Mentorluq sistemi və məktəb mentorları
Mentorluq sistemi və məktəb mentorları
Leonardo Da Vinçi qeyd edirdi- heç vaxt səhv etməkdən qorxma, hobbi və xəyal qırıqlığı bir təcrübədir və də məğlub olmaq üçün çox tezdir. Qazanmaq üçünsə ilk öncə təcrübədən keçmək lazımdır.
Veslav isə qeyd edirdi ki, bir mentorun yerini almaq istəyirsinizsə ona səhvini zaman zaman düzəltmək imkanı verin.
Mentor kimdir?
Bəs “Mentorluq” anlayışına tərif versək o necə olardı?
İlk öncə Mentorluq sistemindən uzun uzun danışmazdan əvvəl Mentorluq keyfiyyətinin düsturunu vermək istərdim. Bu dustura görə mentorluq:
- Təhsil
- Hədəf
- Analiz
- Önərilər
- Dəstək
- Ehtiyac
- İstiqamət
- Ediləcəklər
- Motiv
- Empatiya
Bütün bu saydığım keyfiyyətləri özündə saxlayan və inkişaf elətdirən habelə peşə koçu hesab olunan təhsilini nəzərdə tutulan sahəsində istiqamət verən və bu istiqaməti özünün aldığı müxtəlif təhsilə görə bacaran şəxslər Mentorlar hesab olunur mənə görə.
Yunan mifologiyasına görə Mentordan ilk dəfə 1699 cu ildə istifadə olunub. Mentor təhsili bir otaqda icra edən müəllimə bələdçidir. Yəni onun məsləhət verib təlimə alışdırandır.
Mentor və Mentorluq bütün Pedoqoji keyfiyyətlərə sahib, əməksevər, mehriban,vətənsevər, nümunəvi davranışlar toplusu yəni ədalət etolonuna sahib və onu icra edən şəxsdir. “Yaxşı müəllim bizə daha çox faktları çatdıran yox, varlığı ilə bizi fərqli insana çevirəndir deyirdi Ralph Waldo Emerson. Bu fikir elə məhz Mentorluq anlayışını tamamlayır. Bəs Mentorların əsas iş keyfiyyətləri və məqsədləri nədir? İlk növbədə izah versək bura aşağıdakılar aid olar.
- İnsan Potensialını inkişaf etdirmək.
- Təşkil etmə, layihələndirmə bacarıqlarını inkişaf etdirmək.
- Akademik bacarıqların təşkil edilməsi onlara dəstək faktının ortaya çıxması.
- Ən əsas və önəmlisi isə insan potensialını formalaşdırmaq.
Bəzən ixtisas seçimi üçün də Mentorluq anlayışından istifadə olunur. Bu anlayış peşə yönümlü olaraq doğru ixtisası seçmək üçün istifadə olunur. Mentorluq əslində çox yeni bir anlayış deyil. Onun özünündə yaranma tarixi və inkişaf mexanizmi var. Mentorluq pedoqoji təcrübəyə sahib olan, Pedoqoji ustalıq və Pedoqoji ünsiyyəti yüksək səviyyədə bacaran himayədar müəllimlər hesab olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qəbul olunan Mentorluq bizdə Tyotor adlanır. Bu hal ABŞ da Mentor Rusiyada isə Nastavnçiston adlanır. Bundan əlavə qeyd edə bilərəm ki Mentorluq fəaliyyətinin 3 növü müəyyən olunur.
- Elektron Mentorlar.
- Rəsmi Mentorlar.
- Qeyri rəsmi Mentorlar.
- Elektron Mentorlar. Vacib bir məsələdir. Çünki günümüzün tələbi olaraq məsafədən məlumat əldə etmək üçün sərfəli bir metoddur. Hal hazırda pandemiya dönəmində də E-Mentorluq çox geniş şəkildə təbliğ olunur.
- Rəsmi rəhbərlikdə qruplar daxilində iş birincilik və bireysəlliyə əsaslanır. Qrupların işi on plandadır. Bu metoda da həvəsləndirmə və emosional sferanın aşağı olması bu üsulun çoxda əlverişli olmasına şərait yaratmır.
- Rəsmi şəkildən fərqli olaraq qeyri rəsmi mentorluqda təhsil verən əsasən yaşlı və təcrübəli kadrlara müraciət edir. Burda heç də profesional yardım nəzərdə tutulmur. Qeyri rəsmi mentorluqda bəzi sahələr ayırd edilir ki, bunlara “həmyaşıd rəhbərliyi, situasiya rəhbərliyi, nəzarət rəhbərliyi, iş prosesi rəhbərliyi və s. Başa düşülür.
