Milli Musiqi Günü

Hər bir insan nəyəsə düşgündür.Və bununla məşğul olduğu zaman insanda bir ruh yüksəkliyi yaranır və
bu onu motivasiya edir.Hal-hazırdakı dövürdə insanlar musiqi dinləməyi çox sevir.Musiqi sanki ruhun
qidasıdır , bu qəlbə toxunaraqinsanı sehirli bir aləmə aparır ele bir sehirli aləmki hər notasında insan bütün
dərdlərini unudur ani bir güclü enerji gəlir.Belə desək yatanı yuxusundanoyadır. Bu ele bir qüvvədir ki ,
sanki insanı Tanrı ilə danışdırır. Bəzən musiqi düşüncələrimizi əks etdirir.Bu mənada o bəşəriyyətin dilidir.
Və bugün – 18 sentyabr biz bəşəriyyət olaraq Milli Musiqi Gününü qeyd edirik.Müasir dövrümüzdə müəyyən
tərzdə musiqilər var. Ürəkdən gələn hər bir yaxşı musiqi ürəklərdə özünə yuva qura bilir.Indisə gəlin bizi
xəyallardan xəyala aparan milli musiqimizi az da olsa nəzərdən keçirək:Azərbaycan mədəniyyətinin dərin
kökləri , zəngin ənənələri vardır. Onun ən gözəl və rəngarəng qolu isə milli musiqimizdir. Azərbaycan
xalqının əcdadlarının qədim musiqi izləri haqqında ilk  məlumatlar eramızdan çox-çox əvvəlki minillklərə
aiddir. Mezolit dövründə Qobustan qayaları üzərində rəqs fiqurlarının təsvir olunması məhz bu dövürdə
ibtidai musiqi mədəniyyətinin yarandığını göstərir. Artıq enolit dövründə Cənubi Azərbaycan ərazisində
üzərində simli , nəfəsli və zərb alətlərindən ibarət çalğıçı dəstəsi təsvir olunan qızıl camdan aşkar edilmişdi.
Buda təbii ki , o dövrdə musiqi mədəniyyətinin olduğuna dəlalət edir.Sonrakı dövürlərdə musiqi
folklorumuz genişlənməyə başladı. Neolit dövründə əkinçilik və maldarlığın meydana gəlməsi ilə əmək
mahnıları yarandı. Qədimdə heyvana sitayişlə əlaqədar olaraq mərasimlər keçirilmiş , onların qarşısında
rəqslər edilirmiş . 16-cı əsr rəssamı Soltan Məhəmməd Təbrizinin bir miniatüründə keçi dərisi
geyinmiş 3 rəqqasın , nəfəs və zərb alətlərində çalan musiqiçilərin müşayiəti ilə rəqsi təsvir olunub.
Alimlərin fikrincə bu rəqsin kökü qədimdə heyvana sitayişlə bağlı ola mərasimlərlə əlaqəlidir. Musiqini
özündə ək etdirən mükəmməl sənət əsərlərindən biri Kitabi -Dədə Qorqud dastanıdır. Dastanın hər bir
boyunda qəhrəmanların dilindən səslənən mahnıları , ifadələri görmək mümkündür. Dastanda adı çəkilən
alətlərdən biri də Qopuzdur. Deyilənə görə Dədə Qorqud alətin hazırlanmasını yuxusunda görmüş və onu
icad etmişdir. Orta əsrlərdə ilk dəfə olaraq musiqi işarələrini (notu) ortaya çıxaran ilk
alim Səfiyyədin Urməvi olmuşdur. O ,nəğmə qoşub mahnı bəstələməkdə , muğam çalmaqda , yeni nəzəri
mülahizələr söyləməkdə fövqəladə qüdrətə malik bir şəxsiyyətdir. Həmçinin , ud çalmaqda öz zamanıda
əvəzsizdir. Onun bəstələdiyi musiqi əsərləri həm müəllifin ifasında , həm də dövrün musiqiçiləri
tərəfindən ifa olunub Şərqə yayılırdı. Təəssüf ki ,bəstəkarın bugünə sadəcə bir neçə melodiyası qalmışdır.
Bu dövürdə Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərinə yaxindan bələd olan digər bir korifey
Əbdülqədir Marağayidir. Onun əsərlərində muğam nəzəriyyəsinə və o dövrün şifahi musiqi
ənənəsinin digər janr və fornalarına geniş yer verilib. Türk xalqlarının musiqisi ilə yanaşı aşıq musiqisinə də
