Məşğulluğun ümumi nəzəriyyəsi-2
John Maynard Keyners
Məşğulluğun ümumi nəzəriyyəsi, Maraq və Pul.
Fəsil 6. Gəlirin izahı, Əmanət və İnvestisiya.
II Əmanət və İnvestisiya
Məsləhət olunur ki, istifadə zamanı daha dəqiq müəyyən edilmiş üsullardan istifadə edilsin. Mənim bildiyimə görə, əmanət istehlak xərclərindən əlavə qorunan vəsaitdir. Belə ki, əmanət haqqında ola bilən istənilən şübhə, həm də gəlir və ya istehlakdan irəli gələn şübhələr deməkdir. Gəlir haqqında biz yuxarıda izahat vermişik. İstənilən dövrdə istehlak məxarici həmin dövrdə istehlakçıya satılan əmtəənin dəyəri mənasını verməlidir, lakin bu deyilənlər bizi düşündürür. Gəlin, bilək ki, istehlakçı-alıcı tandemi nə məna verir. İstehlakçı-alıcı və investor-alıcı arasındakı istənilən mənalı izahat bizə bərabər yaxşı xidmət edə bilər, lakin bu şərtlə ki, bu, daimi olsun. Məsələn, belə bir nümunəyə baxaq: Əgər istehlakçı-alıcı bir yüngül maşın alveri edirsə və ya investor-alıcının ev alveri tez-tez müzakirə obyekti olubsa, onda əlavə müzakirə üçün mən heç nə deyə bilmərəm. Adı çəkilən kriteriyalar istehlakçı və sahibkar arasındakı münasibətə açıq-aydın uyğun olmalıdır. Belə ki, biz bir sahibkarın başqa bir sahibkardan aldığını A1 ilə dəyərləndirdikdə, onda məsələni, sözsüz, həll etmiş oluruq. Bu o deməkdir ki, istehlaka yönəlmiş məxaric birmənalı şəkildə £(A-A1) olur ki, bu zaman £A bütün dövrdə olan məcmu satış hesab edilir və eyni zamanda. £A1 bir sahibkarın digər biri ilə həyata keçirdiyi məcmu £A1 satışı olur. Bir qayda olaraq, £-ni atıb hər cür ümumi satış üçün A yazsaq daha rahat olmuş olar. A1 bir sahibkardan başqa bir sahibkara ümumi satış göstəricisi və U isə sahibkarların orta istifadə dəyəri kimi verilir.
Hər ikisi, gəlir və istehlakı müəyyən edəndən sonra gəlirin istehlak üzərində çoxluğu olan əmanətin izahatı müəyyən edilir. Gəlir A-U bərabər olduğundan və istehlakın da A-A1 bərabərliyi göstərir ki, əmanət A1-U- ya bərabərdir. Oxşar olaraq deyə bilərik ki, xalis gəlirin istehlakdan çoxluğunu göstərən xalis əmanətimiz vardır, yəni A1-U-V.
Gəlirlə bağlı bizim izahatımız həmçinin cari investisiyanın izahatını müəyyən edir. Bununla biz deyə bilərik ki, əsaslı təchizat dəyərinə yönəlmiş cari əlavə həmin dövrün məhsuldar fəaliyyətindən irəli gəlir. Bu məhz bizim əmanət kimi izah etdiyimizə tam bərabərdir. Bu o deməkdir ki, həmin dövrün gəlir hissəsi istehlaka daxil edilməyib. Yuxarıda verilənlərdən bilirik ki, istənilən dövrün istehsal nəticəsi kimi sahibkarlar hazır məhsulun satışı ilə işlərini yekunlaşdırır və bu zaman A-dəyəri əldə edir və U-ilə ölçülən əsaslı təchizatın pisləşməsinə gətirib çıxarır (və ya U-ilə ölçülən inkişaf, harda ki, U-mənfidir) və ya istehsal nəticəsində bir sahibkarın başqa birisi ilə alqı-satqı etdikdən sonra A1-dən ayrılan hissə nəzərdə tutulur. Eyni dövr ərzində A-A1 dəyəri olan hazır məhsul hasilatı istehlaka cəlb ediləcək. Belə ki, A-U-nun A-A1-dən üstünlüyü, yəni A1-U vəziyyəti həmin dövrdə istehsal fəaliyyati nəticəsində kapital təchizata olan əlavədir, yəni o dövr üçün investisiyadır. Müvafiq olaraq A1-U-V hansı ki, kapital təchizata yönəlmiş xalis əlavədir ki, bu da tam istifadə olunduqdan sonra meydana çıxan nəticədir. Belə olduqda da bu, dəyərin gözlənilmədən dəyişməsinə təsir edə bilir və bu gedişat həmin dövr üçün xalis investisiya olur.