Həmyaşıd rəhbərliyi əsasən bir pedoqoji təcrübəyə sahib kadrın digərinə istəkli şəkildə kömək etməsi və yaxud bu hal tələbə və şagirdlər arasında da qarşılıqlı münasibətlər əsnasında başa düşülə bilər.
Situasiya rəhbərliyi dedikdə müəyyən məsələlər əsnasında olan hallar nəzərdə tutulur. Yəni bir məsələ gedişində o məsələni daha yaxşı dərk edib təcrübəyə sahib olan yol göstərən olur.
Nəzarət rəhbərliyi bir başa pedoqoji və digər məsələləri icra edən üzərində qurulur düzgün icraya nəzarət edir.
İş prosesi rəhbərliyi də hardasa nəzarət rəhbərliyi ilə eyni məna kəsb edir. Tək fərq isə müəyyən iş gedişində aparıldığı üçün çox zaman qrup üzvlərinədə aşılanmasıdır.
Orta məktəblərdə isə müəllimlərin bəzilərinə kömək üçün ibtidai və orta məktəblərdə himayədar qruplar təşkil olunur. Hal hazırda Respublikamızda Boloniya sistemi mövcud olduğundan şagird və tələbələrə daha yüksək qayğı göstərilməsi üçün Mentor institutları və ya korpusları yaradılır və ixtisaslı Tyotorlar bura cəlb olunur. Bəs bizim qarşımıza belə bir sual çıxa bilər? Mentor kimdir? Hansı fəaliyyətə görə onlar diğərlərindən seçilir?
İlk öncə Mentor ən azı 5 il Pedoqoji təcrübə və staja malik olan o cümlədən pedoqoji fəaliyyətdə olan gənc müəllimə və həmçinin pedoqoji fəaliyyətdə təcrübəsi az olan müəllimə kömək edən şəxsdir. Mentorların pedoqoji fəaliyyəti və peşə tələbləri az olmalıdır. Səbəbi isə çox açıq ortadadır çünki peşə səriştəsi olmayan müəllimləri həm müşahidə edə bilsin həmdə pedoqoji fəaliyyətlə məşğul olan tələbələrin təhsillə bağlı yaranmış çətinliklərini həll edə bilsin. Mentor müəllimlərlə işləmək ilk öncə pedoqoji təcrübəsiz müəllimə çox şey qazandırır. Həm praktik sahədə daha çox keyfiyyətlərə sahib olur. Öz metodlarından istifadə bacarığı ortaya çıxır. Mentor hansı çətinlikləri aradan qaldırmaqda kömək edir. İndi isə onlara nəzər salaq.
- Utancaqlıq. Bəzi Gənc müəllim peşə səriştəsidən qaynaqlı olaraq bəzən bu keyfiyyətə sahib ola bilir. Lakin bu proses zaman zaman Mentorların köməyi ilə keçib gedir.
- Özünə inamın olmaması və ya az olması. Özünə inam əsasən 2 halda baş verir. Ya həmin müəllim müəllimlik keyfiyyətlərinə tam şəkildə əmin deyil həyatının bir qismində üzləşdiyi bir problem olaraq həyatına təsir edir. Ya da ki bunların heç biri deyil sadəcə müəllim kütlə qarşısında özünü itirir. Bu halda Mentorun köməyi ilə aradan qalxa bilər. Ya da Treninqlərin köməyi ilə aradan qalxa bilər. İxtisas üzrə uğur qazanmaq üçün “Uğur motivasiyası adlı” treninqlərdə bu sahədə effektiv təsir göstərir.
- Kimdən kömək istəmək və yaxud kömək istədiyi şəxsin ona necə davranacağını bilməmək. Bu hal isə kollektivə yetəri qədər hakim olmayanda ortaya çıxır.
- Məktəbin formalaşmış iş üslubunu bilməmək, məktəbin ənənələrinə və rituallarına sahib olmamaq. Üstəgəl bunları öyrənmək üçün kimə müraciət etmək lazım olduğunu bilməmək. Bu halda praktik təcrübə tələb edən bir haldır. Və bələdləşmə prosesindən sora çoxda uzun çəkməyən bir məsələdir.
