Mikayıl Müşfiq- ömür səhifələri

Mikayıl Müşfiq— Mikayıl Əbdülqadir oğlu İsmayılzadə, 5 iyun 1908, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan (SSR, SSRİ)— Azərbaycan şairi, Dil- Ədəbiyyat müəllimi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), “Azərnəşr”in keçmiş redaktorudur.
Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Mikayıl Müşfiq əslində Azərbaycanımızın şərəfli bir şəhididir.
O Müşfiq ki, əksinqilabi fəaliyyətdə olmaqla günahlandırılır, güllələndikdən sonra məzarı belə ona çox görərək alçaqca dənizə atırlar.
Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə yazır ki, bir dəfə Müşviq evə çox kədərli gəlir, balkona çıxaraq siqaretini yandırır, başının ağrıdığını deyir. Səbəb isə yığıncaqda onun burjua şair adlandirilmasidir. Hansı ki, bu elə bir dönəm idi ki, burjua sözü damğa kimi idi, bu sözün yapışdırıldığı insanlar gələcəkdə mütləq faciə ilə üzləşəcəkdi.
Dilbər xanımın Mikayıl Müşfiqlə tanış olduğu ilk gün.
Belə ki, Dilbər xanımın əmisinin adı Fəramüş Mikayıl Müşfiq ilə tələbə yoldaşı idi. Fəramüş institutu bitirmələri münasibəti ilə APİ -də təşkil olunan buraxılış gecəsinə bacısı Həcəri və qaynı qızı Dilbəri də aparir. Dilbər ilk dəfə orada Mikayıl Müşfiqi görür.
Müşfiqin əynində səliqə ilə tikilmiş qəhvəyi rəngli kostyum, ona uyğun üst köynəyi və qalstuk, ayağında qəhvəyi ayaqqabı vardı. Alının üstünə düşən qara tellərini əli ilə tez-tez arxaya atırdı. Yoldaşlarından fərqli olaraq, Müşfiq həyəcanlı və tutğun idi.
Onlar ikinci dəfə”kommunist” küçəsində rastlaşırlar, aralarında qısa dialoq keçir:
– nə xoş təsadüf, hara gedirsiniz Dilbər xanım ?
– Texnikuma.(Dilbər həyəcanlandı)
– Niyə tutuldun Dilbər …
– heç …
– Məni unutmamışdınki?
(Birdən birə Dilbərə qəribə bir cürət gəldi)
-Sizi heç unutmaq olar?
Növbəti dəfə Dilbərin rəfiqələrindən olan Pirayə Müşfiqdən ona məktub gətirir. Məktubda Dilbərə yazılan 2 şeir və səmimi etiraflar var idi.
Və nəhayət Dilbər razılaşir, onlar tez-tez görüşürlər. Hər görüşdə Müşfiq ona yazdığı şeirləri oxuyur, onun qəlbini qazanmağa çalışır. Belə görüşlərdən birində Müşfiq arzusunu dilə gətirir:
“Bizim bu görüşlər mənim aləmimdə artıq mənəvi bir ehtiyaca çevrilib. Amma nə vaxtacan biz çəkinə-çəkinə, qorxa-qorxa görüşəcəyik?!…
İstəyirəm, sizə elçi göndərim razılıq alan kimi nişan taxaq. Ondan sonra ürəyimiz istəyən kimi görüşə bilərik. Səndə görüşə gələndə ayağının birini qaçaq qoymazsan
1932 ci ilin aprelində onlar nişanlanırlar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşkünaz xanımla birgə ,Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla birgə, həmçinin məşhur müğənni Bülbül də iştirak edirdi. Eyni zamanda dövrün gənc şair və yazıçılarından Süleyman Rüstəm xanımı Fatma ilə Rəsul Rza xanımı Nigar Rəfibəyli ilə Məmmədrahim xanımı Mələklə birlikdə nişana təşrif buyurmuşdular.
Və nəhayət 1933-cu ilin iyunun 20-sində onlar ailə həyatı qurdular. Dilbər xanım yazılarından birində bəhs edirdi: “Evləndiyimiz vaxt Müşfiq” Azərnəşr”-də redaktor vəzifəsində və 18 saylı məktəbdə müəllim işləyirdi.Qazancı pis deyildi. Balaca otağımızda Müşfiq coşub-daşir, yazıb-yaradırdı. Müşfiqin bütün varlığı şeirlə nəfəs alırdı. O, məni yuxudan şeirlə oyadar, şeirlə söhbət edər, axşamlar şeirin xoş zümzümələri ilə yatırardı…”
Dilbər Axundzadə xatirələrində təkcə özünün yaşadıqlarını yazmır, həmçinin Müşfiqin həyatıyla bağlı bütün xatirələrdən, insanlardan bəhs edir.
Bu cür gözəl ailəni bəzi alçaq faşist qiyafəli insanlar dağıtdılar, parçaladılar. Müşfiqin üzərinə şər ataraq onu vəhşicəsinə qətlə yetirdilər.
“Məs niyə Müşfiq?” Sualı da haqlı olaraq ortaya çıxır. Bəzi deyimlere görə Dilbər Axundzadə olduqca gözəl qadın olduğuna görə, onu əldə etmək üçün Müşfiqi aradan götürmək istəyirlər. Burda hətta Mircəfər Bağırovunda adı hallanır. Digər deyimə görə, Müşfiq gənc yaşında ikən ölkədə tanınması, ard-arda uğur qazanması, onun həmkarları tərəfindən qisqanılmasına və satılmasına səbəb olur.
Bu qədər bilgili savadlı Azərbaycan şəxsiyyəti, gənc pedaqoq və yazar 29 yaşında qətlə yetirdilər. Mikayıl Müşfiq 6 yanvar 1938-ci ildə vəfat etmişdir.

 

Yazar: Gülnar Nəzərli