Mikrobiologiya. Torpağın mikroflorası

Tərkibində üzvi və mineral maddələrin, eləcə də rütibətin olması torpaqda mikroorqanizmlər üçün əlverişli mühit yaradır. Bu canlıların sayı 5-20 sm dərinlikdə daha çox olur. Dərinliyə getdikcə onların miqdarı azalır, 1m dərinlikdə isə minimuma enir.

Tipindən və iqlim qurşaqlarının növündən asılı olaraq torpağın mikroflorası dəyişir. Cənub qurşaqlarında münbit və gübrələnmiş torpaqlarda mikroorqanizmlərin miqdarı çox olur. Torpaqda azotfiksəedici,nitrifikasiya, denitrifikasiya, sellüloza parçalayıcı bakteriyalara, göbələklərə, şibyələrə və bir sıra ibtidailərə təsadüf edilir. Bunlar maddələr dövranının həyata keçməsində mühüm rol oynayır.

Mikroorqanizmlər üzvi maddələri qeyri-üzvi maddələrə parçalayır, atmosfer havasındakı azotu bitkilər tərəfindən mənimsənilə biləcək hala gətirir. Bununla da torpağın münbitləşməsində və öz- özünü tənzimləmə prosesində iştirak edir. İnsan və heyvanların ifrazatları vasitəsilə torpağa düşən mikroorqanizmlərin əksəriyyəti müxtəlif ekoloji amillərin təsirindən məhv olsa da, bir qismi uzun müddət yaşama qabiliyyətini saxlayaraq yenidən insanları yoluxdurur və müvafiq xəstəliklər törədir.

Bakteriyaların sporları torpaq vasitəsilə yara nahiyəsinə daxil olub tetanus və qazlı qanqrena yaradır. Botulizm törədicisi torpaqdan tərəvəz və meyvələrə, eləcə də müxtəlif qida məhsullarının tərkibinə keçməklə insanı yoluxdurur və xəstəlik törədir.

Bəzi helmintlərin * də əsas yaşayış mühiti torpaqdır. Yaşayış məntəqələrinin, məntəqələr daxilində müxtəlif obyektlərin tikilməsi üçün torpaq sahəsi seçərkən, eyni zamanda epidemioloji göstətişlər olduqda torpağın Sanitar-mikrobioloji müayinəsi aparılır. Bu zaman 1q torpaqda olan bakteriyaların, o cümlədən patogen mikroorqanizmlərin miqdarı təyin edilir.

Torpağın sanitar mikrobioloji nümayəndə : • 1q torpaqda bakteriyaların ümumi sayı ; • Sanitar göstərici mikroorqanizmlərin – bağırsaq çöplərinin miqdarı ; • 1q torpaqda olan termofil*bakteriyalar ; • Epidemioloji göstərişlər  olduqda patogen mikroorqanizmlər (salmonellalar*, tetanus və botulizm törədiciləri, bəzi viruslar) təyin edilir.

 

Helmintlər*- xəstəliktörədən parazit qurdlar

Termofil * (yun) – istilik, sevmək

Salmonellalar * – spor əmələ gətirməyən çubukşəkili bakteriyalar

 

Yazar: Aytən Abdullayeva

Həmçinin bax: https://kafkazh.com/esrimizin-belasi-stress/