- Şagirdlərlə ünsiyyət çətinliyi. onlar haqqında məlumata sahib olmayanda daha çox ortaya çıxır. Onların biliyi və onlar haqqında xarakterik xüsusiyyətlərə sahib olmadıqda yaranır.
- Məktəb heyyəti ilə ünsiyyət yaratmaq. Bu hal kollektivə çox da hakim olmadıqda ortaya çıxır.
- Sinifdən və məktəbdən kənar tədbirlərdə iştirak etmək.
Məhz bunlar tipində məsələlərin aradan qaldırılması müəllimin peşə keyfiyyətlərinin formalaşması üçün Mentorun özünə məxsus keyfiyyətləri var. Eyni zamanda Mentor bu keyfiyyətləri formalaşdırmaq üçün bəzi məsləhət və tövsiyələr verir.
- Müəllimdə Pedoqoji dəyərləri işləyib hazırlamaq, onları formalaşdırmaq, müəllimdə axtarış bacarıq vərdişlərini icra etmək və bu kimi xüsusi keyfiyyətləri təkmil etmək üçün həvəsləndirmə.
- Yeni müəllimlərə səmərəli olacaq iclaslar və kursların təşkil edilməsi və onlarda motivləşdirmə bacarıqlarının formalaşdırılmasına dəstək.
- Yeni müəllim haqqlı çətinliklərlə üzləşəndə Mentor onu müdafiə edir və çətin situasiyalarda kömək edir.
- Müəllimin pedoqoji nüfuz qazanması üçün əlindən gələn dəstəyi göstərir onu həvəsləndirmək üçün bütün vasitələrdən istifadə edir. Bəzən bəzi hallarda subyektiv düşüncə tərzinə olaraq Mentorluq anlayışını bəzi hallarda qəbul etmirəm. Çünki bildiyimiz kimi müəllim hər müəllimin pedoqoji ustalığı və pedoqoji bacarıq keyfiyyətləri həmçinin metodik bacarıqları eyni deyil. Çünki müəllim sinifi hansı şəkildə idarə edəcəyinə yəni bir az uzun izah versək.
- Liberal müəllimlər.
- Avtoritar müəllimlər.
- Demokratik müəllimlər.
Bu hər üç müəllim tipində sinifdə idarə sistemini qurması fərqli olacaq çünki sinifin tələblərinə o cümlədən uşaqların fərdi xarakteristikasına yanaşma fərqli olacaq. Bəzən isə tam əksi müəllim sinif daxilində uşaqlar dost mövqeyindən çıxış edir sinif daxilində rahat ortam yaradır və uşaqların sistemdə hərəkətini və özünə inamı yüksək səviyyəyə çatdırmaqda kömək edirlər. Mentorda tam bunlara kömək edir sadəcə demək istədiyim bəzən müəllim sinifin təşkili mexanizmini özü təşkil edərək daha çox öz praktikasına əsaslanaraq sistemi qursa daha gözəl nəticələr əldə etmək olar. Çünki düşünürəm ki ən gözəl tərif və həvəsləndirmə mexanizmi insanın özünün qurduğu mexanizimdən məhz özünün sərbəst və səmərəli şəkildə istifadə etməsidir. Yeni dərs rübü başlayanda isə Mentorların iş rejimində bəzi keyfiyyətlər və iş tələbləri ortaya çıxır. Bu Məktəb sistemində Mentorun əsas fəaliyyət dairəsi hesab olunur. Yeni dərs ilində rübün başlaması ilə ortaya çıxan Mentorluq xüsusiyyətidir.
Dərs rübü başlayan zaman Mentor aşağıdakı fəaliyyət dairəsində işləri tənzim edir.
- İlk növbədə müəllimlə əlaqə yaradır ona Mentorluq haqqında məlumat verir.
- İlk tədris fəaliyyətində onun icra edəcəyi fəaliyyət haqqında ona məlumat verir.
- Ona ümumi məktəb haqqında idarə sistemi tənzim mexanizimləri haqqında məlumat verir.
- Yeni müəllimlərə ritualları icra etmək, məktəb ənənələrinə dair məlumatları ötürür.
- Yeni müəllimin ilk gəlişində ona icra edilməsi işlərlə bağlı məlumatlar verir.
- Ştatda çalışan Pedoqoji fəaliyyətin siyahısı və onlar haqqında ümumi məlumat verir.
