Metenin yürüşləri və Çinin asılı hala salınması
Hunlar şərqdə Donqu, cənub-qərbdə Yueci və digər xalqları tabe etdikdən sonra şimaldakı Hunyu, Çuse, Dinqlinq, Qırğızlar, Lonqşin kimi xalqlar və ölkələrdə Hunlara bağlandı. Şübhəsiz ki, Hun gücünün qısa müddətdə çox geniş
bir sahəyə yayılması Mete sayəsində oldu. Çöllərdə hamı onun dahiliyinə və gücünə hörmət edirdi.
Bu vaxt Çində Han imperatorluğu quruldu (e.ə. 206), Çinlilər içəridə yeni bir qayda qurmuşdular. İmperator getdikcə güclənən Hunların qarşısına Han Şini Daini göndərdi, onun mərkəzi bugünkü Şansidəki Mayi idi. Hunlar Mayiyə böyük bir ekspedisiya təşkil etdi və mühasirəyə aldı. Han Şin hunlara təslim oldu. Hun orduları daha sonra cənuba doğru irəlilədilər, Qoucu dağını keçdilər, Taiyuana hücum etdilər, Jin yanq ətəklərinə çatdılar. Bunu görən Han İmperatoru Qao əmrindəki bir ordu ilə Hunlara hücum etdi.
Bununla birlikdə, qış idi, yerdə qar çox idi və bir çox Çin əsgərinin buna görə barmağı donmuşdu. Bu vaxt Mete Çin ordusunu daha da yormaq üçün özünü məğlub kimi göstərərək geri çəkildi. Çinlilər Hun ordusunu qovmağa başladıqda Mete, az və zəif əsgərlərini nəzərə alaraq çinliləri içəri çəkdi. Bunun üzərinə 320.000 nəfərlik piyada Çin ordusu Hunları şimala qovdu. İmperator Qao bugünkü Datonq şəhəri olan Pinqçenqə daha tez çatdı. Onun bəzi əsgərləri yoldaydı. Mete ustalıqla tələyə saldığı imperatoru 300 mindən çox atlı ordusu ilə Baydenq dağında mühasirəyə aldı.
Mühasirə yeddi gün davam etdi. Mühasirədə olan çinlilər, digər çinlilərlə əlaqə qura bilmədi və ya kömək ala bilmədi. Hun ordusunun atlıları ətrafdakıBaydeng dağını mühasirəyə aldılar. Mete ordusunu geyimlə bağlı rənglərə bölmüşdü: Qərbdə olanlar ağ, şərqdə olanlar göy, şimalda olanlar qara, cənubda olanlar qırmızı idi. Çin İmparatoru Qao gizli şəkildə Metenin arvadı Çinli xatuna bir elçi göndərdi və hədiyyələr təqdim etdi. Bundan sonra Xatun Meteyə, iki tərəfin bir-birlərinə zərər verməmələrini, Çinin fəth edildiyi halda Çində hökmranlıq edə bilməyəcəyini, Çində yaşaya bilməyəcəyini və Çin İmperatorunu qoruyan ruhları da düşünməsini söylədi. Arvadını dinlədikdən sonra Mete Çin tərəfinin bir hiylə qurmasından şübhələndi və yenə xatunun sözlərini nəzərə alaraq mühasirənin bir ucunu açıb Çin ordusunun çıxmasına icazə verdi. Bunun üzərinə Çin İmperatoru Qao ordusu ilə mühasirədən çıxdı və çöldəki ordu ilə birləşdi.
Mete də ordusunu çəkdi. İmperator da ordusunu geri çəkdi və sonra LiuJinqi “saraydan bir Çinli arvad verərək barışmaq” üçün göndərdi (bu Çin siyasətində “evlilik yoluyla sülh” mənasını verən lyuk sistemi adlanır). Daha sonra bir Hun generalı Han Şin, Cao Li və Vanq Huanq kimi komandirlərlə bağlanan barışıq müqaviləsinə baxmayaraq talançılıqla məşğul olan Dai, Yanmen, Yunconqa zaman-zaman hücum etdi. Çox keçmədən Han İmperiyasına qarşı vuruşan ÇenŞi (ö. 196) üsyan qaldırdı və Han Şin ilə birləşərək Daiyə hücum etdi.
Çin imperatoru Fan Kuainin əmri ilə onlara qarşı bir ordu göndərdi. Bu Çin ordusu Dai, Yanmen vəYunconqu geri aldı, ancaq Səddən çıxa bilmədi. Bu vaxt bir çox Çin generalı orduları ilə bir-birinin ardınca gələrək Hunlara sığındılar. Yaxşı gücləndirilmiş rejim Dai torpaqlarını tapdalayaraq tez-tez cənuba enirdi. Çin bu basqınlarla çox çətin bir vəziyyətdə olduqda, imperator LiuJing’i səfir göndərdi, sülalədən bir Çinli kəniz verdi, evlilik yolu ilə barışıq etdi və Hunlara hər il müəyyən miqdarda ipək, yemək və içki verməyi qəbul etdi. Müqavilə bağlandıqdan sonra Mete basqınlarını xeyli azaltdı. Çindəki böhran zamanı yan ağası Lu Van da üsyan etdi və 10 min əsgəriylə Hunlara qoşuldu. Bu dövrdə Çin həm üsyanlarla, həm də Hun basqınları ilə qarışıqlıq içində qaldı.
QAYNAQ: Kürşat Yıldırım- Hun tarihi
TƏRCÜMƏÇİ: Müşafərim Əliyeva
HƏMÇİNİN BAX: Karst prosesləri
HƏMÇİNİN BAX: Tehsilim.org/abay-qazax-milli-pedaqoji-universiteti/