Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı beynəlxalq konfransda məruzə ilə çıxış edib
Türkiyənin İzmir şəhərində onlayn formatda V Beynəlxalq Avropa Sosial Elmlər konfransı keçirilib. Konfransda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Sara Əhmədova türk dilində “Azərbaycanın bəzi etnik qrupları və milli azlıqları” mövzusunda məruzə ilə çıxış edibdir.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və ünvanlanan suallar cavablandırılıb. Konfransdan sonra iştirakçılara sertifikatlar verilib. Konfransın materialları nəşr olunacaq.
Mənbə: azertag.az
Xəbərçi: Aytən Abbasova