- Müəllimə Pedoqoji fəaliyyəti boyunca qısa müddət ərzində alışma dönəmində yardım edir.
İlk dərs rübündə Mentorun fəaliyyətidə müxtəlif cür olur. İlk növbədə
- Müəllimə məktəbin bütün ictimai işləri, gələcək maaşı, xəstəlik və digər hallarda icazə sistemi haqqında məlumat verir.
- Yeni müəllimə əyani avadanlıqlar və tədris mexanizimləri haqqında məlumat verir.
- Yeni müəllimə məktəbin işləri icra etməsi mexanizimləri həmçinin məktəbin strukturu inzibati işləri, ictimaiyyət və digər işlər barədə hər tərəfli məlumat verir.
- Onlardan nizam-intizam qaydaları, ştatda işləyənlərin hüquq və vəzifələrinin müəyyən olunması.
- Məktəbin bütün idarə sistemini öyrədir və bütün gedişat haqqında məlumat verir.
- Yeni müəllimə uşaqların fərdi xarakterini müəyyən etmələri onlarda fərdi xüsusiyyətlərin formalaşması bacarıqlarının öyrənilməsi metodlarını ortaya çıxarmaq.
- Uşaqlar daxilində hər hansı xəstəlik və digər halların təsbit olunması halları.
Bəs Mentor müəllimin ilkin fəaliyyəti dövründə hansı işləri həyata keçirir? Bütün bunları ümumi şəkildə icrası hansı xüsusiyyətləri özündə cəmləşdirir. Bu suallara cavab tapmaq üçün ilk növbədə mentor anlayışının məktəb daxilində ilk rübdə müəllimlə etdiyi işlərdən danışaq.
- Müəllimi həvəsləndirir. İlk tədris ilində müəllimi öz işi ilə əlaqədar olan keyfiyyətlərə cəlb edir.
- Müəllimi dərs prosesində müşahidə edir. Dərs boyu onun Pedoqoji fəaliyyətini qiymətləndirərək mənfi və müsbət tərəflərini qeyd edir. Tənqidi və qiymətləndirici fikirlərini qeyd edir.
- Müəllimə illik planın tutulması, dərs cədvəlinin qurulması, cari planlaşdırma ilə illik planlaşdırma arasında müqayisə aparmaq və doğru təhlil bacarıqlarının formalaşdırılmasına köməklik göstərmək. Həmçinin müəllimin proqramlaşdırma funksiyasını icra etmək tələbi ilə irəli çıxan mövcud qaydalara riayət etməsi prosesində də köməklik göstərir.
- Dərs prosesində mövcud durumla bağlı gənc müəllimlərin qarşılaşdığı çətinliklərin aradan səmərəli üsulla qaldırılmasını təşkil etmək üçün məsləhət saatları, seminar və vebinarlar təşkil edirlər. Həmçinin müəllimlərlə iş prosesi boyunca həyata keçirilən məsələlər haqqında anket-sorgusu və diskusiyalar təşkil edilir.
- Müəllimə cari məsələ haqqında üzləşdiyi problemləri həll etmək üçün kimə yaxınlaşacağı barədə köməklik göstərilir.
- Müəllimlərdə pedoqoji-mərifət, pedoqoji- əxlaq, Pedoqoji- ünsiyyəti formalaşmasına köməklik göstərilir. Həmçinin təhsil verənlərin metodu və metodlar sistemini düzgün təşkil etmək, təhsilalanların xarakterik xüsusiyyətlərinə fərdi keyfiyyətlərinə, bilik və bacarıq səviyyələrinə düzgün şəkildə yiyələnməsi bir başa müəllimin şəxsi və peşə keyfiyyətlərinə əsaslanır.
- Müəllimin çətinlik və uğurları haqqında idarə sisteminə məlumat verir və bu sahələrin müzakirə edilməsi üçün şura yaradılır.
- Müddətli olaraq illik və cari plan həmçinin dərs sisteminin qurulması mexanizmində təhsil verənə pedoqoji- təcrübəsinə əsasnlaranaq məsləhət verir.
- Müəllim proqrama əsaslanan işlərlə yanaşı digər dərnək və əlavə məşgələr üçün həvəsləndirir və sövq edir.
- İlin sonunda müəllimin bu ilki fəaliyyətini gözdən keçirir və ona gələcək fəaliyyəti üçün mövcud tövsiyyələr verir.
