Meymun Kanzi

Heyvanlar aləmindəki ən yaxın qohumlarımızdan olan bonoboların,insanlarla olan oxşarlığı düşündüyümüzdən də artıqdır. Şempanzelərin yaxın qohumu olan böyük quyruqsuz meymunların ilk insan atalarımız kimi alətlər düzəldib,tətbiq etdikləri müşahidə edildi.Hətta müşahidəçilər bəzi bonoboların müşahidə zamanı təhlükə hiss etdiyini görüb ağacı dişləyərək (ucunu itiləyib) nizəyə oxşar bir alət düzəltdiyinə fikir verdilər.Bonobolar,şempanzelərin yaxın qohumudur.Des Moines universitetində 35 yaşında olan Kanzi meymunu üzərində müşahidələr aparılmışdır.Bu meymunların alov qurmaq sonra söndürmək,öz yeməyini bişirmək və yeməyinə əlavələr etmək kimi istedadları var idi.Dr.Savage Rumbaugh (kanzinin təlimçisi) Kanzi ilə əlaqəli bunları deyirdi: Kanzi kiçik ikən qədim insanların necə alov qurduğuna aid film izləmişdi.Əsasən “ Spellbound” filmini dəfələrcə izləmişdi.Sonra alovu qurmağa başlayırdı  və oturub izləyirdi.Ayrıca Kanzi 3000-ə yaxın ingiliscə söz başa düşür,simvollarla danışa bilir və bu sözlərin 500-ə yaxını ilə özü insanlarla əlaqə qura bilir.Deməli,Kanzi bunu göstərirki heç də insan ən ali pillədə deyil.

 

YAZAR: Əliyeva Gültac ( QMB- Biologiya klubu )

Həmçinin bax: https://kafkazh.com/adel-sindromusevgi-xesteliyi/

Həmçinin bax: https://tehsilim.org/adnsu-da-i-kurs-telebelerinin-enenevi-formatda-tedrisi-oktyabrin-15-den-baslana-biler/#comment-10