Milli Məclisin növbədənkənar sessiyası olacaq.
Metbuat.az xəbər verir ki, parlamentin 59 deputatının tələbi ilə Azərbaycan Respublikasının Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2020-ci il 4 avqust tarixindən etibarən Milli Məclisin növbədənkənar sessiyası çağırılır.
Bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, sessiyada “2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə ediləcək.
Menbe:Metbuat.az
Müxbir:Arzu Əliyeva