Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 55 milyon dollar olub

Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 55 milyon dollar olub

Avqustun 4-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, hərracda tələb 55 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Mənbə: azərtac
Müxbir: Jalə Hüseynova