Mbappe “Atalanta”ya qarşı oynaya bilər
- Mbappe “Atalanta”ya qarşı oynaya bilər
1472 AVQUST 2020 / 19:43
PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalında “Atalanta” ilə görüşdə oynaya bilər.
Qol.az “L’Equipe”yə istinadən xəbər verir ki, fransalı hücumçu gözləniləndən daha sürətli zədədən bərpa olur. 21 yaşlı oyunçunun qohumlarından biri Mbappenin “Atalanta” ilə oyunda iştirak etmək ehtimalının 90 faiz olduğunu bildirib.
Qeyd edək ki, PSJ ilə “Atalanta” arasında görüş avqustun 12-i keçiriləcək.
Müxbir: Ələkbərova Nuray
Mənbə: Qol.az