyrələrdə duzlar həll olmayan birləşmələr şəklində də mövcud olurlar. Məsələn,sümük toxumasının,ilbizlərin çanğının möhkəmliyinin səbəbi onların tərkibində həll olmayan kalsium fosfat duzununolmasıdır. Bəzi bitkilərin, məsələn, əncirin, beqoniyanın, soğanın hüceyrələrinə mikroskopla baxdıqda kristallar şəklində, bərk halda, suda həll olmayan kalsium duzlarını görmək mümkündür. Əgər insan və heyvanların qidasında bitkilərin tərkibində qeyd edilən elementlər (P, K, Na, Ca, Cu, Y, Co, Mn)kifayət qədər olmasa sümük toxumasının yaranması prosesi pozular,nuklein turşuları,hemoqlobin,xlorofil,tiroksin və s. həyat üçün zəruri olan birləşmələrin sintezi pozular və nəticədə müxtəlif xəstliklər baş verər, böyümə və inkişaf gecikər və s. Fe – hemoqlobinin, Mg – xlorofilin , İ2 – tiroksinin, Zn, Mn, Co- fermentlərin aktiv mərkəzinə, Zn – insulin hormonunu Co – B qrupundan olan vitaminlərin tərkibinə, F – dişin tərkibinə daxildir..
Duzlar orqanizmdə bir sıra vacib funksiyaları yerinə yetirir. Məsələn, kalium və natriumun xlorid duzları insanın sinir və əzələ toxumalarında elektrik impulslarının yaranması və ötürülməsində iştirak edir. Hüceyrənin həyat fəaliyyəti prosesində daim müxtəlif maddələr yaransa da, onun daxili mühiti, demək olar, sabit qalır.
YAZAR: Səidə Abdullayeva
Həmçinin bax: https://kafkazh.com/huceyrenin-qeyri-uzvi-birlesmeleri/
Həmçinin bax: https://tehsilim.org/dosent-dr-boran-ezizin-yeni-kitabi-nesr-edilib/