Meditasiyanın təşkili və icrası
Meditasiyanın təşkili və icrası
21-ci əsr insanının həyatının mütləq parçası halına gəlmiş stress hər insanda, orqanizmdə başqa formalarda özünü göstərir. Stress orqanizmin gərgin vəziyyətə reaksiyasıdır. Bu zaman beyinin göndərdiyi siqnalların nəticəsində ifraz olunan külli miqdarda hormon bütün orqanizmdə dövr edir. Ürək döyüntüləri artır, qan təzyiqi yüksəlir, tənəffüs tezləşir, əzələlərdə gərginlik yaranır.
Biz stressi iki formada ; fəaliyyətimiz üçün faydalı olan və sadəcə olaraq zərərli olan kimi başa düşə bilərik. Faydalı stress dedikdə, söhbət bizi işə can qoymağa, yaratmağa və ən yaxşı halımızı fəaliyyətə kökləməyə kömək edən gərginlikdən gedir. Bu uzun müddət davam etdikdə, özümüzü heç bir istirahətlə “sıfırlamadığımız” təqdirdə isə artıq gərginliyin mənfiləri həyatımıza girir.
Nədir stressin zərərləri? Hiperventilyasiya və nəfəs çatışmazlığı, həmçinin meyilli olanlarda panik ataklar, sinir və əzələ ağrıları, baş ağrıları, insult, infarkt, dəyişkən əhval-ruhiyyə, artıq çəki, ürəkbulanma vs davamlı gərginliyə bədənimiz tərəfindən verilmiş “etiraz”lardır. Stressdən tamamilə azad olmaq mümkün deyil, amma onunla mübarizə aparmaq, onunla yaşamağı öyrənmək, onu öz lehimizə çevirmək üçün bəzi yollar var.
Bunlardan biri isə meditasiyadır. “Özünü müşahidə etmək texnikası” — meditasiyanın əsl məqsədi şüuru oyatmaqdır. Şüur oyandığı zaman onun ağıldan (fikirlərdən) və bədəndən ayrı bir şey olduğu hiss olunur. Şüurlu insan özünü müşahidə edərək, daha müdrik qərarlar vermək iqtidarındadır. Meditasiya – latıncadan “meditatio” , “meditor” – düşünürəm, ayırd edirəm mənasını ifadə edir. Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni başqa aləmə yönəldir. Meditativ məşqlər müxtəlif olur. Bizim ən çox adını eşitdiyimiz Yoga da meditasiyanın növlərindən sadəcə biridir.
Meditasiya texnikaları ümumilikdə 2 böyük qrupa ayrılır;
1.Sakit oturma texnikasıyla həyata keçirilən sadəcə zehni meditasiya texnikası
2.Səsli danışıqlar və musiqi müşayəti ilə diqqəti cəmləşdirməyi təmin edən bədən hərəkətləri ilə edilən aktiv meditasiya texnikası.
Diqqətin cəmlənməsi bütün meditasiya növlərinin əsasını təşkil edir. Buna nail olmaq üçün diqqətimizi yayındıran fikirlərdən uzaqlaşaraq, beynimizin nəzarətini ələ keçirməyə çalışmalıyıq.
Meditasiya edərkən gözlərimizi bağlamaq da diqqətimizi xarici dünyaya deyil, fikrimizi yönəltmək istədiyimiz obyektə istiqamətləndirməyi asanlaşdırır.
Meditasiya bir çox müxtəlif forma ala bilər, amma iki əsas növü vardır: konsentrik düşüncə və nəzərə çarpan düşüncə.
Bu iki düşüncə forması necə fərqlənir?
Konsentrik düşüncə ilə siz ətrafınızdakı hər şeyi tənzimləyərkən diqqətinizi bütünlüklə xüsusi bir obyektə yönəltməlisiniz. Məqsəd, daha yüksək bir vəziyyətə çatmaq üçün nəfəsini, xüsusi bir sözü və ya mantranın olsun, diqqətinizə düşən hər şeyi həqiqətən təcrübə etməkdir.
Diqqətin cəmlənməsi bütün meditasiya növlərinin əsasını təşkil edir. Buna nail olmaq üçün diqqətimizi yayındıran fikirlərdən uzaqlaşaraq, beynimizin nəzarətini ələ keçirməyə çalışmalıyıq.
Meditasiya edərkən gözlərimizi bağlamaq da diqqətimizi xarici dünyaya deyil, fikrimizi yönəltmək istədiyimiz obyektə istiqamətləndirməyi asanlaşdırır. , Mindfullnes meditasiyası – həmçinin zehinlilik əsaslı stress azaldılması (MBSR) və zehinlilik əsaslı idrak müalicəsi (MBCT). Zehinlilik depressiya kimi müxtəlif məsələləri hədəfə ala bilər, yəni onun diqqət praktikadan praktikaya fərqli ola biləcəyi deməkdir.
Ümumiyyətlə, bu baş verəndən həmin andaca xəbərdar olmaq deməkdir və hal-hazırda iştirak edən və özünü açıq xəbərdar edən hadisəni əhatə edir.
Maharishi Mahesh Yogi’nin təlimləri ilə yaranan transsedental meditasiya digər meditasiya növlərindən fərqlənir. Meditasiya zehni idarə etmək və ya fikri cəmləməyə yönəltmir. Zehnin hər hansı bir nəzarət altında olmadan, fikirlərdən azad, sadə və hər şeyin xaricində olan bir hala keçməsi məqsədini güdür. Transsedental sözünün mənası da “o tərəfə keçmək, fərqli bir şüur səviyyəsinə qalxmaq”dır. Bu təlimin metodları daha çətin olsa da, bütün dünyada bir çox insan məhz bu texnikaya müraciət etməyi üstün tutur.
Bu təlimə əsasən, meditasiya istənilən yer və şəraitdə edilə bilər. Gündə iki dəfə, iyirmi dəqiqə olmaqla etmək kifayətdir. Seanslar adətən mantra deyilən xüsusi sözlərin dəfələrlə deyilməsi ilə və daha səssiz bir şüur müstəvisinə keçməyinizə əsaslanır. Davam etdikcə meditativ prosesə keçməyin asanlaşması, hətta avtomatik olaraq baş verməsi normal haldır.
Transsedental seanslar əsnasında beyində alfa dalğaları görülür. Alfa dalğaları beyin sükut halında olduğunda müşahidə edilir. Bu meditasiya metodunda zehnin hüzur tapdığı və öz axını içərisində olduğu deyilə bilər.
Digər meditasiya üsullarından fərqli olaraq, transsedental meditasiyanın bədənə bir başa təsirlərinin olduğu müəyyən edilmişdir. Ürək xəstəlikləri riskini azaltdığı, diabet xəstələrində insulin səviyyələrinin tarazlanmasını təmin etdiyi deyilir.
Vipassana və Zazen metodları şüurluluğu artırmağa xidmət edən meditasiya növlərindən ən vacibləridir. Vipassana’da fikirlərə böyük əhəmiyyət verilir və onları beynimizdə yenidən kodlamamışdan əvvəl, dərk etməyimizin vacib olduğu deyilir. Şüurluluq halı məhz bu andır və gözlərimizin görmədiyi şeyləri belə düşüncələrimiz vasitəsilə “görməyə” bizə kömək edir.
YAZAR: Gülsüm Bayram
Həmçinin bax: Psixi sağlamlıq
Həmçinin bax: https://tehsilim.org/magistraturaya-sened-qebulu-elan-edilir/
Həmçinin bax: https://turaz.org/tehsil-naziri-ozbekistanin-olkemizdeki-sefiri-ile-gorusub/