Məşhur sayt türk silahlarından yazdı

Məşhur “Defans Nyus” saytında “Türkiyə necə dünyanın aparıcı silah sistemləri istehsalçılarından biri oldu?” başlıqlı məqalə yazılıb.

Axar.az xəbər verir ki, məqalədə Türkiyənin piyada döyüş maşınları, tanklar və silah sistemləri mövzusunda ixtisaslaşdığı qeyd edilib.

“Türkiyə bu hərbi texnika və silahları ixrac edir. Artıq dünyanın bir çox yerində türk silahları, texnikası və döyüş sursatları mövcuddur. Türkiyənin bu sahədə uğurlu olmasının səbəblərindən biri də ABŞ, Almaniya və Fransa kimi müdafiə sənayesi istehsalının yüksək olduğu ölkələrdəki modellərin tətbiq edilməsidir. Ölkədə “Otokar”, BMC və “Nurol Makina” yerli müdafiə sənayesi şirkətləri müasir standartlara uyğun məhsullar istehsal edirlər. Ən vacib məhsullar arasında 8×8 PARS, 6×6 PARS, 6X6 ARMA, 4×4 COBRA, “Əjdər Yalçın”, “Vuran” “Altay MBT və “Qaplan” yer alır”, – məqalədə bildirilib.
Menbe:Axar.az
Müxbir: kafkazh.com xüsusi müxbiri Nuray Ələkbərova