Masallıda yeni uşaq bağçası-körpələr evi tikilir

Masallıda yeni uşaq bağçası-körpələr evi tikilir
Bu il Masallı rayonunda 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi və əsaslı təmir olunması nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, artıq bu istiqamətdə işlərə start verilib. Masallı şəhərinin Səməd Vurğun küçəsində 100 yerlik yeni uşaq bağçası-körpələr evinin tikintisinə başlanılıb.

İkimərtəbəli, müasir üslubda inşa edilən yeni məktəbəqədər tərbiyə müəssisəsində uşaqların təlim və tərbiyəsi üçün lazımi şərait yaradılacaq.

Yeni uşaq bağçası-körpələr evinin tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Mənbə: AzEdu.az
Müxbir: Zahidə Nəbizadə