Mexanikanın nisbilik prinsipi
Bir-birinə nəzərən V = const sabit sürətlə hərəkət edən iki inersial sistemə görə müəyyən cisimin hərəkətinə nəzər yetirək (Şəkil ş1). Cisimin koordinatlarının, zaman və kütlənin bir sistemdən digərinə keçdikdə dəyişməsi


olur. Bu ifadələr Qaliley çevrilmələri adlanır. Qaliley çevrilmələrində cismin vəziyyəti nisbi, zaman və kütlə isə mütləqdir. Bu çevrilmələrə görə iki nöqtə arasında məsafə
,yəni cismin ölçüləri bir inersial sistemdən digərinə keçdikdə dəyişmir.
Q/ sistemində A cismi v surətinə malikdir:
sistemində cismin sürəti (f1) ifadəsindən törəmə alıb,
olduğu nəzərə alınsa,

olar.
İndi fərz edək ki, cisim hər hansı vasitə ilə təcil alır:
Bu Q/ sistemində təcildir, Q sistemində isə təcil (f2) ifadəsinə görə

olar. Beləliklə, təcil müxtəlif inersial sistemlərdə eyni qiymətə malik olur. Nəzərə alınsa ki, klassik mexanikada cismin kütləsi müxtəlif hesablama sistemlərində eynidir (kütlə mütləqdir) (f3) ifadəsinin hər tərəfini cisimin kütləsinə vuraraq
alarıq. Deməli, Nyutonun qanunları bir inersial sistemdən digərinə keçdikdə dəyişmir. Dinamika qanunları inersial sistemlərə nəzərən invariantdırlar. Deyilən fikirin çox maraqlı təzahürləri meydana çıxır. Tutaq ki, düzxətli bərabərsürətli hərəkət edən qatara baxılır. Belə sistemdə yerləşən cismə hər hansı a təcili vermək üçün qüvvə ona sükunətdən həmin təcili vermək üçün lazım olaq qüvvəyə bərabərdir. Bütün mexaniki proseslər sükunətdə olan və düzxətli bərabərsürətli hərəkətdə olan sistemlərdə eyni cür baş verir, yəni qatar daxilində aparılan heç bir təcrübə ilə onun sürəti təyin oluna bilməz, hətta qatarın hərəkət edib etməməsini də ayırd etmək mümkün deyildir. İkinci misal olaraq bərabərsürətli hərəkət edən gəmiyə nəzər yetirək. Gəmidəki idmançı gəminin hərəkət istiqamətində və gəminin hərəkətinə əks istiqamətdə tullandıqda hər iki halda eyni nəticəyə nail olacaqdır, baxmayaraq ki, idmançı tullanma icra etdikdə (havada olduqda) gəmi hərəkət edir. Bu nəticə gəminin sükunətdə olduğu hal ilə də tam üst-üstə düşür. Bu misallar əsasında Q.Qaliley nisbilik prinsipini formalaşdırmışdır. İnersial sistem daxilində aparılan heç bir fiziki eksperimentlə sistemin sükunətdə və ya bərabərsürətli düzxətli hərəkətdə olmasını ayırd etmək mümkün deyildir. İstənilən inersial sistemi sükunət halında götürmək mümkündür və bütün digər inersial sistemlərin sürətini baxılan sistemə görə təyin etmək olar.
Yazar: Mirpaşa Mahmud
həmçinin bax Cisimlərin kütləsi və impulsu
https://turaz.org/turaz-qartali-telimleri-ugurla-davam-edir/