Məhəmməd Füzulinin yaradıcılığı
Məhəmməd Füzulinin müəllimi Vəli Məmmədzadə olmuşdur. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri-məntiq,tibb,nücum,riyaziyyat və hümanitar elmlər, xüsusən dini-fəlsəfi elmlər, ərəb dilində tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, fars, ərəb və hind ədəbiyyatını mənimsəmişdir. Onun məşhur əsərlərindən biridə “Bəngü Badə” (Tiryək və Şərab) əsərini Şah İsmayıl Xətaiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir. Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, 1537-ci ildə qələmə aldığı “Leyli və Məcnun” əsərini də “Rum zərifləri”adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır.
Məhəmməd Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, mürəbbe, qitə və s. yazmışdır.”Yeddi cam”,”Ənisül-qəlb”,”Səhhət və Mərəz” bu əsərlər fəlsəfi mahiyyətli qəsidələrdir. Füzuli,qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir.”Leyli və Məcnun” əsəri Füzuli yaradıcılığının zirvəsidir. ”Leyli və Məcnun” əsəri Füzuli yaradıcılığının zirvəsidir. ”Leyli və Məcnun” poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. N.Gəncəvinin ilk dəfə yazılı ədəbiyyata gətirdiyi “Leyli və Məcnun”mövzusunun bir çox türk, fars, özbək, hind və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvəllər yazılmış poemalardan seçilir.
Füzulinin fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı “Mətləül-etiqad” əsərində əksini tapmışdır. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir. Onun, əsərləri Təbrizdə, Bakıda, Ankarada, İstanbulda, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəsr olunmuşdur. Füzulini şəxsən tanıyan, onunla həmsöhbət olan Əhdi Bağdadi “Gülşəni-şüərra” adlı təzkirəsində Füzuli bilik və mərifətdə kamil, dərinmənalı, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar kimi təqdim etmişdir. Təzkirəçi, həmçinin Füzulinin xoşxasiyyət, şirin söhbət bir insan, böyük hörmət sahibi və alim kimi tanındığını da qeyd etmişdir.
Şairdən bizə qalan zəngin bədii irs aşağıdakılardan ibarətdir: Azərbaycan türkcəsində divan, fars dilində divan, ana dilində, farsca və ərəbcə yazılmış qəsidələrdən ibarət divan-qəsidələr divanı. Azərbaycan dilində yazılmış poemalar: ”Leyli və Məcnun”,”Bəngü-Badə”,”Söhbətül-əsmar”. Fars dilində poema: “Həft cam”. Azərbaycan türkcəsində nəsr əsərləri: ”Hədiqətüs-süəda”, nəsrlə məktublar. Fars dilində nəsr əsərləri: ”Rindü Zahid”,”Səhhət və Mərəz”, Ərəb dilində elmi-fəlsəfi əsər: ”Mətləül-etiqad”. Fars dilindən tərcümə: ”Hədisi-ərbəin”.
Füzuli daha çox lirik şair kimi tanınır.Şairin yaradıcılığında mühüm yer tutan qəzəllər müxtəlif mövzularda qələmə alınıb. Bunların sırasında məhəbbət mövzusunda yazılanlar,gözəlin və gözəlliyin tərənnümünə həsr edilənlər, dini və ictimai motivdə olanlar önəmli yer tutur. Füzulinin qəzəllərində təsvir olunan məhəbbətin izzahı xüsusi diqqət cəlb edir. Onun əsərlərində tərənnüm etdiyi məhəbbət, çox hallarda həm gerçək insani duyğuları, həm də sufizmin həyata, insana fəlsəfi baxışlarını ifadə edir.Şairin ictimai motivli qəzəllərində zəmanəyə, insanlara, şəxsi həyatına və s.münasibəti əsk olunmuşdur. Füzuli klassik nəsrin böyük ustadı sayılır. Onun “Şikayətnamə” adı ilə tanınan məktubu ictimai məzmunu və bədii dəyəri ilə daha qiymətlidir.
YAZAR: Gültanə Tapdıqova
HƏMÇİNİN BAX: Yarımkeçirici cihazlar
HƏMÇİNİN BAX: Tehsilim.org/sagird-yerdeyismsine-baslanilir/