Mədəni dəyərlərimiz erməni təcavüzü altında

Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqları erməni daşnaklatı tərəfindən işğal olundu. Təkcə torpağımız deyil, maddi-mədəni abidələrimiz də talan olundu. Çox təəssüf ki, münaqişənin mövcud olduğu bu uzun illər ərzində hələ də dünyanın nüfüzlü beynəlxalq birlikləri bu məsələyə lazimi diqqət yetirməmişdilər.
Yazımın məqsədi erməni vandalizmini dünyaya tanıtmaq, onların həmişə oğru olduqlarını üzə çlxarmaqdır. İnanıram ki, bu erməni saxtakarlığı gec-tez ifşa olunacaq və haqq-ədalət öz yerini tutacaq, ancaq bir həqiqət də var ki, abidələrimizə vurulan zərər qalıcıdır. Mədəniyyətimizin Qədim Alban izləri bu talan yolları ilə şikəst edilməkdədir, islam abidələrinin çoxu isə tamam məhv olunmuşdur. İşğal olunmuş rayonlarımızda 903 Dövlət əhəmiyyətli, 13 beynəlxalq əhəmiyyətli abidələr ermənilər tərəfindən viran olunub.
Azərbaycanın işğal altında olan Xocavənd, Füzuli rayonu ərazisində yerləşən Azıx mağarasında arxeoloji qazıntılar aparırlar. Abidənin altını üstünə çevirən ermənilər öz fitnəkar əməllərini davam etdirməkdədirlər.
Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digər xalq tərəfindən məhv edilməsi yolverilməzdir.
Şuşa şəhəri ətrafında bürünc dövrə aid yüzlərlə məzarda arxeoloji qazıntılar aparırlar. Zəbt olunmuş əzarilərdə soydaşlarımızın qəbir daşları qarət edilir. İşğal zonasındakı meşələr məhv edilir, doğranıb aparılır.
Milli yeməklərimizi, musiqi alətlərimizi, ədəbi əsərlərimizi özününküləşdirməkdə arsızlıq edirlər.
XIX əsrin II yarısında “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib”, “Koroğlu” kimi dastanlarımızı erməninkiləşdirməyə çalışmışlar. Hətta “Dədə-Qorqud dastanı”  da guya erməni xalqının qədim eposu imiş. Mahnılarımızı, dastanları, atalar sözlərini, nağıllarımızı Avropaya öz mədəni dəyərləri kimi təqdim etmişlər.
Uzun illər istər Çar Rusiyyası, istərsə də sovet dövründə folklor nümunələrini və müəllif əsərlərinin oxşarlığını eyni coğrafi məkanda yaşamaqla, iqtisadi, sosial-siyasi münasibətlərlə izah etmişlər. Demək, planlı şəkildə əzəldən ayağımızın altını qazıb quyumuzu hazırlayırlarmış.
Tarixən Azərbaycanın görkəmli yazıçıları və mədəniyyət xadimləri öz fəaliyyətləri və yazıları ilə azərbaycançılıq məfkurəsini formalaşdırmışlar və gənclərin bu ruhda tərbiyə olunmasına xüsusi fikir vermişlər. O davamçılar biz olmalıyıq, birləşməliyik, dəyərlərimizə sahib çıxmalıyıq.

YAZAR: Nazilə Dəmirova