Məktəbdənkənar dərnək üzvləri tərəfindən ordumuza dəstək

Təhsil Nazirliyinin təşəbbüsü ilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən ordumuza dəstək məqsədilə “Biz ordumuzla birlikdə güclüyük!” adlı videoçarx hazırlanıb.

 

Məqsəd şəhidlərimizin ruhunu yad etmək, torpaqlarımızın bütövlüyü naminə hər kəsi sıx birləşməyə, həmrəy, vətənpərvər ruhda və daima bir olmağa sövq etmək, gənclərimizin ordumuzun yanında olduğunu bəyan etmək, müasir ordumuzun gücünü təbliğ etmək, həmçinin böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti artıraraq onlarda qəhrəmanlıq hislərini gücləndirməkdən ibarət olub.

 

Hərbi-vətənpərvərlik ruhunda hazırlanmış videoçarxda Mərkəzin “Çiçəyim” uşaq teatrının istedadlı üzvlərinin müğənni Elnur Məmmədovla birgə ifasında “Azərbaycan” mahnısı səsləndirilir.

 

Mənbə: Təhsil Nazirliyi

Xəbərçi: Aytən Abbasova