Məktəblilər yeni asteroid kəşf ediblər

 

Hindistanlı 14 yaşlı iki məktəbli qız – Vaydehi Vekariya və Radhika Lahani yeni asteroid kəşf ediblər.

“Report” xəbər verir ki, bu barədə məlumatı Hindistanın Kosmik Təhsil İnstitutu – “Space” yayıb.

Bildirilib ki, qızlar asteroidi Havay adalarındakı təkmilləşdirilmiş “Pan-STARRS” teleskopu vasitəsilə aşkarlayıblar.

Qeyd olunub ki, hazırda asteroid Mars planetinin yanındadır, ancaq əvvəl-axır Yer kürəsinə yaxınlaşacaq.
Mənbə:Report.az
Müxbir:Aytac Cəfərova