Mete xaqanın hakimiyyətə gəldikdən sonra ilk fəaliyyətləri
Metenin atasını öldürərək taxta çıxdığını öyrənən Donqu xanı elçi göndərərək ondan Teomanın müqəddəs atını istədi. Mete ətrafındakılardan soruşduqda hamısı Hunların dəyərli atının verilə bilməyəcəyini bildirdi. Onların
əksinə Mete bir atın qonşudan dəyərli olmadığını bildirdi. Bir müddət sonra Donqu xanı bir elçi göndərdi və bu dəfə Metenin cariyələrindən birini istədi. Mete bunu ətrafındakılardan soruşduqda hamısı əsəbiləşdi və bunun qəbuledilməz olduğunu bildirdi. Mete isə bir başqa tərəfdən bir qadının qonşudan daha dəyərli olmadığını dedi.
İstədikləri hər şeyin həyata keçirildiyini görən Donqu xanı təkəbbürlənib ordularını qərbə tərəf yönəltdi və iki ölkə arasında heç kəsin yaşamadığı, eni 1000 olan boş bir torpaq sahəsini istədi. Hər iki tərəf də bu boş sahənin hər iki tərəfində qərargahlarını qurmuşdular. Donqular bu boş yeri tələb etdilər və Hunlar isə cavab olaraq bu sərhəddən kənara çıxmayacaqlarını bildirdilər.
Mete ətrafındakılardan vəziyyəti soruşduqda bu yararsız torpağın verilə biləcəyini bildirdilər. Lakin Mete buna hirsləndi, dövlətin təməlinin torpaq olduğunu və heç kəsə verilə bilməyəcəyini söylədi və verməyi dəstəkləyənləri
edam etdi. Dərhal atına mindi və Donquların üstünə getdi. Hunların hücum edəcəyini gözləməyən Donqu xanı heç
bir tədbir görməmişdi. Beləliklə, Metenin ordusunun rəhbərliyindəki Hun ordusu Donqu xanını məğlub etdi və mallarını qənimət olaraq aldı.
Hun ölkəsinə qayıtdıqdan sonra bu dəfə cənub-qərbdəki Yueci tərəfə getdi. Onları məğlub edib didərgin saldı. Sonrasında isə Sarı çayın cənubundakı Loufan və Baiyang bəyliklərinin torpaqlarını ilhaq etdi. Hunlar Sarı Çin İmperiyasının komandiri Meng Tianın çayın cənubundakı Hunlardan alınan torpaqlarını geri aldılar. Beləliklə Sarı çayın cənubu yenidən Çin və Hun ölkələrinin sərhədinə çevrildi.
Metenin ordusu Cunuo və Fuşiyə qədər irəlilədi və daha sonra Yan və Daiyə hücum etdi. Bu vaxt Çində Qərbi Zhou kralı Şianq Yu Çin İmperiyasına qarşı üsyan qaldırdı. Çində qarışıqlıq hökm sürdü. Bundan yaxşı istifadə edən Mete gücünü hərtərəfli şəkildə bərpa etdi. Yaylarını gərən əsgərlərin sayı 300 mini keçdi.
Hunların ilk başçısı olaraq xatırlanan Çunveydən Teomana qədər 1000 ildən çox vaxt keçdi. Bu vaxt ərzində hunlar bəzən zəiflədi, bəzən isə gücləndi. Birləşdikləri və ya bölündükləri vaxtlar olmuşdur.
Hunların tarixində olan bu əlaqələrin kəsilməsinə görə onların erkən kökləri bilinmir. Deyə bilərik ki, hunlar ən güclü zamanlarını Metenin dövründə təcrübə etdilər. Mete Çinin şimalındakı çöllərdə olan bütün tayfaları hunlara birləşdirdi və Çin torpaqlarına gəlib çıxdı. Buna görə çinlilər ən böyük düşmənləri olan hunlar haqqında ətraflı məlumatlar əldə etməyə başladılar.
QAYNAQ: Kürşat Yıldırım- Hun tarihi
TƏRCÜMƏÇİ: Nərmin Ələsgərova
HƏMÇİNİN BAX: Çində siyasi gərginlik və Hun axınları. Mete xaqanın taxta çıxması
HƏMÇİNİN BAX: Tehsilim.org/yay-mektebine-qeydiyyat-baslayib/