Meral Akşener: “Azərbaycanın yanındayıq və yanında olmağa da davam edəcəyik”
“Ermənistanın can Azərbaycanımıza etdiyi hücumlardan şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralıların tezliklə sağlıqlarına qovuşmalarını diləyirik”.
Bunu APA-nın yerli bürosuna Türkiyənin İyi Partiyanın sədri Meral Akşener deyib.
Partiya sədri mübarizəsində haqlı olan Azərbaycanın öz haqqına qovuşacağına inandığını deyib: “Təkcə qardaşımız olduqları üçün deyil, həm də işğalçıya qarşı etiraz etdikləri üçün Azərbaycanın yanındayıq və yanında olmağa da davam edəcəyik”.
Mənbə: Yeni Müsavat
Xəbərçi: Qafqazh.com saytının xüsusi müxbiri Jalə Hüseynova