böyük diqqət yetirirdi. Onun əsərlərində kamança ,balaban, zurna , ağ ney ,qara ney ve.s alətlərin təsvirinə də
yer verilib. Marağayi Yaxın və Orta şərq ölkələrində musiqi elminin inkişafında böyük rol
oynamışdır. Musiqişünaslıq elminin bu iki azərbaycanlı dühasının – S.Urməvi və Ə.Marağayinin əsərləri ,
demek olar ki , orta əsrlərdə yaranmış bütün musiqi risalələrinin əsasında durmuşdur.Gördüymüz kimi hər
notası ilə qanımza hopan musiqimizin tarixi ta qədimlərə gedib cixir.Biz Azərbaycan xalqı olaraq öz
dəyərlərimizə o qədər bağlıyıq ki , nəyinki əcdadlarımızın bizə ötürdüyünü unutmaq hətta musiqimizi daha
da inkişaf edtirərək gələcək nəsillərə ötürürük. Bəs niyə Azərbaycan xalqı olaraq Musiqi gününü məhz bu tarixdə
– 18 sentyabrda qeyd edirik? Bu tarix həmçinin Azərbaycan xalqının dahi oğlu , musiqi mədəniyyətimizin
korifeyi Üzeyir bəy Hacıbəyovun doğum tarixidir.1995 -ci ildə bəstəkarın anadan olmasının 110 illik yubleyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdı.Həmin gün təkcə
musiqiseverlərin deyil , həm də bütün xalqımızın bayramıdır.Çünki ele bir azərbaycanlı tapmaq olmaz
ki, onun qəlbində Üzeyir bəyə məhəbbət , onun ölməz sənətinə hörmət hissi olmasın.Böyük bəstəkarın ad
gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur.O , Üzeyir bəyin vəfatından
sonra hər il bugünü qeyd edərmiş.Bu dahi şəxsiyyət ilkləri ilə tanınır : 1908 -ci ildə H.Z.Tağıyevin teatrında
tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə bütün müsəlman şərqində opera sənətinin əsasını qoymuş , Azərbaycanda musiqili komediya janrının yaradıcısı olmuşdur. Ü.Hacıbəyovun “Ər və arvad” , “O
olmasın , bu olsun” , “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti , xalq adət ənənələri
öz əksini tapmışdır. Ü . Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər,
o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri , dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə “Koroğlu”operasını bəstələmişdir. O həmAzərbaycan Xalq Cümhuriyyəti , həm də yeni Azərbyacan Respublikasının
Dövlət himnlərinin musiqisinin müəllifidir .Üzeyir bəy elmi musiqişünaslığın , musiqi təhsilinin əsasını qoymuş
və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir.O , müasir bəstəkarlıq məktəbinin
beşiyi başında durmuş , onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi
üçün fədakarcasına çalışmışdır.Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış , dünya
musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Görkəmli musiqi xadimləri onu “professional Şərq
musiqisinin atası”adlandırmışlar. Bəstəkarın heç övladı olmamışdı və o əsərlərinə öz canı
qanı kimi dəyər verər övaldı kimi görərdi .Və əsərlərinin kimsə tərəfindən dəyişdirilməsinə qarşı idi.
1948-ci il 23 noyabr şairin qəlbi dayandı. Nəfəs aldığın hər an qəlbimizdə olduğun kimi yoxluğun da ürəklərdə
yuva qurub quracaqdırda bəstəkarım!!!

YAZAR: Vəsilə Allahverdiyeva

Həmiçinin bax: Qədim Misirdə pişiyin mövqeyi
Həmiçinin bax: https://tehsilim.org/tehsilim-org-tehsilde-sikayetler-ve-teklifler-adli-yazi-musabiqesi-elan-edir/
Həmiçinin bax: https://turaz.org/ugur-qazanmaq-isteyen-gencler-butun-gucleri-ile-calismali-ve-dovrumuzun-realliqlarini-nezere-almalidir-musahibe/