Məmlüklər və Osmanlı

1. Məmlük-Osmanlı münasibətləri

2. Məmlüklərin son sultanı Tomanbəy

3. Məmlüklər hakimiyyətinin sonu

Ümumiyyətlə, Məmlüklərin üstünlük təşkil etdiyi bölgələrə nəzər saldıqda, coğrafi məkan baxımından körpü rolunu oynadığını söyləyə bilərik. Çünki Şərq və Uzaq Şərq dövlətləri bu bölgələr vasitəsilə Aralıq dənizi hövzəsi və Avropaya bağlanır. Bu çərçivədə Məmlük torpaqları və limanları şərq-qərb ticarəti üçün əvəzsiz tranzit nöqtələri idi. Onların dünya siyasətində, dünya ticarəti və iqtisadiyyatında belə bir strateji mövqeyi, şübhəsiz ki, Məmlük dövlət xadimlərinin hazırladığı xarici siyasətdə müəyyənedici amil olmuşdur. Buna görə də daim işğalçıların yürüşünə məruz qalırdı, Osmanlı tərəfindən işğalı da bu səbəbdən idi.

XIV əsrin ikinci yarısında başlayan Osmanlı-Məmlük münasibətləri ilk başlarda dostluq münasibətləri idi. Hətta Teymur təhlükəsi iki tərəf arasında iş birliyinə səbəb olmuşdur.  Dostluq 1459-ildə Osmanlı padşahı Fatih Sultan Məhmədin hac yolundakı su hovuzlarını çoxaltmaqla əlaqədar təklifi (Məmlük Sultanı Səyfəddin İnal təklifi rədd etmiştir) ilə pozulmuşdur. Hac yolları ilə Məkkə və Mədinə xidmətinin müsəlmanlar üçün ayrı bir əhəmiyyəti var idi.

1495-ci ildə Bəyazıd Məmlüklərə hücum etdi. 1495-1490-cı illərdə baş verən bu müharibədə müdafiə taktikaları ilə Məmlüklər daha uğurlu olsalar da, Osmanlı kimi bir imperiyaya uzun müddət qarşı çıxmaları mümkün deyildi. Bu səbəbdən də 1491-ci ildə sülh imzalanmışdır. Bu sülh Səfəvi-Osmanlı arasında olan Çaldıran döyüşündən sonra pozulacaqdı. Belə ki, bu vaxtlarda Məmlük hökmdarı olan Kansuh Gavri Şah İsmayılla itiifaq qurmağa çalışması Sultan Səlimi hiddətləndirir, 1514-cü ildə Sultan Səlim Mərcidabik döyüşündə Məmlükləri ağır bir məğlubiyyətə düçar edir. Mərcidabik döyüşündəki məğlubiyyətdən sonra Məmlüklərin son sultanı Tomanbəy hakimiyyətə gəldi. Osmanlı ilə mübarizə şəraitində olduğuna görə tez bir müddətdə ordu yığmaya başladı. Bu vaxt Yavuz Sultan Səlim tərəfindən Dəməşqə göndərilən heyətin gətirdiyi itaət məktubunda Osmanlı hökmranlığını qəbul etməsi istəndi. Sultan Səlim yalnız bu şəkildə ekspedisiyanı tərk edəcək və Qəzzadan Misirə qədər ərazinin əmirliyini verəcəkdi, əks təqdirdə onun Misirə hücumu gözlənilirdi. Məmlük əmirləri təkcə itaət fikrini qəbul etmədi, gələn Osmanlı səfirlərini də öldürdü. Yavuzun Misirə doğru irəliləməsi xəbəri gələndə Misir xalqı qorxmağa başladı. Sultan Tomanbəy xalqına təsəlli verməyə çalışarkən, eyni zamanda da Osmanlı ordusu gəlməmişdən əvvəl bütün hazırlıqlarını bitirməyə çalışırdı. Yavuz Sultan Səlim elçisinin öldürülməsi və sülh təklifinin rədd edilməsi ilə əlaqədar Dəməşqdən yola çıxaraq və Qüdsü ziyarət edərək Qəzzaya yola düşdü. Yavuz casusları vasitəsi ilə Tomanbəyın döyüş planı və taktikası haqqında ilkin məlumat aldığından Müqəddam dağından birbaşa hücum etmədən, yan və arxadan hücum edib dağın ətrafında gəzərək Məmlük artilleriyasının hazırlığını boşa çıxartdı. Beləliklə, 23 yanvar 1517-ci ildə başlayan müharibə səhəri gün Osmanlıların son qələbəsi ilə nəticələndi. Məğlub olacağını bilən Tomanbəyin qaçmasıyla Ridaniyə düşərgəsi bütün təchizatı ilə Osmanlılar tərəfindən ələ keçirildi. Beləliklə, 2,5 əsr ərzində hökm sürən Məmlük sultanlığı tarixə çevrildi. Amma Tomanbəy mübarizəsindən vazgeçməsə də, yenidən məğlub oldu. Cəmi 3,5 ay hakimiyyətdə olan və bu dövrdə Osmanlı hücumuna qarşı mübarizə aparan Tomanbəy bu dəfə barış axtarışlarına başladı. Misir üçün Tomanbəyin davamlı mübarizəsi və cəsarəti Yavuz Sultan Səlimə çox təsir etdi. Hətta onu bağışladığını və vacib bir vilayət başçısının yanına gətirmək niyyətində olduğu deyilir. Ancaq böyük mübarizədə olan sultanlarının hələ də Misir xalqı üçün dəyərli olduğunu biləndə Yavuz bu fikirdən imtina etdi. Gələcəkdə oxşar cəhdlərin olmaması, xalqın Osmanlıları və yeni hökmdar qəbul edə bilməsi üçün Tomanbəyi Qahirədəki Zəvilə darvazasına asdı. Tomanbəyin öldürülməsi ilə 267 il davam edən Məmlük hökmranlığı ortadan qaldırıldı.

Məmlüklər həm dünya tarixində, həm də İslam tarixində mühüm bir yerə sahib idi. Məmlüklər, XIII-XV əsrlər boyu Suriya, Misir və Hicaz dövrünün beynəlxalq ticarəti baxımından çox əhəmiyyətli olan və İslam dünyasının ürəyi sayıla biləcək əraziləri idarə etdilər.

İstifadə olunan mənbələr:

  1. PROF. DR. MAHMUT AK-MEMLÜKLER TARİHİ (http://auzefkitap.istanbul.edu.tr/kitap/tarih_ao/memluklulertarihi.pdf)

2. Kent Bob Huzen. “Account  for  the  Rise  and  Fall  of  the  Mamluk State”

YAZININ ARDI: Məmlüklər dövlətinin dağılması

YAZAR: Ülfər Məmmədli

Həmçinin bax: Elxanlı dövləti Abaqa xanın hakimiyyəti illərində

Həmçinin bax: https://turaz.org/isgaldan-azad-olunmus-erazilerimizin-berpasi-istiqametinde-mekteb-ve-mektebdenkenar-tehsil-muessiselerinin-rolu/

Həmçinin bax: https://tehsilim.org/adau-emekdaslari-sehid-ailesine-bas-cekibler/