Bu sistemin məktəb daxilində təşkil edilməsi əsasən orta və ibtidai siniflər nəzdində baş verir. Və düzgün Tyotorlar seçilməlidir. Mentorlar xüsusi kurslardan keçməlidir və icra etdikləri işin fərqinə varmalıdırlar.
Nümunə:
3-4 siniflərdə aparılan Mentor fəaliyyəti haqqında öz şəxsi təcrübəm haqqında danışmaq istərdim. İlk olaraq hansı işlər görüləcəksə onların planı tutulur. Məsələn:
- Uşaqlar arasında empatiya keyfiyyətlərini yüksəltmək istəyir müəllim lakin bunu bacarmır.
- Diqqət dağınıqlığı mövcuddur sinif daxilində
- Uşaqların Fərdi xarakteristikasına bələd deyil.
- Sinif daxilində öz metodlarından lazımi şəkildə istifadə edə bilmir.
Bu problemlərlə qarşılaşan müəllim Mentora müraciət edir. Mentor ilk növbədə müəllimə pedoqoji bacarıq tənzimləmək üçün treninqlər təklif edir.
- İlk olaraq empatiya bacarıqlarını formalaşdırmaq üçün mən Mentor olsam həyatı hekayələr və onları nağıl halına salıb sinif daxilində və dərsdən kənar vaxtlarda icra edilməsini müəllimə məsləhət görərdim.
- Bu halın aradan qaldırılması üçün Akademik proqramla hər şagirdin diqqətini gücləndirmək nəzərdə tutulan diqqətin gücləndirilməsi testlərindən istifadə etmək olar. Məsələn nümunə olaraq demək istərdim.
- Kəlmə Piramidası kənara sözlər yazılır və onlar seçilir. Piramida şəklinə salınır.
2.Bənzər kəlmə. Oxşar sözlər haşiyə alınır.
- Hərf bənzərləri.
- Əskik həriflər.
- Səsli çalışma.
Riyazi təfəkkürü formalaşdırmaq üçündə bu tip çalışma yazmaq olar. Fəza üzərində.
- Kodlaşdırma.
- Detallar
- Bənzər sıralama
- Doğru hissələr
- Tərs simvollar
- Çatışmayan rəng
- Kiçik fərqlər.
Bu başlıqlardan ibarət test tapşırıqları yazılır. Bu başlıqlar nəznində suallar qoyulur və də bu hal çox təsir edicidir. Çünki düşünmə, araşdırma, təhlil, tərkib formalarının aparılması qurulması onların yaradıcı keyfiyyətlərinə təsir edir.
Bu tip tapşırıqlar diqqət gücləndirmək üçün istifadə olunur və mentor məsləhət görə bilər.
- Uşaqların fərdi xarakterik xüsusiyyətlərini təyin etmək üçün müəllimə dərsdən kənar vaxtda uşaqlarla vaxt keçirmək təklif oluna bilər. Çünki yeni müəllimlər yetəri qədər səriştəli deyil və sinif daxilində ola bilsin fərdi xarakteristikasına bələd olan bilmir şagirdin.
- Bu hal üçün yenə Mentor Treninqlər məsləhət görə bilər. Çünki bayaq da qeyd etdiyim kimi hər müəllimin özünün metodu olmalıdır ki bu hal da yalnız özü formalaşa bilər.
Bəs Mentorluq özü necə işləyir qısa xülasə olaraq? Mentorluq müəyyən zaman çərçivəsində həftədə bir dəfə və yaxud həftə ərzində ehtiyac olduqda müəllimə dəstək məqsədi ilə fəaliyyət göstərir. Mentorluq sırf müəllimlik peşəsində müəllimə dəstək olur. Ona öz peşə bacarıqlarına, keyfiyyətlərinə necə yiyələnə bilər onu göstərir. Bu hallar harda bəzən müəyyən zaman çərçivəsində də baş verə bilər. Ardıcıl mərhələdə və də tam şəkildə.
Son olaraq qeyd etmək istərdim ki, Fitri ağıl hər hansı bir təhsili əvəz edə bilər, ama heç bir təhsil fitri ağılı əvəz edə bilməz.
YAZAR: Arzu Mirzəliyeva
Həmçinin bax: Psixoloji Treninqlər və ünsiyyət çətinlikləri
Həmçinin bax:https://turaz.org/pence-qartali-2-emeliyyatlari-ile-bagli-turkiye-mudafie-nazirliyi-aciqlama-verib/