Menstruasiya zamanı yaranan pozğunluqlar

Qadınların çoxunda menstruasiya zamanı həzm sistemində pozğunluqlar yanır. Səbəb nədir?

Menstrual (aybaşı) tsikl zamanı qadın orqanizminin hormonal fonunda olan dəyişiklik ancaq cinsi sistemdə deyil, qadının digər orqan və sistemlərində də baş verir.

Bəzi qadınlarda menstruasiya zamanı ürəkbulanma, ümumi zəiflik, baş gicəllənməsi, əsəsbilik, süd vəzilərinin bir qədər bərkləşməsi və ağrılı olması baş verir. Bu zaman həmçinin, qan dövranı sistemində, arterial təzyiq göstəricilərində, tər ifraz edilməsində, həzm sisteminin bir sıra sıra funksiyalarında da müxtəlif dəyişikliklər baş verir.

Aybaşı günlərində vegetativ sinir sistemi də daha tez qıcıqlanma dərəcəsində olub, digər günlərə nisbətən daha gec sakitləşmiş olur. Bu dəyişikliklərə stress,ətraf mühit faktorları təsir etsə də  burda əsəs rolu hormonlar oynayır.

Bütün bu əlamətlər, bir daha onu sübut edirki, cinsiyyət hormonları yalnız cinsi orqanlara deyil, bütünlükdə qadın orqanizminin digər üzvlərinə də təsir edir. Həmçinin həzm sistemi də bu təsirdən yan keçməyə bilər. Həzm sistemində yaranan pozğunluqlara mədə ağrısı, bulantı, qəbzlik, ishal kimi problemləri qeyd edə bilərik.

 Menstruasiya dövründə mədə ağrısının səbəbləri nədir?

Menstruasiya dövründə, uşaqlıq nahiyəsindəki kapilyarlara çox güclü bir təzyiq olur. Bunun səbəbi, yumurtanın atılması zamanı uşaqlıq yolunun genişlənməsi və yumurtanın müvəffəqiyyətlə boşaldılmasıdır. Bu səbəbdən bölgədəki qan və damar təzyiqi normadan xeyli yuxarı qalxır.

Uterusun yuxarı hissəsində yerləşən bağırsaq və mədə də bu vəziyyətdən təsirlənir. Mədənin ətrafında yerləşən minlərlə sinir bağırsaqda yaranan ifrazat sistemindəki travmatik təsiri birbaşa mənimsəyir. Bu səbəblə, aybaşı dövründə ishal və ya kabızlık problemi görülə bilər, eyni zamanda mədə ağrısı daha yüksək bir ehtimaldır.

Menstruasiya zamanı şiddətli mədə ağrısı ilə yanaşı, aybaşı zamanı qarın ağrısı və ürək bulanması da tez-tez olur. Eynilə, ürək bulanmasının səbəbi həddindən artıq stimullaşdırılmış mədə divarı sinirlərinin büzülməsi və kramplarıdır. Bəzi qadınlarda, xüsusilə genetik olaraq, uşaqlıq boruları daha dar ola bilər.

Dar uşaqlıq boruları olan qadınların menstruasiya dövründə xroniki mədə ağrısı olduğu qeyd olunur.

Menstruasiya zamanı həzm sistemində yaranan problemlərdən biri də qəbzlik və ishaldır. Bunun başlıca səbəbi Progesteron hormonudur. Progesteron döllənmiş yumurtanın uşaqlığa bağlanmasına imkan vermək üçün uşaqlıq əzələlərini inkişaf etdirir.

Luteal fazada (və ya pre-period) ən yüksək səviyyəyə çatan progesteron, bu dövrdə qadınlarda qəbizliyə səbəb ola bilər. (Luteal fazın menstrual qanaxmanın başlamasından bir həftə əvvəl olduğunu qeyd etməkdə fayda var.)

Həzm sistemimiz peristaltik hərəkətlə işləyir. Bu bağırsaqdakı qida maddələrinin irəliləməsini təmin edən nizamlı bir daralma və genişlənmə hərəkətidir. Bunun progesteronla əlaqəsinin nə olduğu sualı meydana çıxır, progesteron əzələ genişləndirici (gevşedici)xüsusiyyətlərini göstərir.

Progesteronun yüksək olduğu bu mərhələdə, bu əzələlərin kifayət qədər büzülməməsi səbəbindən qəbizlik problemi meydana gəlir. Bu dövrdə lifli qidalarla qidalanmağınız məsləhət görülür. Qəbizlik kimi, bu dövrdə də ishal keçirmə ehtimalı daha yüksəkdir.

Menstruasiya ərəfəsində progesteron kəskin şəkildə düşür və uşaqlıqdakı əzələ sancmalarını stimullaşdıran prostaqlandinləri sərbəst buraxır. (Bu prostaqlandinlər ağrınızın və migrenin səbəbidir.) Bu prostaqlandinlər digər orqanlara da yayıla bilər.

Uşaqlığa yaxın olduğu üçün bağırsaqlar bu prostaqlandinlərdən yüksək dərəcədə təsirlənir və bağırsaqdakı əzələlərin büzülməsini artırmaqla ishala səbəb olur. Ayrıca, prostaglandinlər aybaşı dövründə ağrılı krampların səbəbidir.Bu müddət ərzində omeqa-3 istifadə edə bilərsiniz.

Menstruasiya dövründə bu pozğunluqlar dözülməz ölçülərə çata bilər. Mütəxəssislərin dediyi kimi, menstruasiya dövrü kimi periyodik olaraq baş verən və orta hesabla 25-30 il davam edən bir dövrdə ağrı kəsici dərmanların istifadəsi bədənə mənfi təsir göstərə biləcək bəzi ziyanlara səbəb ola bilər.

Bu səbəblə, aybaşı dövrünə yaxın bu problemlərin qarşısını almaq üçün tətbiq edilə bilən bir neçə üsul belə təklif olunur;

  • Müntəzəm məşq bədəni hər hansı bir daxili travmaya qarşı güclü edən bir fenomendir. Bu səbəblə, aybaşı dövründə mədə ağrısına qarşı mütəmadi olaraq idman edən insanların daha az ağrı hiss etdikləri müəyyən edilmişdir.
  • Menstruasiya onsuz da çətin bir proses olduğundan, PMS-dən başlayaraq, yəni menstruasiya əvvəli bir pəhriz təmin etmək vacib bir üsuldur.

  • Adaçayı, limon çayı, çobanyastığı çayı kimi çox miqdarda estrogen hormonu olan bitki mənşəli məhlullar da aybaşı dövründə tövsiyə edilən metodlar arasındadır. Bundan əlavə, adaçayı mədədə yatıştırıcı təsiri, menstruasiya dövründə mədə ağrısına qarşı əhəmiyyətli bir amildir.

Menstruasiya bir çox qadın üçün ağrıları xatırladır. Eyni zamanda, hormonlardakı dəyişikliklərlə birlikdə stres, depressiya, ağrı, döş həssaslığı, həzm problemləri kimi bir çox vəziyyət yaşanır.  Normal bir simptom kimi görünsə də, bədənimiz əslində bizə bir şey göstərmək istəyir.

Ağrı xəstə orqanının harayıdır!  Peşəkar mütəxəssis və həkiminizlə məsləhətləşməniz məqsədə uyğun və məqbuldur.

Yazar: Quliyeva Mədinə

 

Həmçinin bax: https://turaz.org/azerbaycanda-daha-1-242-nefer-koronavirusa-yoluxub-8-nefer-olub/

 

Həmçinin bax: https://kafkazh.com/huseyn-cavid/