Odur ki, əmanətin həcmi fərdi istehlakçıların kollektiv davranış məxarici və fərdi sahibkarların kollektiv davranışlarının investisiya həcmidir və deməli, bu iki məbləğ zərurui olaraq eynidir. Daha doğrusu, bu nəticə hər bir halda arendaya yönəlmiş və yuxarıda izah edilən gəlirin xüsusiyyətindən asılı deyil. Bu o şərtlə düzgün ola bilər ki, gəlir mövcud hasilatın dəyərinə bərabər olsun. Yəni, cari insvestisiya istehlak olunmayan cari hasilatın bir hissəsinə bərabərdir ki, bu zaman həmin əmanət gəlirin istehlakdan çox olmasını göstərir. Bütün bunlar ümumi mənada əksər iqtisadçıların istifadə etdikləri ənənəvi qaydalar üçün əlverişlidir. Qısaca demiş olsaq:
Gəlir=hasilat dəyəri=istehlak+investisiya.
Əmanət=gəlir-istehlak.
Odur ki, əmanət=investisiya.
Beləliklə, yuxarıda verilən şərtlərə cavab verə bilən istənilən izahat formaları yenə eyni nəticəyə aparıb çıxarır. Bu yalnız o zaman eyni nəticəni verə bilməz ki, onlardan birinin və ya digərinin həqiqiliyi danılmış olsun. İnvestisiyanın yığım və miqdarı arasındakı ekvivalentlik bir tərəfdən istehsalçı və istehlakçı arasındakı ikitərəfli münasibətlə bağlıdırsa, digər tərəfdən isə istehlakçı və ya alıcıdan asılıdır.
Gəlir, istehsalçının satdığı məhsul üçün əldə etdiyi istifadəçi dəyərindən artıq dəyərlə yaranır, lakin bu məhsulun hamısı açıq şəkildə ya bir istehlakçıya, ya da başqa bir təşəbbüskara satılmış olmalıdır və hər bir təşəbbüskarın hazırkı dəyəri, digər sahibkarlardan həvəsləndirdiyi avadanlıqların öz istifadəçi dəyərindən artıqlığına bərabərdir. Beləliklə, məcmu olaraq qənaət dediyimiz gəlirin istehlakdan çox olması, investisiya dediyimiz kapital avadanlığa əlavə ilə fərqlənə bilməz. Və eyni şəkildə xalis qənaət və xalis investisiya ilə. Qənaət, əslində, bir qalıqdır. İstehlak qərarları və aralarındakı investisiya ilə qərarları gəlirləri təyin edir. İnvestisiya qoyuluşu qərarların təsirli olacağını düşünsək, bununla da istehlakı azaltmaq və gəliri genişləndirmək lazımdır. Beləliklə, öz-özlüyündə investisiya əməli, qənaət adlandırdığımız qalıq və ya marjın müvafiq miqdarda artmasına səbəb ola bilməz. Əlbəttə ki, fərdlər özlərinin nə qədər qənaət edib sərmayə qoyacaqlarına dair qərarlarında o qədər yüksək səviyyəli olmaları ola bilər ki, transksiyaların baş verə biləcəyi qiymət tarazlığı nöqtəsi olmayacaqdır. Bu halda şərtlərimiz tətbiq olunmayacaq, çünki məhsul artıq müəyyən bir bazar dəyərinə sahib olmayacaq, qiymətlər sıfır və sonsuzluq arasında rahatlıq tapmayacaqdır. Təcrübə göstərir ki, bunun əslində belə deyil və almağa hazır olmağın satmağa hazır olduğu bir tarazlığa çatmağa imkan verən psixoloji reaksiya vərdişlərinin olmasıdır. Məhsul üçün bazar dəyəri kimi bir şeyin olması, eyni zamanda, pul gəlirlərinin müəyyən bir dəyərə sahib olması üçün zəruri bir şərt və qənaət edən şəxslərin qənaət etməyi qərara aldıqları məcmu miqdarı üçün kifayət şərtdir. Sərmayə qoyan şəxslərin insvestisiya qoymağa qərar verdiyi məcmu məbləğdir. Bu məsələdə zehin aydınlığına, bəlkə də, qənaət qərarı deyil, istehlak qərarı( və ya istehlak etməkdən çəkinmə) baxımından düşünməklə çatmaq olar. İstehlak etmək və ya istehlak etməmək qərarları, həqiqətən, fərdin səlahiyyətlərindəndir; investisiya qoymaq və ya qoymamaq qərarı da verir. Məcmu gəlir və məcmu qənaət miqdarı fərdlərin istehlak edib-etməməsi barədə sərbəst seçimlərin nəticəsidir, lakin bunların heç biri istehlak və sərmayə ilə bağlı qərarlardan asılı olmayaraq qəbul edilmiş ayrı qərarlar dəsti nəticəsində müstəqil bir dəyər götürə bilməyənlərdir. Bu prinsipə uyğun olaraq istehlak meyli, anlayışı, bundan sonra qənaət meylinin və ya meylinin yerini alacaqdır.
TƏRCÜMƏ: Aytac Zülfüqarlı
Həmçinin bax: Məşğulluğun ümumi nəzəriyyəsi-1
Həmçinin bax: https://turaz.org/cenubi-afrikadan-tranzit-icaze-verilmeyecek/
Həmçinin bax: https://tehsilim.org/diller-ve-yaradiciliq/