Mədə-bağırsaq xərçəngi
Xərçəng – dünyanın bəlasına çevrilən xəstəlik!
Xərçəng – bir bəlanın 200 növü!
Əziz oxucular normalda, insan hüceyrələri, bədən ehtiyac duyduğu anda, yeni hüceyrələr meydana gətirmək üzrə böyüyüb çoxalırlar. Hüceyrələr yaşlandıqda və zərər gördükdə məhv olur və bu hüceyrələrin yerini yeni hüceyrələr alır. Xərçəng zamanı isə bədən hüceyrələrinin bəziləri dayanmadan bölünməyə başlayır və ətrafdakı toxumalara yayılırlar. Xərçəng insan bədəninin hər hansı bir hissəsində ola bilər. Məs: dəri, ağciyər, beyin, mədə-bağırsaq da və s.
Mədə -bağırsaq xərçəngi dünyada ən çox təsadüf olunan xərçənglər sırsında 4-cü, ölümə səbəb olan xərçənglər sırasında isə 2-ci yeri tutur.
Mədə-xərçənginin yaranma səbəbləri:
- Əsasən qidalanma rejiminin pozulması
- Ayaqüstü qəbul edilən qidalar
- Müxtəlif içkilər (enerji içkiləri, spirtli içkilər qazlı sular)
- Çox acılı və ədviyyatlı qidalardan istifadə
- Yeməyi, çayı qaynar şəkildə qəbul etmək və s.
Mədə xərçəngi ilk mərhələdə aşkar olunarsa, qarşısı alına bilər .
Helicobakter pylori → Mədə → Qastrit → Xora → Xərçəng
Mədə və onikibarmaq bağırsaq xoraları , qastritlər Helicobakter pylorinin yoluxması ilə əlaqədardır.
Helicobakter pylori – mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli , qrammənfi patogen bakteriyadır. Onun spiral şəklə malik olması mədə və bağırsağın selikli qişasına asanlıqla daxil olmasına və onun seliklə hərəkət etməsinə imkan yaradır. Bu bakteriyanın insan üçün patogen növlərinə H.pylori, H. Acinonychis və s aiddir. 1875 – ci ildə alman alimi spiralşəkilli bu bakteriyanı mədənin selikli qişasında aşkar etmiş, ancaq o işini davam etdirə bilməmiş.1981-ci ildə Robin Uorren Barri Marşalla birlikdə mədədəki bu bakteriyanın qidalı mühitdə onun kulturasını əldə etmişlər. Uorran və marşal göstəriblər ki , əksər mədə xoraları və qastritlər stess və acı qidalarla əlaqəli deyil . Bu Helicobakter pylori ilə yoluxmadan sonra meydana çıxmış. Marşal ilk olaraq öz üzərində təcrübə aparıb. H.pylori kulturalı petri kasa möhtəviyyatını içərək özünü qastritə yoluxdurur. 14 günlük kursdan sonra qastritin müalicəsinə nail olur. Sonralar da müəyyən olundu ki, mədədə qastrit və xoraların, onikibarmaq bağırsaq xoralarında antibiotiklər daha effektlidir.
H.pylori bakteriyasını mədə turşusu da məhv etmir və buna görə də antiobiotiklər daha effektli təsir göstərir. 2005-ci ildə Uorren və Marşala Nobel mükafatı təqdim edilmişdir.
Mədə xərçəngi mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Mədə xərçənginin müalicəsi asılıdır:
1. Şişin həcmindən.
2.Əhatə etdiyi sahədən.
3. Xərçəng hüceyrələrinin limfa düyünlərinə yayılmasından və metastaz verməsindən asılıdır.
Mədə xərçəngi zamanı hazırda 3 əsas metoddan istifadə olunur:
- Cərrahi yol
- Kimyaterapiya
- Şüa terapiyası
Bağırsaq xərçəngi də ən çox yayılmış onkoloji xəstəliklərdən biridir. Bağırsaq xərçənginin səbəbi: Qida rasionu –səhv qidalanma, qidada zülal və yağların çox olması, bağırsaqda kalın yığılmasına səbəb olur. Bu da onkoloji xəstəlik ehtimalını atırır. Mədə -bağırsaq xəstəlikləri -adenoma, polip, xoralı kolit, Kron xəstəliyindən əziyyət çəkənlər risk qrupundadır.
Bağırsaq xəstəliklərinin əlamətləri— uzunsürən qəbizlik , sonra diareyya , qarında daim köp, stenoz, sistit, yorğunluq, dəri quruluğu və s.
Hər zaman sağlamlığımızı qoruyaq , sağlam olaq, xərçəngdən uzaq olaq !
YAZAR: Sevinc Rəhimova Qafqaz Maarif Birliyi “Xərçəng xəstəliyi” müsabiqəsinin III yer qalibi
Həmçinin bax: https://kafkazh.com/xerceng-xesteliyi-barede-umumi-melumat/
Həmçinin bax: https://tehsilim.org/virtual-mektebde-milli-qiymetlendirme/