Mexatronika və Robototexnika mühəndisliyi ixtisası
Mexatronika və Robototexnika mühəndisliyi artıq Azərbaycanda inkişaf etməyə başlamışdır. Mexatronika və Robototexnika ixtisası, mexanika mühəndisliyi, elektrik-elektronika mühəndisliyi və komputer texnikasının birləşməsi nəticəsində yaranan ixtisasdır.Bu ixtisas zamanı, təbii qaynaqları və əmək vasitələrini səmərəli istifadə edə bilən, eyni zamanda müasir texnologiyanı və mühəndis məhsuldarlığını ekoloji şərtləri gözardı etmədən ən səmərəli şəkildə istifadə edərək texnoloji dizayn ortaya qoyan mühəndis yetişdirən ixtisasdır. Mexatronika mexanika və elektronika sözlərinin müvafiq şəkildə birləşməsindən ibarətdir və ilk dəfə 1969-cu ildə Yaponiyanın Yasukawa Elektrik Şirkətinin bir mühəndisi mexanika və elektron mühəndislik sahələrinin birləşməsini ifadə etmək üçün “mexatronika” sözünü işlətmişdir. Mexatronika sözü illərdir Avropa qitəsində də istifadə edilmişdir. ABŞ və İngiltərədə ayrıca bir təhsil və təcrübə sahəsi olaraq qəbul edilməsinə baxmayaraq, bakalavriat, magistratura və doktorantura səviyyələrində açılan kursların sayının artması mexatronikanın dünya miqyasında ayrıca bir elm sahəsi olaraq qəbul edildiyinin göstəricisidir.
Bu ixtisas sahibi nə işlə məşqul olur?
- Mexatronika və Robototexnika mühəndsləri məhsul, mexaniki gücü ortaya gətirmək üçün motor sistemləri, yarana gücü ötürmək üçün mexaniki sistem, dəyişikliyi qeyd etmək üçün sensorlar, sistemə nezarət etmək üçün mikroişlədici və bütün sistemi idarəetmək üçün komputerdən programlarından istifadə etməlidir.
- Robot sistemləri üçün modelləşdirmə və materialları seçmək
- Kompüterlərin əsas xarakteristiklarını parametrlərini qurmalı
- 2D və 3D modelləşdirmə ilə məşqul olmalı
- Robotlar üçün profilaktik tədbirlərin hazırlanması
- Mexatronika və mikroprosessorların elemnet bazası , iş prinsipi, strüktür təşkili,metodları və texniki vasitələri layihələndirməli
Azərbaycanda bu ixtisasa hansı universitetlərdə yiyələnmək olar?Azərbaycan Dövlət Neft və Senayə Universiteti də çoxdan olmasına baxmayaraq Azərbaycan Texniki Universitetinə ixtisas bölməsinə 2019 cu ildə əlavə edilmiştir.
Bu ixtisas üzrə haralarda işləmək olar?
- Aviasiya və kosmonavtika sahələri üzrə ofislərdə
- Müxtəlif istiqamətlər üzrə tədqiqat obyektlərində
- Tibb, neft istehsalında
- Qida və yüngül senayə istehsalında
- Baş mütəxxəsis(texnoloq, elektrik-mühəndis,) avtomatlaşdırma layihə sistemləri mühəndisi.
- Şirkətlərdə (solidworks, AutoCAD ) modelləşdirmə proqramları üzrə işləmə
Əgər siz bu ixtisasa yiyələnmək istəyir və bu sahədə öz xəttinizi çəkmək isteyirsinizsə öz fikrinizdən qaçınmayın.Bəzi yerlərdə görürəm ixtisası seçmək üçün falan filan gərəkdi deyirlər, amma siz narahat olmayın ixtisasa yönəlmək istəyirsinizsə sizə iki şeyi mesləhət görəcəm.
- Yaddaşınızı qüvvətləndirin
- Riyazi bacarıqlarınızı daha dərindən öyrənməyə çalışın
Bundan başqa qalan şeylər isə universitet və öz həyatınızda öyrəniləcək biliklərdir.Əsas odurki özümüz öyrənməyə çalışın və əmin olunki bu belədə olacağ)).Bu mənim ilk məqaləm idi.Diqqətinizə görə təşəkkür edirəm.
-
Yazar: Ramid Əskərov(Azərbaycan Texniki Universiteti Mexatronika və Robototexnika mühəndisliyi ixtisası)